Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-51/2021 09.03.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, iddiaçı “xxxx” MM OBKT-nin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı “xxxx” MM OBKT-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 9307,74 manat, faiz borcu üzrə 0,00 manat, cərimə borcuna görə 0,00 manat olmaqla, cəmi 9307,74 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun “xxxx” MMQBKT-nin xeyrinə tutulmasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MM OBKT cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 9307,74 manat, faiz borcu üzrə 0,00 manat, cərimə borcuna görə 0,00 manat olmaqla, cəmi 9307,74 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun “xxxx” MMQBKT-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “xxxx” MM OBKT-nin nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək izahatında göstərdi ki, “xxxx” MM OBKT ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxx 2015-ci il tarixli, **********506 saylı kredit müqaviləsinə əsasən borcluya biznes məqsədləri və həyat şəraitinin yaxşılaşdırılması üçün illik 28 faiz dərəcəsi olmaqla 15 ay müddətinə 15000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 1201 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredir müqaviləsi üzrə yaranmış öhdəliklərin təminatı olaraq eyni tarixli, **********7***-******* saylı zaminlik müqavilə ilə Cavabdeh2 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Borclu kredit müqaviləsinin şərtlərinə əsasən müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımı qaydada yerinə yetirməmişdir. xx xxxxx 2015-ci il tarixli **********2506 saylı kredit müqaviləsi xx xxxxx 2016-cı il tarixli **********1547 saylı sazişlə restruktrizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi, əsas borc 9618,00 manat, faiz borcu 0,00 manat və cərimə borcu 0,00 manat müəyyən edilmişdir. xx xxxxx 2015-ci il tarixli **********7***-******* saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh2 öhdəliklərin icrasına təminat olaraq sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Cavabdeh1 xx xxxxxx 2020-ci il tarixinə “xxxx” MMOBKT-nə 9307,74 manat əsas borcu yaranmışdır. Borcun ödənilməsi ilə əlaqədar cavabdehlərə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Ona görə də cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 9307,74 manat, faiz borcu üzrə 0,00 manat, cərimə borcuna görə 0,00 manat olmaqla, cəmi 9307,74 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulub “xxxx” MMOBKT-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, onlar məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş xx xxxxx 2015-ci il tarixli, **********506 saylı kredit müqavilənin surətindən görünür ki, əsasən borcluya biznes məqsədləri və həyat şəraitinin yaxşılaşdırılması üçün illik 28 faiz dərəcəsi olmaqla 15 ay müddətinə 15000 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxx 2016-cı il tarixli **********7***-******* saylı zaminlik müqaviləsindən görünür ki, “xxxx” MMOBKT ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Borcalan bank qarşısında öz öhdəliklərinin icrasını lazımi səviyyədə təmin etmədikdə bank zamindən verilmiş kreditin və ona hesablanmış faiz borcunun vaxtından əvvəl qaytarılmasını tələb edə bilər. İş materiallarına əlavə edilmiş xx xxxxx 2016-cı il tarixli **********1547 saylı kredit müqaviləsinin restruktrizasiyasına dair sazişdə göstərilir ki, Cavabdeh1 xx xxxxx 2015ci il tarixli, **********506 saylı kredit müqaviləsi üzrə banka olan əsas borcu 9618,00 manat, faiz borcu 0,00 manat və cərimə borcu 0,00 manat təşkil etmişdir. Sazişin 2-ci maddəsinə əsasən qalıq borca illik faiz dərəcəsi 18 faiz hesablanmaqla 12 ay müddətində tamamilə ödəniləcəkdir. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh1 “xxxx” ASC-yə xx xxxxx 2015-ci il tarixli, **********2506 saylı kredit müqaviləsinə əsasən 9307,74 manat əsas, 0,00 manat faiz, 0,00 manat cərimə borcu olmaqla, cəmi 9307,74 manat məbləğində borcu vardır. Müəyyən edildi ki, iddiaçı “xxxx” MM OBKT ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxx 2015-ci il tarixli, **********506 saylı kredit müqaviləsinə əsasən borcluya biznes məqsədləri və həyat şəraitinin yaxşılaşdırılması üçün illik 28 faiz dərəcəsi olmaqla 15 ay müddətinə 15000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 1201 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredir müqaviləsi üzrə yaranmış öhdəliklərin təminatı olaraq eyni tarixli, **********7***-******* saylı zaminlik müqavilə ilə Cavabdeh2 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Borclu kredit müqaviləsinin şərtlərinə əsasən müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımı qaydada yerinə yetirməmişdir. xx xxxxx 2015-ci il tarixli **********2506 saylı kredit müqaviləsi xx xxxxx 2016-cı il tarixli **********1547 saylı sazişlə restruktrizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi, əsas borc 9307,74 manat, faiz borcu 0,00 manat və cərimə borcu 0,00 manat müəyyən edilmişdir. Borcun ödənilməsi ilə əlaqədar cavabdehlərə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinin tələblərinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 9307,74 manat əsas borc və 30 manat ödənilmiş dövlət rüsumu alınıb “xxxx” MM OBKT-nin xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 9307,74 manat əsas borc və 30 manat ödənilmiş dövlət rüsumu alınıb “xxxx” MM OBKT-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliye
Məhkəmə qərarları › İş №2(026)-51/2021
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-51/2021
09.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver