Məhkəmə qərarları › İş №2(026)-496/2024

Qobustan Rayon Məhkəməsi Qərardad — İş №2(026)-496/2024

18.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qobustan rayonu İş № 2(026)-496/2024 18.09.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ X1 İddiaçı Sumqayıt şəhər X2 Soltan Malik oğluna qarşı vurulmuş maddi ziyanın alınması tələbinə dair iddia ərizəsinə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Sumqayıt şəhər X4 rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh elektron nəzarət vasitəsinin dəyəri olan 2277,40 manat mənləğində pulun alınaraq Dövlət xəzinədarlıq agentliyinin hesabına köçürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdırıb hesab edir ki, iddia ərizəsi və əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. İş materiallarına əlavə olunmuş Cavabdeh aid şəxsi məlumatdan görünür ki, Cavabdeh Şamaxı rayonu Quşçu kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası MPM-in 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə iddia ərizəsi geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 36,152,263,264 və 268-ci maddələrini rəhbər tutub məhkəmə QƏRARA ALDİ: İddiaçı Sumqayıt şəhər X2 Soltan Malik oğluna qarşı vurulmuş maddi ziyanın alınması tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Qobustan rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rövşən Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar