Məhkəmə qərarları › İş №2(026)-52/2023

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-52/2023

27.02.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-52/2023 27.02.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, İddiaçı və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1000 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1000 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh1 digər Cavabdeh2 anasıdır. Onları uzun illərdir ki, tanıyır. Abşeron rayonu Aşağı-Güzdək qəsəbəsində onunla qonşuluqda kirayədə yaşayıblar. Qonşu kimi onlarla yaxın münasibətləri olub. Təxminən 2000-ci ilin əvvələrində Məhəmməd oğurluq etdiyi üçün cinayət məsuliyyətinə cəlb edilmiş və dəymiş ziyanı ödəmək üçün anası ilə birlikdə onlara gələrək ona 2000 (iki min) manat borc pul lazım olduğunu bildirmişdir. Onları uzun müddətdir tanıdığı üçün etibar edib 2000 manat məbləğində pulu borc olaraq onlara vermişdir. Bir müddət keçdikdən sonra Cavabdeh1 və Cavabdeh2 2000 manat borc puldan 1000 manatı ona geri qaytarmış, yerdə qalan 1000 manatını isə yaxın vaxtlarda geri qaytaracaqlarına söz vermişlər. Söz verdikləri vaxtdan uzun müddət keçməsinə baxmayaraq onlar həmin 1000 manat borc məbləğini qaytarmamışlar. Sonradan onlar yaşadıqları yerdən başqa əraziyə köçmüşlər. Hər dəfə onlarla telefon vasitəsi ilə əlaqə saxladıqda onlar yaxın bir zamanda pulu geri qaytaracaqlarına söz verirlər. Son zamanlar isə telefon zənglərinə cavab vermirlər və cavab verdikdə isə onu təhqir edirlər. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona borclu olmaları ilə bağlı telefon danışıqları və şahidi də vardır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1000 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 iddianı qismən qəbul edərək izahat verərək göstərdi ki, 2019-cu ildə ona 2000 manat pul lazım olduğundan kirayədə yaşadığı Müşfiqabad qəsəbəsində qonşusu Mənsurə Əliyevanın vasitəsi ilə Mənsurənin əmisi qızı İddiaçı 2000 manat faizə pul istəmişdir. Əfsanə ona faizə pul verdiyini, lakin pulun Şamaxı şəhərində olduğunu dediyinə görə Əfsanə ilə birlikdə Əfsanənin oğlunun idarə etdiyi avtomaşınla Şamaxı şəhərinə gedərək 2000 manat pulu götürüb Müşfüqabad qəsəbəsinə qayıtmışlar. Həmin zaman Əfsanə ona pulun faizinin 500 manat ödəniləcəyini demişdir. O işini həll etdikdən sonra oğluna bu barədə demiş oğlu Məhəmməd isə faizin çox olduğunu və Əfsanəyə 300 manat faiz verəcəyini bildirmişdir. Əfsanədən götürdüyü 2000 manat borcun faizini birinci və ikinci ay 300 manat Əfsanəyə vermiş, lakin üçüncü ay pulu olmadığına görə Əfsanəyə 100 manat faiz verərək bankda adına gecikmə olduğu üçün pul götürə bilmədiyini, bir neçə günə banka yenidən müraciət edərək pul götürüb onun borcunu verəcəyini demiş, həmin gündən beş gün sonra banka müraciət edərək 1500 manat kredit götürüb üstünə də 500 manat əlavə edərək Əfsanəyə olan 2000 manat borcunu qaytarmışdır. İddiaçı ondan yenidən 300 manat pul istəmiş, o isə Əfsanəyə onda olan 2000 manat borcundan əlavə 700 manat faiz ödədiyini demişdir. Hazırda İddiaçı heç bir borcu olmadığını, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdeh2 izahat verərək göstərdi ki, anası Cavabdeh1 2019-cu ildə pul lazım olduğu üçün kirayədə yaşadıqları Müşfiqabad qəsəbəsində qonşuları Mənsurə Əliyevanın vasitəsi ilə Mənsurənin əmisi qızı İddiaçı 2000 manat faizə pul götürmüşdür. Götürdükləri pulun faizi üçün İddiaçı 700 manat pul ödəmişlər. Sonradan anası bankdan kreditə pul götürüb üstünün əskiyini də düzəldib İddiaçı olan 2000 manat borcu qaytarmışlar. Onların İddiaçı heç bir borcları yoxdur. İddianın təmin edilməməsini məhkəmədən xahiş etdi X1 ifadə verərək göstərdi ki, İddiaçı onun əmisi qızı, cavabdehlər isə onun qonşuluğunda kirayədə yaşamışlar. Cavabdeh1 onun yanına gələrək oğlu Məhəmmədin oğurluq etdiyi və dəymiş ziyanı ödəməli olduğuna görə ona 2000 manat pul lazım olduğunu demişdir. Əvvəlcə borc verəcək adam olmasını bilmədiyini desə də, sonradan əmisi qızı Əfsanədən borc istəyə biləcəyini ona demişdir. Əfsanə onun yanında Süsənə 15 günə qaytarmaq şərtilə 2000 manat pul vermişdir. Söz verdiyi müddət ərzində ödəməmiş, hətta kirayə qaldığı evi dəyişib yerini onlara demədən köçüb getmişlər. Əfsanə pulunun qaytarılması üçün onun yanına gəlmiş və Süsəni onun gətirdiyini demişdir. O, da Süsənin həmkəndlisinin vasitəsi ilə onun qaldığı ünvanı tapıb Əfsanə ilə ora getsələr də, Süsən onlara cavab verməmişdir. Sonradan Məhəmməd ona zəng edərək borcu qaytarmaq üçün Əfsanəni gətirməsini bildirmişdir. O, Əfsanə ilə Süsənin kirayə qaldığı evə getmiş, Onlara demişlər ki,1700 manat kredit götürmüşlər. Həmin pulun 700 manatını qızından alıb satdığı qızılların əvəzinə verəcəklərini bildirərək, onun yanında Əfsanəyə 1000 manat pul vermşdir. Həmin 1000 manatı Əfsanəyə 2021-ci ilin dekabr ayında vermişlər. İş materiallarına əlavə olunmuş İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvanladığını pritenziya məktubunda ona olan 1000 manat məbləğində borcun qaytarılması üçün onlara 3 gen vaxt verdiyi, əgər həmin müddət ərzində ona olan borcu qaytarmasalar məhəkəmə müraciət edəcəyi bildirilmişdir. Məhkəmə iddiaçının və cavabdehlərin izahatını, şahidin ifadəsini dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. Müəyyən olundu ki, İddiaçı əmisi qızı X2 vasitəsi ilə Cavabdeh1 digər Cavabdeh2 2000-ci ilin əvvəllərində onların xahişi ilə 2000 (iki min) manat borc pul vermiş, bir müddət keçdikdən sonra Cavabdeh1 və Cavabdeh2 ondan aldıqları 2000 manat borc puldan 1000 manatı ona qaytarmış, qalan 1000 manat borcu isə yaxın müddətdə qaytaracaqlarına söz versələr də həmin pulu qaytarmamışlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara və istinad edilən normalara əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1000 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu alınıb İddiaçı verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1000 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar