Azərbaycan Respublikası adından QƏRARDAD Qobustan rayonu İş № 2(026)-491/2024 28.10.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın əvəzinin ödənilməsi tələbinə dair” iddiası ilə bağlı işə məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Qobustan Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh cəmi 3338 manat dəymiş ziyanın və ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Qobustan şəhərində yaşamaqla fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olur. O, 2020-ci ildə X1 ona məxsus 40 kv.m sahəsi olan mağazanı meyvə-tərəvəz satışı üçün icarəyə götürmüşdür. Həmin mağaza Qobustan şəhərinin “Son” adlanan ərazisində yerləşir. Artıq dörd ildir ki, o, hər ay X3 125 manat icarə haqqı ödəyir və icarəyə götürdüyü mağazada meyvə-tərəvəz satışı ilə məşğul olur. 01 sentyabr 2024-cü ildə cavabdeh iddiaçıya “bura mənimdir, yerimi zəbt etmisiz” deyərək onu mağazadan çıxartmışdır. X4 isə icarəyə verilən otağı Cavabdeh 2013-cü ildə pulunu verib notarial qaydada alğı-satqı müqaviləsi əsasında aldığını deyir. Cavabdeh iddiaçını mağazadan çıxartdırdıqdan sonra ona məxsus ümumi dəyəri 3338 manat olan məhsullar həmin mağazada qalmışdır. Həmin malları satmağa isə polis əməkdaşı X2 və cavabdeh icazə vermirlər. Həmin mallar meyvə-tərəvəz olduğuna (yəni yaş məhsul) görə xarab olur. 04 sentyabr 2024-cü ildə yaş məhsulları oradan polis mayoru Rəşad Məmmədovun iştirakı ilə naməlum ünvanlara daşıyıb tökmüşlər. Çox güman ki həmin məhsullar hazırda xarab olmuşdur. Onun mağazada qalmış mallarının ümumi dəyəri 3338 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə bildirdi ki, onun oğlu sahibkardır. Oğlu İddiaçı mübahisəli obyekti icarəyə götürərək meyvə-tərəvəz alveri ilə məşğul idi. Lakin sonradan cavabdeh onları mağazaya buraxmadığına görə onların məhsulu orada qalıb zay olmuşdur. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, özü sahibkardır və mübahisəli obyekt ona məxsusdur. O, öz obyektini iddiaçıya icarəyə verməmişdir. Heç bir hüququ olmadan Bəyağa Abbasov həmin obyekti iddiaçı tərəfə icarəyə vermişdir. Əslində onlar birləşib həmin obyekti onun əlindən almağa çalışırlar. Hazırkı mübahisələri də məhz həmin obyektdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı yaranmışdır. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, iddia ərizəsi məhkəmə aidiyyəti üzrə düzgün məhkəməyə verilmədiyindən, hazırkı iş materialları baxılması üçün aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, işdəki “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə İddiaçı barəsində sorğulanmış məlumatlardan görünür ki, o, ********** qeydiyyat sayı ilə (VÖEN) Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən vergi ödəyicisi kimi uçota alınmışdır. Həmin VÖEN üzrə fəaliyyət istiqaməti kimi “qurudulmuş və konservləşdirilmiş meyvə və tərəvəzlərin pərakəndə satışı”, fəaliyyət obyekti kimi isə “meyvə-tərəvəz” göstərilmişdir. İşdəki “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə Cavabdeh barəsində sorğulanmış məlumatlardan görünür ki, o, ********** qeydiyyat sayı ilə (VÖEN) Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən vergi ödəyicisi kimi uçota alınmışdır. Həmin VÖEN üzrə fəaliyyət istiqaməti kimi “ixtisaslaşdırılmış mağazalarda ət və ət məhsullarının pərakəndə satışı”, fəaliyyət obyekti kimi isə “ət satışı” və “icarə obyekti” göstərilmişdir. İddia ərizəsindən aydın olur ki, iddiaçı mübahisəli obyektdən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün artıq 4 ildir ki istifadə etdiyini bildirmiş, orada meyvə-tərəvəz satışını həyata keçirdiyini qeyd etmiş, cavabdehin onu mağazaya buraxmamaqla sahibkarlıq fəaliyyətinə maneçilik törətdiyini, mağazada olan məhsullarını götürməsinə imkan vermədiyini və bununla da ona zərər vurduğunu göstərmişdir. Onun mağazada olduğunu qeyd etdiyi məhsulların əksəriyyəti birbaşa olaraq VÖEN üzrə fəaliyyət istiqaməti və obyektinə uyğun olaraq meyvə-tərəvəzdən ibarətdir. Beləliklə, iş materialları ilə tərəflərin hər ikisinin sahibkarlıq fəaliyyətinin subyekti olması və mübahisənin cavabdehin iddiaçının mübahisəli obyektdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına icazə verməməsi nəticəsində yarandığı iddia edilən zərər ilə bağlı olması öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. MPM-in 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Qeyd edilən normaların tələblərini, işdə iştirak edən şəxslərin subyektiv tərkibini, mübahisənin predmetini və hüquq münasibətlərinin xarakterini nəzərə alan məhkəmə bildirir ki, hazırkı mübahisə kommersiya məhkəməsinə aiddir və iddia ərizəsi məhkəmə aidiyyəti üzrə məhz kommersiya məhkəməsində baxılmalıdır. MPM-in 31.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. MPM-in 32.3-cü maddəsinə əsasən, hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. MPM-in 32.4-cü maddəsinə əsasən, aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Qeyd edilən prosessual hüquq normalarının məzmunundan da göründüyü kimi, hazırkı iş üzrə iddia ərizəsi Qobustan Rayon Məhkəməsi tərəfindən icraata götürülmüş olsa da, sonradan məhkəmənin hazırlıq iclasında mübahisənin məhkəmə aidiyyəti ilə bağlı aşkar edilmiş hallar nəticəsində mübahisənin kommersiya məhkəməsinə aidliyi müəyyən edildiyindən, iş aidiyyəti üzrə kommersiya məhkəməsinə göndərilməlidir. Məhkəmə bildirir ki, cavabdehin rəsmi qeydiyyat ünvanı ünvan 1smi qeydə alındığı yer üzrə kommersiya məhkəməsinə göndərilməlidir. “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə” Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli Qərarına əsasən, Qobustan rayonu ərazi vahidi kimi Sumqayıt Kommersiya Məhkəməsinin yurisdiksiyasına aiddir. Odur ki, işə aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsində baxılmalıdır. Beləliklə, məhkəmə qeyd edilənləri nəzərə alıb belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın əvəzinin ödənilməsi tələbinə dair” iddiası ilə bağlı iş materialları aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. MPM-in 32.5-ci maddəsinə əsasən, aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. MPM-in 32.6-cı maddəsinə əsasən, iş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 24, 26, 31, 32, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutub QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın əvəzinin ödənilməsi tələbinə dair” iddiası ilə bağlı iş materialları aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Qobustan Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samir Mayılov
Məhkəmə qərarları › İş №2(026)-491/2024
Qobustan Rayon Məhkəməsi Qərardad — İş №2(026)-491/2024
28.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver