Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-515/2022 21.12.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Mustafayeva Bahar Elman qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı 2300 manat borc və ödənilmiş dövlət rüsumu tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı 2300 manat borc və ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Qobustan rayonu Qobustan şəhərində yaşayır. Qobustan rayonu Qobustan şəhər sakinləri Cavabdeh2 və Cavabdeh1 ona qara metal satdıqlarını demişlər, ona da qara metal lazım olduğuna görə 2022-ci ilin fevral ayında onlara 2660 manat pul vermişdir. Lakin İlkin və Babək Həmzəliyevlər onun etibarından sui istifadə edərək onu aldatmışlar və söz verdikləri qara metalı gətirməmişlər. Bir neçə dəfə onlardan qara metalı gətirmələrini və ya pulunu qaytarmalarını dedikdən sonra ona cəmi 360 manat dəyərində qara metal gətirmişlər. Cavabdehlər 2022-ci ilin fevral ayından bu günə kimi ona olan 2300 manat borcu qaytarmaq istəmədiklərini görüb, məsələnin həlli ilə bağlı Qobustan rayon prokurorluğuna və Qobustan rayon polis şöbəsinə müraciət etmiş, etdiyi müraciətlərə əsasən cavabdehlər barəsində cinayət işi qaldırılmışdır. lakin mübahisə mülki xarakter daşıdığından cinayət işinin başlanması rədd edilərək ona iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ olduğu bildirilmişdir. Qobustan şəhər sakinləri Cavabdeh2 və Cavabdeh1 ona qara metal gətirəcəkləri ilə aldadaraq aldıqları 2660 manat puldan onlarda qalan 2300 manat pulun və ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 iddianı qəbul edərək izahat verərək göstərdi ki, əmisi oğlu Cavabdeh2 ilə qara metalın alqı-satqısı ilə məşğul olmuşlar. İddiaçı da ona qara metal gətirəcəklərinə görə 2022-ci ilin fevral ayında 2660 manat pul almışlar və 360 manat dəyərində ona qara metal gətirmişlər. Lakin sonradan ziyana düşdükləri üçün işləyə bilməmişlər. Əmisi oğlu Babək hazırda həbsdədir. İddiaçı borclu olduqları puldan 1300 manat vermək istəmişdir. İddiaçı isə həmin pulu götürməkdən imtina edərək pulunun tam şəkildə ödənilməsini tələb etmişdir. İddiaçı olan 2300 manat pulu iki ay ərzində ödəyəcəkdir. Cavabdeh2 Qobustan rayon polis şöbəsində verdiyi izaharında göstərmişdir ki, Qobustan rayonunun Qobustan şəhərində yaşayır və təsərrüfatla məşğul olur. Abşeron rayonu ərazisində ona məxsus qış otlaq sahəsi istifadəsiz olduğu üçün dəmir materialları söküb satmışdır. 2022-ci ilin fevral ayında əmisi oğlu İlkin əsgər yoldaşı olan İddiaçıla danışıb dəmirləri ona satmışdır. Həmin alqı-satqıda İddiaçı 2300 manat borclu qalmışlar. Həmin vaxtdan maddi imkanları pisləşdiyi üçün İddiaçı olan borcu qaytara bilməmiş, lakin borclu olduğu pulu qısa müddətdə qaytaracağına söz vermişdir. Qobustan rayon polis şöbəsinin İQ-un 08 sentyabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Cavabdeh1 və Cavabdeh2 əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmiş, məsələ mülki xarakterli olduğundan İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət etməli olduğu bildirilmişdir. Qobustan rayon məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli 1(026)-24/2022 saylı hökmündən görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmə iddiaçının və Cavabdeh1 izahatını dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş üzrə cavabdehlərin iddiaçı X1 borcu olması Cavabdeh1 izaharında, eləcə də Cavabdeh2 polis şöbəsində təhqiqatda verdiyi izahatda təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Şərh olunanlara və istinad edilən normalara əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalı, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 2300 manat borc və ödənilmiş dövlət rüsumu müştərək qaydada alınıb İddiaçı verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 2300 manat borc və ödənilmiş dövlət rüsumu müştərək qaydada alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №2(026)-515/2022
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-515/2022
21.12.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver