Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-444/2023 28.09.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı 24 iyul 2008-ci il tarixdə anadan olmuş övladı X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh tutulan aliment miqdarının artırılaraq 220 manata çatdırılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh ilə 2006-cı ildə evlənmişlər. 24 iyul 2008-ci ildə Nuray adlı bir uşaqları anadan olmuşdur. Şamaxı rayon məhkəməsinin 2(074)-354/2012 saylı 04 dekabr 2012-ci il tarixli qətnaməsi ilə atalıq etiraf olunmuş və Nurayın yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 86 manat aliment alınıb ona verilməsi qət edilmişdir. Nuray böyüdüyü üçün Ruslanın ödədiyi 86 manat alimentlə onun tələbatını ödəməkdə çətinlik çəkir. Ruslan 27 mart 2023-cü il tarixdə mediasiya təşkilatında 220 manat aliment ödəməyi öhdəsinə götürsə də, ödəməmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətindədir. Cavabdeh təyin olunmuş alimentin miqdarının artırılaraq 220 manat olması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh izahatında göstərdi ki, İddiaçı iddiasına əsasən Şamaxı rayon məhkəməsinin 2(074)-354/2012 saylı 04 dekabr 2012-ci il tarixli qətnaməsi ilə atalıq etiraf olunmuş və Nurayın yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan hər ay 86 manat aliment alınıb ona verilməsi qət edilmişdir. Narıngül mediasiya təşkilatına alimentin artırılması üçün müraciət etmiş və orada 220 manat aliment ödəyəcəyini öhdəsinə götürmüşdür. Qızı Nurayın yetkinlik yaşına çatanadək hər ay 220 manat aliment ödəyəcək. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Şamaxı rayon məhkəməsinin 2(074)-354/2012 saylı 04 dekabr 2012-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı 24 iyul 2008-ci il tarixdə doğulmuş Nurayın atası Cavabdeh müəyyən olunmuş, X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 86 manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş Şamaxı rayon qeydiyyat şöbəsi tərəfindən 04 dekabr 2012-ci il tarixdə verilmiş AZ-İ 214503 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh 24 iyul 2008-ci il tarixdə İddiaçı doğulmuş X1 atası hesab edilmişdir. İş materiallarına əlavə olunmuş Qobustan rayon qeydiyyat şöbəsi tərəfindən 16 yanvar 2013-cü il tarixdə verilmiş AZ-İİİ 033212 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 24 iyul 2008-ci il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Sumqayıt 1 saylı mediasiya təşkilatının 27 mart 2023-cü il tarixli MŞS.MT030.2023/00496 saylı barışıq sazişindən görünür ki, Cavabdeh, 24 iyul 2008-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat məbləğində alimenti ayın sonundan gec olmayaraq İddiaçı ödəyəcəyini öhdəlik götürmüşdür. Müəyyən olundu ki, İddiaçı Cavabdeh ilə 2006-cı ildə evlənmiş, onların 24 iyul 2008-ci ildə Nuray adlı bir uşaqları anadan olmuşdur. Şamaxı rayon məhkəməsinin 2(074)-354/2012 saylı 04 dekabr 2012-ci il tarixli qətnaməsi ilə Cavabdeh 24 iyul 2008-ci il tarixdə anadan olmuş X2 atası hesab olunmuş və Nurayın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 86 manat aliment alınıb İddiaçı verilməsi qət edilmişdir. İddiaçı aliment miqdarının artırılması ilə bağlı mediasiya təşkilatına müraciət etmiş və Cavabdeh 27 mart 2023-cü il tarixdə mediasiya təşkilatında hər ay 220 manat aliment ödəməyi öhdəsinə götürsə də öhdəliyi yerinə yetirməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağı qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri- müntəzəm, dəyişən olarsa, ya da qazancı (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından ( gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası MPM-in 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunun mənasına görə heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Valideynlərin uşaqlar barəsində hüquq və vəzifələrinin həyata keçirilməsinə dövlət orqanlarının qarışmasına yalnız qanunla nəzərdə tutulmuş hallarda və uşağın maraqları naminə yol verilə bilər. “Uşaq hüquqları haqqında” Konvensiyanın müddəalarında qeyd olunur ki, yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqların layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şamaxı rayon məhkəməsinin 2(074)- 354/2012 saylı 04 dekabr 2012-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq Cavabdeh hər ay 220 manat sabit pul məbləğində aliment tutulub 24 iyul 2008ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı verilməlidir. Alimentin tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Şamaxı rayon məhkəməsinin 2(074)-354/2012 saylı 04 dekabr 2012-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılsın. Cavabdeh hər ay 220 manat sabit pul məbləğində aliment tutulub 24 iyul 2008-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı verilsin. Alimentin tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Cavabdeh 46 manat 40 qəpik dövlət rüsumu tutularaq Qobustan rayon məhkəməsinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №2(026)-444/2023
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-444/2023
28.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver