Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-393/2021 28.10.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, iddiaçı "xxxx" MM QBKT-in nümayəndəsi X1 iştirakı ilə, iddiaçı "xxxx" MM QBKT-nin Cavabdeh əsas borc üzrə 2544,00 manat, faiz borcu üzrə 479,50 manat, cərimə borcu üzrə 33,82 manat olmaqla, cəmi 3057,32 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun "xxxx" MMQBKT-nin xeyrinə tutulmasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MM QBKT Cavabdeh əsas borc üzrə 2544,00 manat, faiz borcu üzrə 479,50 manat, cərimə borcu üzrə 33,82 manat olmaqla, cəmi 3057,32 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun "xxxx" MMQBKT-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MM QBKT-nın nümayəndəsi X2 iddianı müdafiə edərək izahatında göstərdi ki, "xxxx" MM OBKT ilə Cavabdeh arasında bağlanmış 29 dekabr 2015-ci il tarixli, **********1941 saylı kredit müqaviləsinə əsasən borcluya biznes məqsədləri və həyat şəraitinin yaxşılaşdırılması üçün illik 23,66 faiz dərəcəsi olmaqla 21 ay müddətinə 2760 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 163 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Borclu kredit müqaviləsinin şərtlərinə əsasən müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımı qaydada yerinə yetirməmişdir. 29 dekabr 2015-ci il tarixli **********1941 saylı kredit müqaviləsi 06 may 2016-ci il tarixli eyni nömrəli sazişlə restruktrizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi, əsas borc üzrə 2544,00 manat, faiz borcu üzrə 479,50 manat və cərimə borcu üzrə 33,82 manat müəyyən edilmişdir. Borcun ödənilməsi ilə əlaqədar cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Ona görə də Cavabdeh əsas borc üzrə 2544,00 manat, faiz borcu üzrə 479,50 manat, cərimə borcu üzrə 33,82 manat olmaqla, cəmi 3057,32 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumu alınıb "xxxx" MMQBKT-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddiaçı təşkilatın nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş "xxxx" MMQBKT-nin 29 dekabr 2015-ci il tarixli, **********1941 saylı kredit müqaviləsindən görünür ki, borcluya biznes məqsədləri və həyat şəraitinin yaxşılaşdırılması üçün illik 23,66 faiz dərəcəsi olmaqla 21 ay müddətinə 2760 manat məbləğində kredit verilmişdir. "xxxx" MMQBKT-nin 29 dekabr 2015-ci il tarixli **********1941 saylı kredit müqaviləsi 06 may 2016-ci il tarixli **********1941 saylı kredit müqaviləsinin restruktrizasiyasına dair sazişdə göstərilir ki, Cavabdeh öhdəliyin icra olunmamış hissəsi əsas borc üzrə 2544,00 manat, faiz borcu üzrə 479,50 manat və cərimə borcu üzrə 33,82 manat müəyyən edilmişdir. “ FİNCA Azerbaijan” MMQBKT-nin 03 sentyabr 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" ASC-yə 29 dekabr 2015-ci il tarixli **********1941 saylı kredit müqaviləsinə əsasən 2544,00 manat əsas, 479,50 manat faiz, 33,82 manat cərimə borcu olmaqla, cəmi 3057,32 manat məbləğində borcu vardır. Müəyyən edildi ki, iddiaçı "xxxx" MM QBKT ilə Cavabdeh arasında bağlanmış 29 dekabr 2015-ci il tarixli, **********1941 saylı kredit müqaviləsinə əsasən borcluya biznes məqsədləri və həyat şəraitinin yaxşılaşdırılması üçün illik 23,66 faiz dərəcəsi olmaqla 21 ay müddətinə 2760 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 163 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Borclu kredit müqaviləsinin şərtlərinə əsasən müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımı qaydada yerinə yetirməmişdir. 29 dekabr 2015-ci il tarixli **********1941 saylı kredit müqaviləsi 06 may 2016-ci il tarixli eyni nömrəli sazişlə restruktrizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi, əsas borc üzrə 2544,00 manat, faiz borcu üzrə 479,50 manat və cərimə borcu üzrə 33,82 manat müəyyən edilmişdir. Borcun ödənilməsi ilə əlaqədar cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh öhdəliyinin icra edilməsindən yayınmışdır. Cavabdeh banka əsas borc üzrə 2544,00 manat, faiz borcu üzrə 479,50 manat, cərimə borcu üzrə 33,82 manat olmaqla, cəmi 3057,32 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinin tələblərinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh 2544,00 manat əsas, 479,50 manat faiz, 33,82 manat cərimə borcu olmaqla, cəmi 3057,32 manat məbləğində borc və 30 manat ödənilmiş dövlət rüsumu alınıb "xxxx" MM QBKT-nin xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2544,00 manat əsas, 479,50 manat faiz, 33,82 manat cərimə borcu olmaqla, cəmi 3057,32 manat məbləğində borc və 30 manat ödənilmiş dövlət rüsumu alınıb "xxxx" MM QBKT-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №2(026)-393/2021
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-393/2021
28.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver