Məhkəmə qərarları › İş №2(026)-511/2023

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-511/2023

08.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-511/2023 08.12.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin Cavabdeh 253, 26 manat təbiətə dəymiş ziyanın alınıb 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin hesabına köçürülməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi Cavabdeh 253, 26 manat təbiətə dəymiş ziyanın alınıb 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi iddia ərizəsində göstərmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin 09 avqust 2021-ci il tarixli 54 saylı sərəncamına əsasən xidməti ərazilərdə yerin təkindən istifadə edilməsi ilə bağlı qanunvericiliyin tələblərinə riayət olunması vəziyyəti araşdırılmışdır. Araşdırma zamanı Abşeron rayonu, Təzəkənd kəndi yaxınlığında boş ərazidən qanunsuz olaraq qarışıq süxurun daşınması faktı aşkar olunmuşdur. Araşdırma zamanı faydalı qazıntı olan qarışıq süxur ilə yüklənmiş **-TL-*** dövlət nömrə nişanlı “SHACMAN” markalı yük avtomobili idarə əməkdaşları tərəfindən saxlanılmış, avtomobilin sürücüsü hazırki iş üzrə Cavabdeh yazılı izahat verərək ərazidən götürülmüş qarışıq süxurun şəxsi istifadəsi üçün daşıdığını etiraf etmişdir. Qeyd olunan faktla bağlı 13 avqust 2021-ci il tarixli 71201 saylı akt tərtib olunmuş, araşdırmanın nəticəsi olaraq Cavabdeh tərəfindən qanunsuz olaraq yerin təkindən istifadə etdiyinə görə onun barəsində 13 avqust 2021-ci il tarixdə MN ******* saylı protokol tərtib olunmuşdur. Protokol əsasında 01 sentyabr 2021-ci il tarixdə MN ******* saylı qərarla inzibati xəta törədən şəxs Cavabdeh 600 (altı yüz) manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. İnzibati xəta törətməkdə təqsirli bilinən cavabdeh cərimə məbləğini könüllü olaraq 14 sentyabr 2021-ci il tarixində müvafiq hesaba ödəmişdir. İnzibati araşdırma zamanı, eyni vaxtda, cavabdeh tərəfindən qanunsuz olaraq yerin təkindən istifadə olunması nəticəsində götürülmüş qarışıq süxurun miqdarı ölçülmüş, eni 2 metr, uzunluğu 6,70 metr və dərinliyi 1,5 metr olmaqla qazılmış ərazinin ölçüləri əsasında 20,1 m3 həcmində faydalı qazıntı olan qarışıq süxurun daşındığı sübut olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 mart tarixli, 119 saylı qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında yayılmış faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində təbiətə dəymiş ziyana görə ödəmə normativləri”nə əsasən hesablama aparılaraq cavabdeh tərəfindən təbiətə vurulmuş ziyanın 253 (iki yüz əlli üç) manat 26 (iyirmi altı) qəpik olduğu müəyyən olunmuşdur. Cavabdeh inzibati cərimə məbləğini könüllü olaraq ödəsə də maddi ziyan məbləğini könüllü olaraq ödəməkdən imtina edir. Ona görə də Cavabdeh 253, 26 manat təbiətə dəymiş ziyanın alınıb 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi məhkəməyə ərizə göndərərək iş yükünün çoxluğu ilə əlaqədar nümayəndəsinin məhkəmə iclasında iştirak edə bilməyəcəyini göstərərək işə nümayəndənin iştirakı olmadan baxılıb iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib, işdə olan materialları araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin əməkdaşları Elnur Həsənov, İlkin Telmanlı və Səddam Bayramovun 13 avqust 2021-ci il tarixli 71201 aktdan görünür ki, 99 T 16, ** CP ***, ** TG *** və ** HG *** dövlət nömrə nişanlı yük avtomaşınları saxlanılaraq baxış keçirilmiş, baxış zamanı qarışıq süxurun daşınması öz təsdiqi tapmışdır. Qarışıq süxurun götürüldüyü yerə baxış keçirilərkən 2 m x 5 m x sm 10 m3 həcmdə qarışıq süxur daşındığı müəyyən olunmuşdur. Yük maşınlarının sürücüləri X2, X3, Cavabdeh və X1 yazılı izahatlarında qarışıq süxuru öz həyətlərində yaranmış çökəkliklərin doldurulması üçün apardıqlarını və bunun qanunsuz olduğunu bilmədiklərini göstərmişlər. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin 16 avqust 2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh **-TL-*** dövlət qeydiyyat nişanlı yük avtomaşını ilə Abşeron rayonu Təzəkənd kəndi yaxınlığında 13 avqust 2021-ci il tarixdə lisenziya və icazə olmadan yerin təkindən qanunsuz istifadə etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin 06 sentyabr 2021-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Cavabdeh **-TL-*** dövlət qeydiyyat nişanlı yük avtomaşını ilə Abşeron rayonu Təzəkənd kəndi yaxınlığında 13 avqust 2021-ci il tarixdə lisenziya və icazə olmadan yerin təkindən qanunsuz istifadə etdiyinə görə Azərbaycan Respublikası İXM-in 228-ci maddəsinə əsasən fiziki şəxs qismində 600 manat cərimə edilmişdir. Abşeron rayonu Təzəkənd kəndi istiqamətində faydalı qazıntı növü olan qarışıq süxurun qanunsuz olaraq götürülməsi nəticəsində təbiətə dəymiş ziyan barədə hesabatdan görünür ki, təbiətə 253,26 manat ziyan dəymişdir. Cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinə verdiyi yazılı izahatdan görünür ki, idarə etdiyi ** CP *** dövlət nömrə nişanlı yük avtomaşını ilə qarışıq süxuru öz həyətində yaranmış çökəkliklərin doldurulması üçün apardıqlarını və bunun qanunsuz olduğunu bilmədiyini göstərmişdir. Müəyyən olundu ki, Cavabdeh idarə etdiyi **-TL-*** dövlət nömrə nişanlı “SHACMAN” markalı yük avtomobili ilə 13 avqust 2021-ci il tarixdə Abşeron rayonu Təzəkənd kəndi yaxınlığında boş ərazidən qanunsuz olaraq qarışıq süxurun daşınması faktı aşkar olunmuşdur. Araşdırma zamanı faydalı qazıntı olan qarışıq süxur ilə yüklənmiş **-TL-*** dövlət nömrə nişanlı “SHACMAN” markalı yük avtomobili idarə əməkdaşları tərəfindən saxlanılmış, avtomobilin sürücüsü hazırki iş üzrə Cavabdeh yazılı izahat verərək ərazidən götürülmüş qarışıq süxurun şəxsi istifadəsi üçün daşıdığını etiraf etmişdir. Cavabdeh qanunsuz olaraq yerin təkindən istifadə etdiyinə görə onun barəsində 13 avqust 2021-ci il tarixdə MN ******* saylı protokol tərtib olunmuş, protokol əsasında 01 sentyabr 2021-ci il tarixdə MN ******* saylı qərarla inzibati xəta törədən şəxs Cavabdeh 600 (altı yüz) manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. İnzibati xəta törətməkdə təqsirli bilinən cavabdeh cərimə məbləğini könüllü olaraq müvafiq hesaba ödəmiş, təbiətə vurulmuş 253 (iki yüz əlli üç) manat 26 (iyirmi altı) qəpik ziyanı ödəməmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh 253, 26 manat təbiətə dəymiş ziyan alınıb 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin (“Ətraf Mühafizəsi üzə Dövlət Fondu”na VOEN **********, H/H: AZN 10 CTRE ********************, büdcə təsnifatı 142595, büdcə səviyyəsinin kodu 3, bank DXA, Kod 210005, VOEN **********, Müxbir hesabı AZ41 NABZ 013601**********3944, SWİFT BİK CTREAZ 22) hesabına və 30 manat dövlət rüsumu alınıb Qobustan rayon məhkəməsinin hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 253, 26 manat təbiətə dəymiş ziyan alınıb 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin (“Ətraf Mühafizəsi üzə Dövlət Fondu”na VOEN **********, H/H: AZN 10 CTRE ********************, büdcə təsnifatı 142595, büdcə səviyyəsinin kodu 3, bank DXA, Kod 210005, VOEN **********, Müxbir hesabı AZ41 NABZ 013601**********3944, SWİFT BİK CTREAZ 22) hesabına və 30 manat dövlət rüsumu alınıb Qobustan rayon məhkəməsinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qobustan rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar