Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-449/2021 26.11.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X5 və Cavabdeh2 iştirakı ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 oğlu, Cavabdeh3 və Cavabdeh4 qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrindən tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 oğlu, Cavabdeh3 və Cavabdeh4 1800,72 manat əsas, 39,01 manat ödənilmiş dövlət rüsumunun və 0,40 manat bank xidməti borcunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X8 izahatında göstərdi ki, "xxxx" ASC-nin “Şamaxı” filialı ilə X7 oğlu arasında bağlanmış 12 iyul 2019-cu il tarixli BPM**********67 nömrəli kredit müqaviləsinə əsasən cavabdeh illik 18 faiz olmaqla 12 ay müddətinə 2530 manat kredit götürmüşdür. X4 29 oktyabr 2019-cu il tarixdə vəfat etmişdir. Qobustan rayon Notariat Ofisinin 07 iyul 2021-ci il tarixli 95 saylı məktubu ilə müəyyən edilmişdir ki, mərhum X7 oğlunun adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsələri olan Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 29 noyabr 2019-cu il tarixli 2V-2 reyestr nömrəli X6 şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 iyun 2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımında icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Cavabdeh mərhum X3 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 oğlu, Cavabdeh3 və Cavabdeh4 1800,72 manat əsas borc, 39,01 manat ödənilmiş dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı tutulub "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh2 iddianı qəbul edərək izahatında göstərdi ki, atası X7 oğlu "xxxx" ASC-nin “Şamaxı” filialından 12 iyul 2019-cu il tarixli BPM**********67 nömrəli kredit müqaviləsinə əsasən cavabdeh illik 18 faiz olmaqla 12 ay müddətinə 2530 manat kredit götürmüşdür. Atası banka olan borcunu hər ay ödəmişdir. Atası Habil 29 oktyabr 2019-cu il tarixdə vəfat etmişdir. Atasının banka olan borcunu hissə-hissə ödəyəcəkdir. Məhkəmə iddiaçı təşkilatın nümayəndəsinin və Cavabdeh2 izahatını dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Müəyyən olundu ki, iddiaçı "xxxx" ASC-nin Şamaxı filialı ilə X4 arasında bağlanmış 12 iyul 2019-cu il tarixli BPM**********67 nömrəli kredit müqaviləsinə əsasən illik 18 faiz olmaqla 12 ay müddətinə 2530 manat kredit götürmüşdür. X4 29 oktyabr 2019-cu il tarixdə vəfat etmişdir. Qobustan rayon Notariat Ofisinin 07 iyul 2021-ci il tarixli 95 saylı məktubu ilə müəyyən edilmişdir ki, mərhum X7 oğlunun adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsələri olan Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 29 noyabr 2019-cu il tarixli 2V-2 reyestr nömrəli X6 şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 04 iyun 2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Cavabdeh mərhum X1 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. X2 banka 1800,72 manat borcu qalmışdır. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin “Şamaxı” filialı ilə X4 12 iyul 2019-cu il tarixli BPM**********67 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə illik 18 faiz olmaqla 12 ay müddətinə 2530 manat kredit verilmişdir. "xxxx" ASC-nin “Şamaxı” filialının maliyyə arayışından görünür ki, X2 banka 1800,72 manat əsas borcu vardır. Qobustan rayon qeydiyyat şöbəsi tərəfindən 07 noyabr 2019-cu il tarixdə verilmiş AZ-İİ 036203 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 29 oktyabr 2019-cu il tarixdə vəfat etmişdir. Qanun üzrə X6 24 iyun 2020-ci il tarixli şəhadətnamənin surətindən görünür ki, 29 oktyabr 2019-cu il tarixdə ölmüş X2 vərəsəsi Cavabdeh1, Cavabdeh2 oğlu, Cavabdeh3 və Cavabdeh4dır. "xxxx" ASC-nin 20 avqust 2021-ci il tarixli PKİD/MİŞ-0241 saylı bildirişin surətindən görünür ki, borcun ödənilməsi ilə əlaqədar cavabdehə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 oğlu, Cavabdeh3 və Cavabdeh4 1800,72 manat əsas borc, 39,1 manat ödənilmiş dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı alınıb "xxxx" ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216- 220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 oğlu, Cavabdeh3 və Cavabdeh4 1800,72 manat əsas borc, 39,01 manat ödənilmiş dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı alınıb "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №2(026)-449/2021
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-449/2021
26.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver