Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-402/2021 26.10.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı 01/211/19-T saylı 02 dekabr 2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə əşyanın ödənilməmiş dəyəri olan 2460,86 manat, 2009,59 manat dəbbə pulu olmaqla, cəmi 4470,45 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh 01/211/19-T saylı 02 dekabr 2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə əşyanın ödənilməmiş dəyəri olan 2460,86 manat, 2009,59 manat dəbbə pulu olmaqla, cəmi 4470,45 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı MMC iddianı onunla əsaslandırmışdır ki,”Pareks Lizinq and Faktorinq” MMC ilə Cavabdeh arasında 02 dekabr 2019-cu il tarixdə 01/511/19-T saylı nisyə alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən iddiaçı qiyməti 2,887.86 manat olan 1 ədəd 2018-ci il buraxılışlı “TEPLO” markalı divardan asılan məişət qaz qazanını sənəd və ləvazimatları ilə birlikdə cavabdehə təhvil verib, cavabdeh isə bunun müqabilində müqaviləyə əlavə olan ödəniş qrafikinə müvafiq olaraq hər ay ödəniş etməyi öhdəsinə götürmüşdür. Hazırda cavabdehin həmin müqaviləyə əsasən qalan borcu 2460.86 manat, dəbbə pulu 2009.59 manat olmaqla, cəmi 4470.45 manat təşkil edir. Müqavilədən irəli gələn qeyd olunan ödənişlərin həyata keçirilməsi barədə cavabdehə rəsmi qaydada hildiriş göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən müqavilə üzrə ödənişlər edilməsi 526 gün müddətində gecikdirilmiş və beləliklə də müqavilədən irəli gələn öhdəliklər icra edilməmişdir. Ona görə də cavabdeh X1 01/211/19-T saylı 02 dekabr 2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə əşyanın ödənilməmiş dəyəri olan 2460,86 manat, 2009,59 manat dəbbə pulu olmaqla, cəmi 4470,45 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumu tutulub İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi məhkəməyə ərizə göndərərək məhkəmə iclasını onların iştirakı olmadan keçrib iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh oğlu izahat verərək göstərdi ki, İddiaçı MMC ilə aralarında 02 dekabr 2019-cu il tarixdə 01/511/19-T saylı nisyə alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən qiyməti 2,887.86 manat olan 1 ədəd 2018-ci il buraxılışlı “TEPLO” markalı divardan asılan məişət qaz qazanını sənəd və ləvazimatları ilə birlikdə almışdır. Əvvəllər mağaza işlədərək qazanc əldə etdiyi üçün MMC-yə olan borcunu ödəmişdir. Sonradan işlətdiyi mağazada oğurluq olduğundan mağazanı bağlamışdır. Maddi imkanı olmadığına görə MMC-yə olan borcunu ödəyə bilməmişdir. Şirkətə olan borcunu hissə-hissə ödəyəcəkdir. Lakin hesablanmış dəbbə pulunun ləğv olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib, işdəki sənədləri araşdırıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. İşdə olan İddiaçı MMC-nin 22 iyun 2020-ci il tarixli NAS-01/511/19-T saylı nisyə alqısatqı müqaviləsinin surətindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında nisyə alqı-satqı müqaviləsi bağlanmış, iddiaçıya 2887,86 manat dəyərində, 2018-ci il buraxılışlı 1 (bir) dəst divardan asılan məişət qaz qazanı cavabdehin istifadəsinə və sahibliyinə verilmişdir. İddiaçı MMC-nin 26 avqust 2021-ci il tarixli NAS-01/511/19-T, 02.12.19 saylı maliyyə arayışının surətindən görünür ki, Cavabdeh İddiaçı MMC-yə 2460,86 manat qalıq borcu və 2009,59 manat dəbbə borcu vardır. İddiaçı MMC-nin 17 iyun 2021-ci il tarixli 254 saylı tələb məktubundan görünür ki, borcun ödənilməsi üçün cavabdehə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 601-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazimınca icra edilməməsi (vaxtında icra edilməməsi mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MM-nin 443-cü maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası MM-nin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası MM-nin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası MM-nin 449-cü maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla onu qaytarmaqdan boyun qaçırmaqla onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Məhkəmə iclası zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh arasında 02 dekabr 2019-cu il tarixdə 01/511/19-T saylı nisyə alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən iddiaçı qiyməti 2,887.86 manat olan 1 ədəd 2018-ci il buraxılışlı “TEPLO” markalı divardan asılan məişət qaz qazanını sənəd və ləvazimatları ilə birlikdə cavabdehə təhvil verilmiş, cavabdeh isə bunun müqabilində müqaviləyə əlavə olan ödəniş qrafikinə müvafiq olaraq hər ay ödəniş etməyi öhdəsinə götürmüşdür. Müqavilədən irəli gələn qeyd olunan ödənişlərin həyata keçirilməsi barədə cavabdehə rəsmi qaydada bildiriş göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən müqavilə üzrə ödənişlər edilməsi 526 gün müddətində gecikdirilmiş və beləliklə də müqavilədən irəli gələn öhdəliklər icra edilməmişdir. Cavabdeh 2460, 86 manat əşyanın ödənilməmiş dəyəri və 2009,59 manat dəbbə borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə borclunun əmlak mənafelərini, ödəməli olduğu vəsaitin miqdarını nəzərə alaraq hesab edir ki, İddiaçı MMC tərəfindən 02 dekabr 2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə dəbbə pulunun 2009,59 manat hesablanması tənasübsüz dərəcədə yüksəkdir, cərimə pulunun 200 manat müəyyən edilməsi ədalətli və ağlabatandır. Məhkəmə hesab edir ki, Cavabdeh 01/211/19-T saylı 02 dekabr 2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə əşyanın ödənilməmiş dəyəri olan 2460,86 manat, 200 manat dəbbə pulu və 30 manat ödənilmiş dövlət rüsumu tutulub İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. İddia qalan hissədə təmin olunmamalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220ci maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 01/211/19-T saylı 02 dekabr 2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə əşyanın ödənilməmiş dəyəri olan 2460,86 manat, 200 manat dəbbə pulu və 30 manat ödənilmiş dövlət rüsumu tutulub İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qobustan rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayət verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №2(026)-402/2021
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-402/2021
26.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver