Məhkəmə qərarları › İş №2(026)-4/2022

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-4/2022

22.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-4/2022 22.04.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 və cavabdehlər Cavabdeh1 və Feyzulla oğlu və X1 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, X3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 müştərək qaydada 8217,15 ABŞ dolları məbləğində kredit borcu, 10205,18 ABŞ dolları məbləğində faiz borcu və 6607,67 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 25025, ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması, tələbin Qobustan rayonu, Mərəzə qəsəbəsi, X7 küçəsində 0,06 ha torpaq sahəsində yerləşən 27 saylı fərdi yaşayış evinə tutma yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması və 25025,55 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının ipoteka predmetinin açıq hərracda satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2, X3, Cavabdeh4 və Cavabdeh5 İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə müştərək qaydada tutulması, Qobustan rayonu, Mərəzə qəsəbəsi, X7 küçəsində 0,06 ha torpaq sahəsində yerləşən 27 saylı fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan bir ay sonra Cavabdeh1 və Cavabdeh6 həmin əmlakdan çıxarılması, həmin əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə tələbinə dair mülki işə məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, X3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada 8217,15 ABŞ dolları məbləğində kredit borcu, 10205,18 ABŞ dolları məbləğində faiz borcu və 6607,67 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 25025, ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması, tələbin Qobustan rayonu, Mərəzə qəsəbəsi, X7 küçəsində 0,06 ha torpaq sahəsində yerləşən 27 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması və 25025,55 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının ipoteka predmetinin açıq hərracda satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2, X3, Cavabdeh4 və Cavabdeh5 İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə müştərək qaydada tutulması, Qobustan rayonu, Mərəzə qəsəbəsi, X7 küçəsində 0,06 ha torpaq sahəsində yerləşən 27 saylı fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan bir ay sonra Cavabdeh1 və Cavabdeh6 həmin əmlakdan çıxarılması, həmin əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 iddia müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 19 dekabr 2012-ci il tarixli 01L000003388 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 20000 ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunmuşdur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 17 sentyabr 2014-cü il tarixli 01R000014652 saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 18000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 12 mart 2015-ci il tarixli 01R000014652S saylı, 16 oktyabr 2015-ci il tarixli 01R000014652SA saylı, 23 fevral 2016-cı il tarixli 01R000014652SB saylı, 31 oktyabr 2016-cı il tarixli 01R000014652SC saylı, 31 yanvar 2017-ci il tarixli 01R000014652SD saylı, 12 iyun 2017-ci il tarixli 01R000014652SE saylı, 25 dekabr 2017-ci il tarixli 01R000014652SF saylı, 04 iyul 2018-ci il tarixli 01R000014652SG saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 11 mart 2019-cu il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 9787,3 ABŞ dolları ödəmiş, onun 8217,15 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 13 noyabr 2020-ci il tarixə 613 gün üçün hesablanmış faiz borcu 10205,18 ABŞ dolları təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. 13 noyabr 2020-ci il tarixə 613 gün üçün hesablanmış cərimə 6607,67 ABŞ dolları təşkil edir. Kredit xətti müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər İsmayılov Seymur Mirbala oğlu, İsmayılov Vüqar Mirbala oğlu, Cavabdeh4 və Cavabdeh5 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdeh-ipoteka verən Cavabdeh1 iddiaçı ilə bağladığı 21 dekabr 2012-ci il tarixli 01M000001426 saylı ipoteka müqaviləsi əsasında Qobustan rayonu, Mərəzə qəsəbəsi, X7 küçəsində 0,06 ha torpaq sahəsində yerləşən 27 saylı fərdi yaşayış evini iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şamaxı Ərazi İdarəsi tərəfindən 1 nömrəli reyestr kitabının 22 nömrəli vərəqində qeydiyyata alınmış və Seriya RX 0096609№-li çıxarışa əsasən Qobustan rayonu, Mərəzə qəsəbəsi, X7 küçəsində 0,06 ha torpaq sahəsində yerləşən 27 saylı fərdi yaşayış evini Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 34.1.1-34.1.3-cü bəndlərində əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdətutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi anı kimi nəzərdə tutulmuşdur. İpoteka saxlayan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cavabdeh-ipoteka verən Cavabdeh1 “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci bəndinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş 02 noyabr 2020-ci il tarixdə göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında həmin bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq Ərazi İdarəsinə təqdim olunmuş və idarədə qeydə alınmışdır. İddiaçı QSC ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq Ərazi İdarəsində qeydiyyata alınması üçün ümumilikdə 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqı ödəmişdir. Qobustan rayon İHB-nın Qobustan şəhəri üzrə nümayəndəliyi tərəfindən 12 dekabr 2012-ci il tarixli 3235 saylı forma 2 arayışına əsasən Qobustan rayonu, Mərəzə qəsəbəsi, X7 küçəsində 0,06 ha torpaq sahəsində yerləşən 27 ünvanında qeydiyyatda olan Cavabdeh6 həmin əmlakı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ipoteka müqaviləsi əsasında ipoteka qoyularkən əmlakın ipoteka ilə yüklü edilməsinə razı olduğunu bildirmiş və ipoteka predmetinə tutma yönəldildiyi təqdirdə və satıldıqda həmin əmlakı qeyd-şərtsiz tərk edəcəyi barədə öhdəlik götürmüşdür. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, X3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada 8217,15 ABŞ dolları məbləğində kredit borcu, 4305,68 ABŞ dolları məbləğində faiz borcu və 6607,67 ABŞ dolları məbləğində cərimə borcunun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması, tələbin Qobustan rayonu, Mərəzə qəsəbəsi, X7 küçəsində 0,06 ha torpaq sahəsində yerləşən 27 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının ipoteka predmetinin açıq hərracda satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2, X3, Cavabdeh4 və Cavabdeh5 İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə müştərək qaydada tutulması, Qobustan rayonu, Mərəzə qəsəbəsi, X7 küçəsində 0,06 ha torpaq sahəsində yerləşən 27 saylı fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan bir ay sonra Cavabdeh1 və Cavabdeh6 həmin əmlakdan çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə Cavabdeh1 izahat verərək göstərdi ki, İddiaçı QSC ilə aralarında bağlanmış 19 dekabr 2012-ci il tarixli 01L000003388 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 20000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən ona veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunmuşdur. Kredit xətti müqaviləsi üzrə mənimlə İddiaçı QSC ilə bağladığı 17 sentyabr 2014-cü il tarixli 01R000014652 saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 18000 ABŞ dolları məbləğində kredit verilmişdir. Aralarında imzalanmış 12 mart 2015-ci il tarixli 01R000014652S saylı 16 oktyabr 2015-ci il tarixli 01R000014652SA saylı, 23 fevral 2016-cı il tarixli 01R000014652SB saylı, 31 oktyabr 2016-cı il tarixli 01R000014652SC saylı, 31 yanvar 2017ci il tarixli 01R000014652SD saylı, 12 iyun 2017-ci il tarixli 01R000014652SE saylı, 25 dekabr 2017-ci il tarixli 01R000014652SF saylı, 04 iyul 2018-ci il tarixli 01R000014652SG saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Banka olan borcunu əvvəllər ödəmiş, sonradan maddi imkanı olmadığına görə borcunu ödəyə bilməmişdir. Evinə qoyulan qiymətlə razı olmadığına görə evin qiymətləndirilməsini tələb etmiş və iki dəfə evin qiymətləndirilməsi üçün ekspertiza keçirilmişdir. Hazırda 74 yaşı olmaqla pensiyaçıdır. Banka olan borcunu pensiyasından hissə-hissə ödəyəcəkdir. Evin qiymətləndirilməsinə dair birinci ekspertizanın qoyduğu qiymətlə razıdır. Məhkəmədən bank tərəfindən hesablanmış faiz və cərimənin azadldılmasını xahiş etdi. İş üzrə cavabdeh X3 izahat verərək göstərdi ki, İddiaçı QSC ilə atası Cavabdeh1la aralarında bağlanmış 19 dekabr 2012-ci il tarixli 01L000003388 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 20000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunmuşdur. Kredit xətti müqaviləsi üzrə mənimlə İddiaçı QSC ilə bağladığı 17 sentyabr 2014cü il tarixli 01R000014652 saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 18000 ABŞ dolları məbləğində kredit verilmişdir. 12 mart 2015-ci il tarixli 01R000014652S saylı 16 oktyabr 2015-ci il tarixli 01R000014652SA saylı, 23 fevral 2016-cı il tarixli 01R000014652SB saylı, 31 oktyabr 2016-cı il tarixli 01R000014652SC saylı, 31 yanvar 2017-ci il tarixli 01R000014652SD saylı, 12 iyun 2017-ci il tarixli 01R000014652SE saylı, 25 dekabr 2017-ci il tarixli 01R000014652SF saylı, 04 iyul 2018-ci il tarixli 01R000014652SG saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Banka olan borcunu əvvəllər ödəmişdir. Banka olan borcu hissə-hissə ödəyəcəkdir. Məhkəmədən bank tərəfindən hesablanmış faiz və cərimənin azadldılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddiaçı təşkilatın nümayəndəsinin, cavabdehlər Cavabdeh1 və X1 izahatını dinləyib, eləcə də işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Müəyyən olundu ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 19 dekabr 2012-ci il tarixli 01L000003388 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 20000 ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunmuşdur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 17 sentyabr 2014-cü il tarixli 01R000014652 saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 18000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 12 mart 2015-ci il tarixli 01R000014652S saylı, 16 oktyabr 2015-ci il tarixli 01R000014652SA saylı, 23 fevral 2016-cı il tarixli 01R000014652SB saylı, 31 oktyabr 2016-cı il tarixli 01R000014652SC saylı, 31 yanvar 2017-ci il tarixli 01R000014652SD saylı, 12 iyun 2017-ci il tarixli 01R000014652SE saylı, 25 dekabr 2017-ci il tarixli 01R000014652SF saylı, 04 iyul 2018-ci il tarixli 01R000014652SG saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 götürdüyü kredit borcundan 9787,3 ABŞ dolları ödəmiş, onun 8217,15 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 13 noyabr 2020-ci il tarixə 613 gün üçün hesablanmış faiz borcu 4305,86 ABŞ dolları təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. 13 noyabr 2020-ci il tarixə 613 gün üçün hesablanmış cərimə 6607,67 ABŞ dolları təşkil edir. Kredit xətti müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2, X3, Cavabdeh4, Cavabdeh5 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 11 mart 2019-cu il tarixdən banka qaytarmamışdır. İddiaçı QSC-in 19 dekabr 2012-ci il tarixli 01R000014652 saylı kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 Feysulla oğluna 17 sentyabr 2014-cü il tarixli 01R000014652 saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333% olmaqla ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərtilə 18000 ABŞ dolları məbləğində kredit verilmişdir. İddiaçı QSC-in 26 dekabr 2012-ci il tarixli 01S000006383, 01S000006388, 01S000006384 və 01S000006382 saylı zaminlik müqavilələrində göstərilir ki, AccessBank” Qapalı Səhmdar Cəmiyyəti ilə X3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 arasında zaminlik müqaviləsi bağlanmış, borcalan bank qarşısında öz öhdəliklərinin icrasını lazımi səviyyədə təmin etmədikdə bank zaminlərdən verilmiş kreditin və ona hesablanmış faiz borcunun vaxtından əvvəl qaytarılmasını tələb edə bilər. İddiaçı QSC-in 22 iyul 2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehlərə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Qobustan rayon qeydiyyat şöbəsi tərəfindən 26 avqust 2013-cü il tarixdə verilmiş AZ-İ 632349 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh6 16 avqust 2013-cü il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışda göstərilir ki, Qobustan şəhəri, Ş. Şukarov küçəsində yerləşən 27 saylı fərdi yaşayış evi (0,06 ha həyətyanı torpaq sahəsi ilə birlikdə) Cavabdeh1 mülkiyyətindədir. Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli kitabının 22 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışda göstərilir ki, Qobustan şəhəri, M. Ə. Sabir küçəsində Cavabdeh1 mülkiyyətində olan 0,06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 35,5 kv.m yaşayış, 47,8 kv.m köməkçi sahədən ibarət 27 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli kitabının 22 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 oktyabr 2021-ci il tarixli 9/7141 saylı ekspert rəyindən göstərilir ki, rəyin nəticə hissəsində göstərilənlərə əsasən iş materiallarında olan ödəniş qəbzləri, hesabdan çıxarış və maliyyə arayışı məlumatları və tərəflər arasında imzalanmış 17 sentyabr 2014-cü il tarixli 01R000014652 saylı kredit müqaviləsinin, həmçinin həmin müqavilənin əsasında imzalanmış sonuncu sazişin qeyd olunan şərtlərini nəzərə alaraq Cavabdeh1 İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə maliyyə arayışında borcun hesablandığı 13 noyabr 2020-ci il tarixinə olan borcu - əsas borc 8217,15 ABŞ dolları, faiz borcu 4305,86 ABŞ dolları. "xxxx" Hüquq və Qiymətləndirmə Şirkətinin 30 mart 2022-ci il tarixli LF 12 saylı Daşınmaz Əmlakın Qiymətləndirilməsi Barədə Hesabatda göstərilir ki, Qobustan rayonu, Mərəzə qəsəbəsi, X7 küçəsində yerləşən 27 saylı fərdi yaşayış evinin qiymətləndirilməsi ilə bağlı "xxxx" MMC-in qiymətləndirici mütəxəssisləri tərəfindən araşdırma aparılmışdır. Qobustan rayonu, Mərəzə qəsəbəsi, X7 küçəsində yerləşən Cavabdeh1 məxsus 27 saylı fərdi yaşayış evinin 30 mart 2022-ci il tarixinə bazar dəyəri 50000 manat, likvid dəyəri 41000 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinin tələblərinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə kreditorun və zaminlərin əmlak mənafelərini, banka ödəməli olduğu vəsaitin miqdarını nəzərə alaraq hesab edir ki, bank tərəfindən 01R000014652 saylı kredit razılaşması üzrə dəbbə pulunun 6607,67 ABŞ dolları hesablanması tənasübsüz dərəcədə yüksəkdir. Dəbbə pulunun 2000 manat müəyyən edilməsi ədalətli və ağlabatandır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 oğlu, İsmayılov Seymur Mirbala oğlu, İsmayılov Vüqar Mirbala oğlu, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada 8217,15 ABŞ dolları məbləğində kredit borcu, 4305,86 ABŞ dolları məbləğində faiz borcu və 2000 manat məbləğində cərimə borcu, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqı tutulmalı, tələb Qobustan rayonu, Mərəzə qəsəbəsi, X7 küçəsində yerləşən Cavabdeh1 məxsus 27 saylı fərdi yaşayış evinə yönəldilməli, həmin əmlak açıq hərracda satılmalı və kredit, faiz və cərimə borcu, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqı ipoteka predmetinin açıq hərracda satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməli, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ Cavabdeh1, Cavabdeh2, X3, Cavabdeh4 və Cavabdeh5 İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə müştərək qaydada tutulmalı, Qobustan rayonu, Mərəzə qəsəbəsi, X7 küçəsində yerləşən 27 saylı fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan bir ay sonra Cavabdeh1 həmin əmlakdan çıxarılmalı, həmin əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməlidir. İpoteka predmeti olan Qobustan rayonu, Mərəzə qəsəbəsi, X7 küçəsində yerləşən Cavabdeh1 məxsus 27 saylı fərdi yaşayış evinin likvid dəyəri 41000 (qırx bir min) manat məbləğində müəyyən edilməlidir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, X3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada 145 manat ekspertiza xərci alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, X3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada 8217,15 ABŞ dolları məbləğində kredit borcu, 4305,86 ABŞ dolları məbləğində faiz borcu, 2000 manat məbləğində cərimə borcu, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqı tutulsun. Tələb Qobustan rayonu, Mərəzə qəsəbəsi, X7 küçəsində yerləşən Cavabdeh1 məxsus 27 saylı fərdi yaşayış evinə yönəldilsin. Həmin əmlak açıq hərracda satılsın və kredit, faiz və cərimə borcu, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqı ipoteka predmetinin açıq hərracda satışından əldə olunan vəsait hesabına İddiaçı QSCyə ödənilsin. Hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ Cavabdeh1, Cavabdeh2, X3, Cavabdeh4, Cavabdeh5 İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə müştərək qaydada tutulsun. Qobustan rayonu, Mərəzə qəsəbəsi, X7 küçəsində yerləşən İsmayılov 27 saylı fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan bir ay sonra Cavabdeh1 həmin əmlakdan çıxarılsın, həmin əmlak boşaldılsın və hərracın nəticələri üzrə alıcıya təhvil verilsin. İpoteka predmetləri olan Qobustan rayonu, Mərəzə qəsəbəsi, X7 küçəsində yerləşən Cavabdeh1 məxsus 27 saylı fərdi yaşayış evinin likvid dəyəri 41000 (qırx bir min) manat məbləğində müəyyən edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, X3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada 145 manat ekspertiza xərci alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar