Məhkəmə qərarları › İş №2(026)-400/2021

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-400/2021

10.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-400/2021 10.11.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Mustafayeva Bahar Elman qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kreditin, ona hesablanış faiz və cərimənin qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə aralarında bağlanmış kredit müqaviləsinin ləğv edilməsi və Cavabdeh 6286,26 manat əsas borcun, 724,87 manat faiz borcunun, cəmi 7011,13 manat borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanılmış 07 oktyabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən bank borcluya 36 ay müddətinə illik 23% olmaqla 9500 manat məbləğində kredit vermişdir. Hazırda borclu ödəniş cədvəlinə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit şərtlərinə əsasən ödəniş cədvəli ilə müəyyən edilən müddətlər kredit alan tərəfindən 2 aydan artıq müddətə gecikdirildikdə, habelə adıcıl olaraq 2 dəfə pozulduqda bank pul öhdəliyinin vaxtında əvvəl icrasını tələb edə bilər. Cavabdehin İddiaçı ASC-yə 6286,26 manat əsas, 724,87 manat faiz borcu olmaqla cəmi 7011,13 manat borcu vardır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 07 oktyabr 2019-cu il tarixli CC/69556/71/10 saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh 6286,26 manat əsas, 724,87 manat faiz borcu olmaqla cəmi 7011,13 manat borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınıb İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə göndərərək işə bankın nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh izahat verərək bildirdi ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə aralarında bağlanmış 07 oktyabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən ona 36 ay müddətinə illik 23% olmaqla 9500 manat məbləğində kredit vermişdir. Banka olan borcunu əvvəllər ödəmiş, lakin sonradan işdən çıxdığı üçün banka olan borcunu ödəyə bilməmişdir. İddiaçı ASC-dən əlavə iki banka da borcu olduğu üçün İddiaçı ASC-yə olan borundan hər ay 50 manat ödəniş edəcəkdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib, cavabdehin izahatını dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Müəyyən olundu ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanılmış 07 oktyabr 2019cu il tarixli kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh Raqif oğluna 36 ay müddətinə illik 23% olmaqla 9500 manat məbləğində kredit vermişdir. Borclu ödəniş cədvəlinə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Cavabdehin İddiaçı ASC-yə 6286,26 manat əsas, 724,87 manat faiz borcu olmaqla cəmi 7011,13 manat borcu vardır. İddiaçı “Bank of Baku” ASC ilə Cavabdeh arasında bağlanmış 07 oktyabr 2019-cu il tarixli № CC/69556/71/10 saylı kredit müqaviləsində göstərilir ki, Cavabdeh illik 23 faiz olmaqla 36 ay müddətinə 9500 manat məbləğində kredit verilmişdir. İddiaçı ASC-nin 13 sentyabr 2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh İddiaçı ASC-yə 6286,26 manat əsas, 724,87 manat faiz borcu vardır. İddiaçı İddiaçı ASC-nin 02 sentyabr 2021-ci il tarixli bildirişindən görünür ki, borcun ödənilməsi üçün borcluya xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinin tələblərinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 07 oktyabr 2019-cu il tarixli № CC/69556/71/10 saylı kredit müqaviləsi ləğv edilməli, Cavabdeh 6286,26 manat əsas, 724,87 manat faiz borcu olmaqla cəmi 7011,13 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu alınıb iddiaçı “Bank of Baku” ASC-nin xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 07 oktyabr 2019-cu il tarixli № CC/69556/71/10 saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 6286,26 manat əsas, 724,87 manat faiz borcu olmaqla cəmi 7011,13 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu alınıb iddiaçı “Bank of Baku” ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar