Məhkəmə qərarları › İş №2(026)-47/2023

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-47/2023

23.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-47/2023 23.01.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X6 iştirakı ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh 18 oktyabr 2018-ci il tarixli BPM**********56 nömrəli kredit müqaviləsinə əsasən əsas borc üzrə 651,97 manat əsas borc, 30 manat ödənilmiş dövlət rüsumunun və 0,40 qəpik xidmət haqqının alınıb "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh 18 oktyabr 2018-ci il tarixli BPM**********56 nömrəli kredit müqaviləsinə əsasən əsas borc üzrə 651,97 manat əsas borc, 30 manat ödənilmiş dövlət rüsumunun və 0,40 qəpik xidmət haqqının alınıb "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X7 izahatında göstərdi ki, "xxxx" ASC ilə X4 arasında bağlanmış 18 oktyabr 2018-ci il tarixli BPM**********56 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə illik 29 faiz olmaqla 26 ay müddətinə 1500 manat kredit verilmişdir. X1 10 noyabr 2019-cu il tarixdə vəfat etmişdir. Qobustan rayon notariat ofisinin 22 dekabr 2021-ci il tarixli 198 saylı məktubu ilə müəyyən olunmuşdur ki, mərhum X3 adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsəsi olan Cavabdeh 18 may 2021-ci il tarixli 21 nömrəli vərəsəlik işi üzrə reyestrdə 2V-59 nömrə ilə qeyd edilərək vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bankın Şamaxı filialı tərəfindən verilmiş maliyyə arayışına əsasən X3 vəfat etdiyi tarixə banka ödənilməmiş 651,97 manat kredit borcu qalmışdır. Cavabdehin X2 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəfindən səy göstərilsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Ona görə də Cavabdeh 651,97 manat əsas borc, 30 manat ödənilmiş dövlət rüsumu və 0,40 qəpik xidmət haqqının alınıb "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarmasını məhkəmədən xahiş etdi. Cavabdeh X5 məhkəməyə teleqram göndərərək səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyini və məhkəmə iclasının onun iştirakı olmadan keçirilərək çıxarılan qərarla razı olduğunu bildirmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC ilə X4 arasında bağlanmış 18 oktyabr 2018ci il tarixli BPM**********56 nömrəli kredit müqaviləsindən görünür ki, cavabdehə illik 29 faiz olmaqla 26 ay müddətinə 1500 manat kredit verilmişdir. İşdə olan "xxxx" ASC-nin Şamaxı filialının maliyyə arayışından görünür ki, X3 "xxxx" ASC-nə 651,97 manat kredit borcu qalmışdır. Müəyyən olundu ki, iddiaçı "xxxx" ASC ilə cavabdeh X4 arasında bağlanmış 18 oktyabr 2018-ci il tarixli BPM**********56 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə illik 29 faiz olmaqla 26 ay müddətinə 1500 manat kredit verilmişdir. X1 10 noyabr 2019-cu il tarixdə vəfat etmiş, Cavabdeh 18 may 2021-ci il tarixli 21 nömrəli vərəsəlik işi üzrə onun vərəsəsi elan edilərək vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. X3 vəfat etdiyi tarixə banka ödənilməmiş 651,97 manat kredit borcu qalmışdır. İş materiallarına əlavə olunmuş Qobustan rayon qeydiyyat şöbəsi tərəfindən 19 noyabr 2019-cu il tarixli AZ-İİ 036209 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 10 noyabr 2019-cu il tarixdə vəfat etmişdir. Qobustan rayon notariat ofisinin 22 dekabr 2021-ci il tarixli 198 saylı məktubundan görünür ki, Qobustan rayon notariat ofisinin 2V-59 reyestr nömrəli, 18 may 2021-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə 10 noyabr 2019-cu il tarixdə ölmüş X2 qalmış miras əmlaka (nəqliyyat vasitəsinə) dair arvadı-Cavabdeh vərəsəlik hüququ rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh 18 oktyabr 2018-ci il tarixli BPM**********56 nömrəli kredit müqaviləsinə əsasən əsas borc üzrə 651,97 manat əsas borc, 30 manat ödənilmiş dövlət rüsumunun və 0,40 qəpik xidmət haqqının alınıb "xxxx" ASC-yə ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 18 oktyabr 2018-ci il tarixli BPM**********56 nömrəli kredit müqaviləsinə əsasən əsas borc üzrə 651,97 manat əsas borc, 30 manat ödənilmiş dövlət rüsumunun və 0,40 qəpik xidmət haqqının alınıb "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar