Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-46/2021 25.08.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, cavabdehlər Cavabdeh3 və Cavabdeh5 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və X3 qarşı kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və X1 müştərək qaydada iddiaçı "xxxx" QSCnin xeyrinə 02R********** saylı kredit razılaşması üzrə 14164,68 ABŞ dolları kredit borcu, 14951,16 ABŞ dolları faiz borcu və 14815, 75 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə cəmi 43931,59 ABŞ dolları borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ sahəsində X2 xüsusi mülkiyyətində olan 0,12 ha torpaq sahəsi və üzərindəki 1 mərtəbəli, 29,8 kv.m ümumi sahədən ibarət 2 otaqlı 581 saylı bağ evinin açıq hərracda satılması, 43931,59 ABŞ dolları məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının həmin əmlakın açıq hərracda satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-nə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və X1 ümumi qaydada tutulması, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ sahəsində X2 xüsusi mülkiyyətində olan 0,12 ha torpaq sahəsi və üzərindəki 1 mərtəbəli, 29,8 kv.m ümumi sahədən ibarət 2 otaqlı 581 saylı bağ evinə tutma yönəldikdən və satıldıqdan sonra X2 və Cavabdeh5 həmin torpaq sahəsinə istifadə hüquqlarının itirilməsinə, onların həmin torpaq sahəsindən çıxarılmasına, həmin torpaq sahəsinin boşaldılması və alıcıya təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 31 oktyabr 2013-cü il tarixli 02L000011031 saylı kredit xətti müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 30000 (otuz min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 11 iyun 2014-cü il tarixli 02R000033198 saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 2% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 (otuz min) ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 13 aprel 2015-ci il tarixli 02R000033198S saylı, 11 noyabr 2015-ci il tarixli 02R000033198SA saylı, 23 fevral 2016-cı il tarixli 02R000033198SB saylı, 15 sentyabr 2016-cı il tarixli 02R000033198SC saylı, 28 fevral 2017-ci il tarixli 02R000033198SD saylı, 03 avqust 2017-ci il tarixli 02R000033198SE saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 20.08.2018-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 15835.32 ABŞ dolları ödəmiş, onun 14164.68 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 02 oktyabr 2020-ci il tarixə 774 gün üçün hesablanmış faiz borcu 14951.16 ABŞ dolları təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. 02 oktyabr 2020-ci il tarixə 774 gün üçün hesablanmış cərimə 14815.75 ABŞ dolları təşkil edir. Kredit xətti müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X4 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh - ipoteka verən X4 ilə bank arasında bağlanılmış 11 iyun 2014-cü il tarixli 02M000001852 saylı ipoteka müqaviləsi əsasında Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ sahəsində xüsusi mülkiyyətdə olan 0.12 ha torpaq sahəsi və üzərindəki 1 mərtəbəli 29.8 kv.m yaşayış, 29.8 kv.m ümumi sahədən ibarət 2 otaqlı 581 saylı bağ evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən 104 №-li reyestr kitabının 10562 №-li vərəqində qeydiyyata alınmış RX ******* №-li çıxarışla Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ sahəsində xüsusi mülkiyyətdə olan 0.12 ha torpaq sahəsi və üzərindəki 1 mərtəbəli 29.8 kv.m yaşayış, 29.8 kv.m ümumi sahədən ibarət 2 otaqlı 581 saylı bağ evi Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 34.1.1-ci və 34.1.3-cü bəndlərində əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi anı kimi nəzərdə tutulmuşdur. İpoteka saxlayan İddiaçı QSC cavabdeh - ipoteka verən X3 “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 36.2-ci bəndində uyğun olaraq 25 sentyabr 2020-ci il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə 01 oktyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə təqdim olunmuşdur və həmin idarədə qeydiyyata alınmışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 18835,32 ABŞ dolları ödəmiş, onun 14164,68 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 02 oktyabr 2020-ci il tarixə 774 gün üçün hesablanmış faiz borcu 14951,16 ABŞ dolları təşkil edir. Qeyd edilənlərə əsasən Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 02 oktyabr 2020-ci il tarixə 774 gün üçün hesablanmış faiz borcu 14951,16 ABŞ dolları, cərimə borcu 14815, 75 ABŞ dolları təşkil edir.Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və X1 müştərək qaydada iddiaçı "xxxx" QSCnin xeyrinə 02R********** saylı kredit razılaşması üzrə 14164,68 ABŞ dolları kredit borcu, 14951,16 ABŞ dolları faiz borcu və 14815, 75 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə cəmi 43931,59 ABŞ dolları borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ sahəsində X2 xüsusi mülkiyyətində olan 0,12 ha torpaq sahəsi və üzərindəki 1 mərtəbəli, 29,8 kv.m ümumi sahədən ibarət 2 otaqlı 581 saylı bağ evinin açıq hərracda satılması, 43931,59 ABŞ dolları məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının həmin əmlakın açıq hərracda satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-nə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və X1 ümumi qaydada tutulması, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ sahəsində X2 xüsusi mülkiyyətində olan 0,12 ha torpaq sahəsi və üzərindəki 1 mərtəbəli, 29,8 kv.m ümumi sahədən ibarət 2 otaqlı 581 saylı bağ evinə tutma yönəldikdən və satıldıqdan sonra X2 və Gərayzadə Rəşadət Hacağa oğlunun həmin torpaq sahəsinə istifadə hüquqlarının itirilməsinə, onların həmin torpaq sahəsindən çıxarılmasına, həmin torpaq sahəsinin boşaldılması və alıcıya təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Qobustan rayon məhkəməsinə ərizə göndərərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh5 izahatında göstərdi ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 31 oktyabr 2013-cü il tarixli 02L000011031 saylı kredit xətti müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 30000 (otuz min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən Cavabdeh1 veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə İddiaçı QSC ilə Cavabdeh1 aralarında bağlanmış 11 iyun 2014-cü il tarixli 02R000033198 saylı kredit razılaşması əsasında ona 36 ay müddətinə, aylıq faiz dərəcəsi 2% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 (otuz min) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit xətti müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X4 və onunla bank arasında zaminlik müqavilələri bağlanmışdır. Kredit xətti müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə cavabdeh - ipoteka verən X4 ilə bank arasında bağlanılmış 11 iyun 2014-cü il tarixli 02M000001852 saylı ipoteka müqaviləsi bağlanmış və X4 Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ sahəsində yerləşən xüsusi mülkiyyətdə olan 0.12 ha torpaq sahəsi və üzərindəki 1 mərtəbəli 29.8 kv.m yaşayış, 29.8 kv.m ümumi sahədən ibarət 2 otaqlı 581 saylı bağ evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Götürdüyü kredit borcundan 18835,32 ABŞ dolları ödəmişdir. Lakin bank həmin ödənilən məbləği faiz və cərimə borcuna silmişdir. Bundan başqa ipoteka ilə yüklü edilmiş bağ evinin qiyməti çox aşağı qoymətləndirilmişdir. Hazırda Vişnyovka-1 bağ sahəsində torpağın 1 sotunun qiyməti 6000-7000 manatdır. Banka olan kredit borcunu hissə-hissə ödəyəcəkdir. Lakin məhkəmədən cərimənin silinməsində köməklik göstərilməsini xahiş etdi. İş üzrə Cavabdeh3 izahatında göstərdi ki, Cavabdeh1 İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə aralarında olan 11 iyun 2014-cü il tarixli 02R000033198 saylı kredit razılaşmasına əsasən bankdan ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 (otuz min) ABŞ dolları məbləğində kredit götürmüş, kredit xətti müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, X4 və onunla bank arasında zaminlik müqavilələri bağlanmışdır. Kredit xətti müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə cavabdeh - ipoteka verən X4 ilə bank arasında bağlanılmış 11 iyun 2014-cü il tarixli 02M000001852 saylı ipoteka müqaviləsi bağlanmış və X4 Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ sahəsində yerləşən xüsusi mülkiyyətdə olan 0.12 ha torpaq sahəsi və üzərindəki 1 mərtəbəli 29.8 kv.m yaşayış, 29.8 kv.m ümumi sahədən ibarət 2 otaqlı 581 saylı bağ evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Götürdüyü kredit borcundan 18835,32 ABŞ dolları ödəmişdir. Əvvəllər banka olan borc ödəniş qrafikində nəzərdə tutulmuş 780 manat əvəzinə hər ay 1000 manat ödənilmişdir. Lakin bank həmin ödənilən məbləği faiz və cərimə borcuna silmişdir. Banka olan əsas kredit borcunu hissəhissə ödəyəcəklər. Lakin məhkəmədən cərimənin silinməsində köməklik göstərilməsini xahiş etdi. İş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Gərayzadə İradə qızı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib, cavabdehlərin izahatını dinləyib, eləcə də işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Müəyyən olundu ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 31 oktyabr 2013-cü il tarixli 02L000011031 saylı kredit xətti müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 30000 (otuz min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 11 iyun 2014-cü il tarixli 02R000033198 saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 2% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 (otuz min) ABŞ dolları məbləğində kredit götürmüşdür. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X4 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Bundan başqa kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh - ipoteka verən X4 ilə bank arasında bağlanılmış 11 iyun 2014-cü il tarixli 02M000001852 saylı ipoteka müqaviləsi əsasında Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ sahəsində xüsusi mülkiyyətdə olan 0.12 ha torpaq sahəsi və üzərindəki 1 mərtəbəli 29.8 kv.m yaşayış, 29.8 kv.m ümumi sahədən ibarət 2 otaqlı 581 saylı bağ evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Tərəflərin imzaladıqları 13 aprel 2015ci il tarixli 02R000033198S saylı, 11 noyabr 2015-ci il tarixli 02R000033198SA saylı, 23 fevral 2016-cı il tarixli 02R000033198SB saylı, 15 sentyabr 2016-cı il tarixli 02R000033198SC saylı, 28 fevral 2017-ci il tarixli 02R000033198SD saylı, 03 avqust 2017-ci il tarixli 02R000033198SE saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 20.08.2018-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 15835.32 ABŞ dolları ödəmiş, onun 13.720.04 ABŞ dolları məbləğində kredit borcu, 7.482, 16 ABŞ dolları faiz borcu, 1451,87 ABŞ dolları (illik 5%-lə) faiz borcu qalmışdır. İş materiallarına əlavə edilmiş İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 11 iyun 2014-cü il tarixli 02R000033198 saylı kredit razılaşması əsasında Cavabdeh1 36 ay müddətinə, aylıq faiz dərəcəsi 2% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 (otuz min) ABŞ dolları kredit verilmişdir. 31 oktyabr 2013-cü il tarixli 02S000022341 saylı zaminlik müqaviləsinin surətindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. 31 oktyabr 2013-cü il tarixli 02S000022340 saylı zaminlik müqaviləsinin surətindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh5 arasında zaminlik müqaviləsi bağlanmışdır. 31 oktyabr 2013-cü il tarixli 02S000024713 saylı zaminlik müqaviləsinin surətindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında zaminlik müqaviləsi bağlanmışdır. 31 oktyabr 2013-cü il tarixli 02S000022339 saylı zaminlik müqaviləsinin surətindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh4 arasında zaminlik müqaviləsi bağlanmışdır. 11 iyun 2014-cü il tarixli 02M000001852 saylı ipoteka müqaviləsindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə X4 arasında bağlanılmış 11 iyun 2014-cü il tarixli 02M000001852 saylı ipoteka müqaviləsi əsasında Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ sahəsində yerləşən X2 xüsusi mülkiyyətdə olan 0.12 ha torpaq sahəsi və üzərindəki 1 mərtəbəli 29.8 kv.m yaşayış, 29.8 kv.m ümumi sahədən ibarət 2 otaqlı 581 saylı bağ evi ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinin dəyəri tərəflərin razılığı ilə 23526 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ sahəsində yerləşən X2 xüsusi mülkiyyətdə olan 0.12 ha torpaq sahəsi və üzərindəki 1 mərtəbəli 29.8 kv.m yaşayış, 29.8 kv.m ümumi sahədən ibarət 2 otaqlı 581 saylı bağ evi Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə yüklü edilməsi 104 nömrəli reyestr kitabının 10562 nömrəli vərəqəsində qeydiyyata alınmışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 29 iyul 2021-ci il tarixli 16-21 saylı əmlakın qiymətləndirilməsinə dair hesabatdan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mütəxəssisləri qiymətləndirici mövcud qiymətləndirmə metodlarından tam və ya qismən istifadə etməklə apardığı araşdırmalar, təhlillər, digər hesablamalar nəticəsində belə bir qənaətə gəlmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ sahəsində yerləşən X2 mülkiyyətində olan 581 saylı bağ evinin qiymətləndirmə tarixinə, yəni 10 iyul 2021-ci il tarixinə yekun bazar dəyəri 39000 (otuz doqquz min), likvid dəyəri 35000 (otuz beş min) manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 aprel 2021-ci il tarixli 9/1692 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları; 11 iyun 2014-cü il tarixli, 02R000033198 saylı kredit razılaşması; 13 aprel 2015-ci il tarixli “Saziş”; 11 noyabr 2015-ci il tarixli “Saziş”; 23 fevral 2016-cı il tarixli “Saziş”; 15 sentyabr 2016-cı il tarixli “Saziş”; 28 fevral 2017-ci il tarixli “Saziş” və 03 avqust 2017-ci il tarixli “Saziş” də qeyd olunan şərtlər və Konstitusiya Məhkəməsinin Plenumunun 02 oktyabr 2020-ci il tarixə (iddia tarixinə) İddiaçı QSC-nə olan borcu 22.654,07 ABŞ dolları məbləğində müəyyən olunur, o cümlədən əsas borc üzrə 13.720,04 ABŞ dolları, faiz borcu üzrə 7.482,16 ABŞ dolları, faiz borcu (illik 5%-lə) 1.451,87 ABŞ dolları. İş materiallarına əlavə edilmiş İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin 25 iyul 2019-cu il tarixli xəbərdarlıqlardan görünür ki, cavabdehlərə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinin tələblərinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehin banka ödəməli olduğu vəsaitin miqdarını nəzərə alaraq hesab edir ki, bank tərəfindən cərimə borcunun 14815,75 ABŞ dolları hesablanması tənasübsüz dərəcədə yüksəkdir və cərimə borcunun 9800 ABŞ dolları müəyyən edilməsi ədalətli və ağlabatandır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Qeyd olunanlara əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və X1 müştərək qaydada 02R********** saylı kredit razılaşması üzrə 13720,04 ABŞ dolları, faiz borcu üzrə 7482,16 ABŞ dolları, faiz borcu (illik 5%-lə) 1451,87 ABŞ dolları və 9800 ABŞ dolları cərimə borcu, 30 manat ödənilmiş dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı iddiaçı "xxxx" QSC-nin xeyrinə tutulmalı, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ sahəsində yerləşən X2 xüsusi mülkiyyətində olan 0,12 ha torpaq sahəsi və üzərindəki 1 mərtəbəli, 29,8 kv.m ümumi sahədən ibarət 2 otaqlı 581 saylı bağ evi açıq hərracda satılmalı, 13720,04 ABŞ dolları, faiz borcu üzrə 7482,16 ABŞ dolları, faiz borcu (illik 5%-lə) 1451,87 ABŞ dolları və 9800 ABŞ dolları cərimə borcu, 30 manat ödənilmiş dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı həmin əmlakın açıq hərracda satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-nə ödənilməli, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və X1 ümumi qaydada tutulmalı, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ sahəsində yerləşən X2 xüsusi mülkiyyətində olan 0,12 ha torpaq sahəsi və üzərindəki 1 mərtəbəli, 29,8 kv.m ümumi sahədən ibarət 2 otaqlı 581 saylı bağ evinə tutma yönəldikdən və satıldıqdan sonra X2 və Cavabdeh5 həmin torpaq sahəsinə istifadə hüquqları itirilməli, onlar həmin torpaq sahəsindən çıxarılmalı, həmin torpaq sahəsi boşaldılmalı və alıcıya təhvil verilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Gərayzadə İradə Qulamhüseyn qızından müştərək qaydada 02R********** saylı kredit razılaşması üzrə 13720,04 ABŞ dolları, faiz borcu üzrə 7482,16 ABŞ dolları, faiz borcu (illik 5%-lə) 1451,87 ABŞ dolları, 9800 ABŞ dolları cərimə borcu, 30 manat ödənilmiş dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı iddiaçı "xxxx" QSC-nin xeyrinə tutulsun. İpoteka ilə yüklü edilmiş Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ sahəsində yerləşən X2 xüsusi mülkiyyətində olan 0,12 ha torpaq sahəsi və üzərindəki 1 mərtəbəli, 29,8 kv.m ümumi sahədən ibarət 2 otaqlı 581 saylı bağ evi açıq hərracda satılsın. Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ sahəsində yerləşən X2 mülkiyyətində olan 581 saylı bağ evinin yekun bazar dəyəri 39000 (otuz doqquz min), likvid dəyəri 35000 (otuz beş min) manat müəyyən edilsin. 13720,04 ABŞ dolları əsas, 7482,16 ABŞ dolları faiz borcu, faiz borcu (illik 5%-lə) 1451,87 ABŞ dolları, 9800 ABŞ dolları cərimə borcu, 30 manat ödənilmiş dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı həmin əmlakın açıq hərracda satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilsin. Hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və X1 ümumi qaydada tutulsun. Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ sahəsində yerləşən X2 xüsusi mülkiyyətində olan 0,12 ha torpaq sahəsi və üzərindəki 1 mərtəbəli, 29,8 kv.m ümumi sahədən ibarət 2 otaqlı 581 saylı bağ evinə tutma yönəldikdən və satıldıqdan sonra X2 və Cavabdeh5 həmin torpaq sahəsinə istifadə hüquqları itirilsin, onlar həmin torpaq sahəsindən çıxarılsın, həmin torpaq sahəsi boşaldılsın və alıcıya təhvil verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №2(026)-46/2021
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-46/2021
25.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver