Məhkəmə qərarları › İş №2(026)-420/2021

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-420/2021

28.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-420/2021 28.10.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, Cavabdeh Şahnəzər oğlunun iştirakı ilə iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-in Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh Şahnəzər oğluna qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-in Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə Cavabdeh Şahnəzər oğlu arasında olan 108.LN.1675.210819.00004 saylı 21 avqust 2019-cu il tarixli kredit müqaviləsinə xitam verilməsi, 7188,45 manat əsas, 54,07 manat faiz borcu, 30 manat ödənilmiş dövlət rüsumu və 40 qəpik xidmət haqqının Cavabdeh Şahnəzər oğlundan tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsinə dair qətnamə çıxarılması xahiş edilmişdir. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-in Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh Şahnəzər oğlu ilə İddiaçı ASC aralarında bağlanmış 21 avqust 2019-cu il tarixli 108.LN.1675.210819.00004 saylı kredit müqaviləsinə əsasən 60 ay müddətinə illik 01 faiz ödəmək şərti ilə 7214,32 manat kredit verilmişdir. Kredit müqaviləsinin 8-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Borcun ödənilməsi barədə Cavabdeh Şahnəzər oğluna dəfələrlə şifahi müraciət olunmasına, habelə **********722 saylı, 23.07.2021-ci il tarixli xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank cavabdehlə aralarında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, Cavabdeh Şahnəzər oğlu həmin müqavilə üzrə üzərilərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Ona görə də, 108.LN.1675.210819.00004 saylı 21 avqust 2019-cu il tarixli kredit müqaviləsinə xitam verilməsi, 7188,45 manat əsas, 54,07 manat faiz borcu, 30 manat ödənilmiş dövlət rüsumu və 40 qəpik xidmət haqqının Cavabdeh Şahnəzər oğlundan tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti Qobustan rayon məhkəməsinə teleqram göndərərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddialarının təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh Şahnəzər oğlu izahatında göstərdi ki, İddiaçı ASC ilə arasında 21 avqust 2019-cu il tarixdə bağlanmış 108.LN.1675.210819.00004 saylı kredit müqaviləsinə əsasən ona 60 ay müddətinə, aylıq faiz dərəcəsi 1 faiz ödənilmək şərti ilə 7214,32 manat kredit verilmişdir. Başqa bir şəxsə zamin durduğu üçün həmin şəxsin banka olan borcu onun əmək haqqında tutulduğundan Banka olan borcunu ödəməyə maddi imkanı olmamışdır. Hazırda əmək haqqından tutulma dayanmışdır. Növbəti aydan İddiaçı ASC-yə olan borcunu ödəməyə başlayacaqdır. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib, cavabdehin izahatını dinləyib, eləcə də işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh Şahnəzər oğlu aralarında bağlanmış 21 avqust 2019-cu il tarixli 108.LN.1675.210819.00004 saylı kredit müqaviləsində göstərilir ki, həmin müqaviləyə əsasən bank tərəfindən 60 ay müddətinə illik 01 faiz ödəmək şərti ilə 7214,32 manat kredit verilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 14 may 2020-ci il tarixli 2-3(103)-132/2020 saylı qərarının surətindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi təyin edilmişdir. 23 iyul 2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehə borcun ödənilməsi üçün cavabdehlərə xəbərdarlıq edilmişdir. 27 iyul 2021-ci il tarixli **********778 saylı arayışdan görünür ki, Cavabdeh Şahnəzər oğlunun İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 7188,45 manat əsas, 54,07 manat faiz borcu olmaqla cəmi 7242,52 manat borcu vardır. Müəyyən olundu ki, Cavabdeh Şahnəzər oğlu ilə İddiaçı ASC aralarında bağlanmış 21 avqust 2019-cu il tarixli 108.LN.1675.210819.00004 saylı kredit müqaviləsinə əsasən 60 ay müddətinə illik 01 faiz ödəmək şərti ilə 7214,32 manat kredit verilmişdir. Borcun ödənilməsi barədə Cavabdeh Şahnəzər oğluna dəfələrlə şifahi müraciət olunmasına baxmayaraq cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmiş, Cavabdeh Şahnəzər oğlu həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Cavabdehin 108.LN.1675.210819.00004 saylı 21 avqust 2019-cu il tarixli kredit müqaviləsi üzrə banka7188,45 manat əsas, 54,07 manat faiz borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinin tələblərinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Ləğv prosesində olan İddiaçı ASC-in Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə Cavabdeh Şahnəzər oğlu arasında olan 108.LN.1675.210819.00004 saylı 21 avqust 2019-cu il tarixli kredit müqaviləsinə xitam verilməli, 7188,45 manat əsas, 54,07 manat faiz borcu, 30 manat ödənilmiş dövlət rüsumu və 40 qəpik xidmət haqqı Cavabdeh Şahnəzər oğlundan tutularaq ləğv prosesində olan İddiaçı ASC-in xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Ləğv prosesində olan İddiaçı ASC-in Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə Cavabdeh Şahnəzər oğlu arasında olan 108.LN.1675.210819.00004 saylı 21 avqust 2019-cu il tarixli kredit müqaviləsinə xitam verilsin. Cavabdeh Şahnəzər oğlundan 7188,45 manat əsas, 54,07 manat faiz borcu, 30 manat ödənilmiş dövlət rüsumu və 40 qəpik xidmət haqqı tutulub ləğv prosesində olan İddiaçı ASC-in xeyrinə ödənilsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar