Azərbaycan Respublikası adından QƏRARDAD Qobustan rayonu İş № 2(026)-457/2022 03.11.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh və üçüncü şəxs "xxxx" MMC-yə qarşı 3010 manat ziyana görə, 60,1 manat ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə cəmi 3070,1 manat məbləğində vəsaitin tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh 3010 manat dəymiş maddi ziyanın və 60,1 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək bildirirdi ki, Cavabdeh ona dəymiş maddi ziyanı və dövlət rüsumunu tam ödədiyi üçün ondan heç bir tələbi yoxdur. Mülki işin icraatına xitam verilməsini məhkəmədən xahiş edir. Cavabdeh məhkəməyə ərizə təqdim edərək İddiaçı dəymiş ziyanı tam ödəmişdir. Mülki işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının iddiadan imtina etməsinə dair ərizəsi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-in 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Azərbaycan Respublikasının MPM-in 261.0.4-cü maddəsinə görə iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Beləliklə də, məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 261, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh 3010 manat dəymiş maddi ziyanın və 60,1 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi tələbinə dair iddia ərizəsi üzrə icraata iddiaçı iddiadan imtina etdiyi üçün xitam verilsin. Qərardaddan 10 gün müddətinə Qobustan rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №2(026)-457/2022
Qobustan Rayon Məhkəməsi Qərardad — İş №2(026)-457/2022
03.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver