Məhkəmə qərarları › İş №2(026)-398/2021

Qobustan Rayon Məhkəməsi Qərardad — İş №2(026)-398/2021

20.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qobustan rayonu İş № 2(026)-398/2021 20.09.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, iddiaçı Ləğv Prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh 30,63 manat əsas, 39,56 manat faiz, 165,55 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən hesablanmış 0 manat faiz borcu və 20 manat ödənilmiş dövlət rüsumunun tutulub "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi tələbinə dair iddia ərizəsinə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv Prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh 30,63 manat əsas, 39,56 manat faiz, 165,55 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən hesablanmış 0 manat faiz borcu və 20 manat ödənilmiş dövlət rüsumunun tutulub "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Qobustan rayon məhkəməsinə müraciət etmişdir. İddia ərizəsini və əlavə olunmuş sənədləri araşdıraraq məhkəmə hesab edir ki, aşağıda qeyd olunanlara əsasən iddia ərizəsi və əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, ərizə cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. İddiaçı Ləğv Prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən iddia ərizəsində Cavabdeh ünvanını Bakı şəhəri, Qobustan qəsəbəsi, Massiv 5, ev 29 göstərilmişdir. Bundan başqa, iddia ərizəsinə əlavə olunmuş Azərbaycan Respublikası DİN-in BPQMİ-in MAPS şöbəsinin arayışından və Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh Bakı şəhəri, Qobustan qəsəbəsi, Massiv 5, ev 29-da qeydiyyatdadır. Ona görə də iddia ərizəsi qanunun tələbinə görə cavabdehin qeydiyyatı üzrə ərazi məhkəməsinə verilməlidir. Azərbaycan Respublikası MPM-in 152.1.3-cü maddəsinə görə əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim ərizəni və ərizəyə əlavə olunmuş sənədləri geri qaytarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 152,263,264 və 268-ci maddələrini rəhbər tutub məhkəmə QƏRARA ALDİ: İddiaçı Ləğv Prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh 30,63 manat əsas, 39,56 manat faiz, 165,55 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən hesablanmış 0 manat faiz borcu və 20 manat ödənilmiş dövlət rüsumunun tutulub "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Qobustan rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: M.Q. Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar