Məhkəmə qərarları › İş №2(026)-54/2022

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-54/2022

16.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-54/2022 16.02.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Dəyanət Cəbrayılov nobatda olarkən Cavabdeh1 məxsus at tərəfindən ona məxsus bir baş iri buynuzlu heyvanın vurulub ölməsi nəticəsində ona dəymiş 1400 dəymiş maddi ziyan və 34 manat ödənilmiş dövlət rüsumunun cavabdehlərdən alınıb ona verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Dəyanət Cəbrayılov nobatda olarkən Cavabdeh1 məxsus at tərəfindən ona məxsus bir baş iri buynuzlu heyvanın vurulub ölməsi nəticəsində ona dəymiş 1400 dəymiş maddi ziyan və 34 manat ödənilmiş dövlət rüsumunun cavabdehlərdən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək izahatında göstərdi ki, Qobustan rayonunun Bədəlli kəndində yaşayır. 09 sentyabr 2021-ci il tarixdə saat 14:00 radələrində özünə məxsus iri buynuzlu heyvanları mal-qara növbəsinə qoşmuş və həmin gün növbədə Cavabdeh2 olmuşdur. Dəyanət heyvanları örüşə aparan zaman Cavabdeh1 2 rəst atları mal-qara sürüsünün içərisinə girərək ona məxsus bir baş üçüncü qarına boğaz olan inəyini arxa ayaqları ilə qoşa təpiklə vuraraq yerə yıxmışdır. İnəyə yaxınlaşıb qaldırmaq istəsələr də inək ayağa qalxa bilməmişdir. İnəyə baxanda isə inəyin sol tərəfdən qolunun üst hissəsindən və qolun dibindən sındığını və inəyin çənə sümüyü zədələndiyindən ağzından qan gəldiyini görmüşlər. X1 zəng vuraraq “QAZEL” markalı avtomaşını ilə inəyi aparmağa gəlməsini xahiş etmişdir. İnəyi həyətə gətirib kəndin baytar həkimi Fərman Abdullayev inəyə baxıb inəyin sol qabaq qıçının üst hissəsinin qırılıb sındığını və inəyin sağalmasının mümkün olmadığını demişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona inəyini alıb verəcəklərini desələr də, bu günə kimi inəyini alıb verməmişlər. İnəyinin 280- 290 kq diri çəkisi var idi və bazar qiyməti 1400 manat idi. İnəyi sağaltmaq mümkün olmadığı üçün 100 manata almışlar. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona dəymiş 1400 manat maddi ziyan və 34 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə Cavabdeh1 izahatında göstərdi ki, iddianı qəbul etmir. Məmmədxan Musayevlə münasibətləri normal deyil. Məmmədxanın inəyini onun atı vurmamışdır. Cavabdeh2 nobata getmir. Kəndin mal-qara nobatına Dəyanətin qardaşı Hikmət gedir və bəzən də 8-9 yaşında olan uşaqlarını göndərirlər. Mal nobatı günorta evə gətirilmir, Məmmədxanın inəyi evindən bir neçə metr aralıda vurulmuşdur və inəyin avtomaşına mindirilməsində o da köməklik göstərmişdir. İş üzrə Cavabdeh2 izahatında göstərdi ki, 09 sentyabr 2021-ci il tarixdə mal nobatında olmuşdur. Günorta saat 14 radələrində heyvanları örüşə apararkən Cavabdeh1 atları heyvan sürüsünün içərisinə girərək İddiaçı inəyini qoşa təpiklə vurduğuna görə inək yerə yıxılmışdır. İnəyi ayağa durğuzmağa çalışsalar da inək yerindən qalxa bilməmişdir. Hüseynə hər biri 500 manat qoymaqla Məmmədxanın inəyini alıb vermələrini təklif etmiş, Hüseyn də onun təklifi ilə razılaşmışdır. Sonradan isə Hüseyn ona maddi imkanı olmadığını deyərək Məmmədxana dəymiş ziyanı ödəməyəcəyini demişdir. Məhkəmə iddiaçının və cavabdehlərin izahatını dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş Qobustan rayon İHB-nın Bədəlli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi 22 noyabr 2021-ci il tarixli 259 saylı arayışdan görünür ki, Qobustan rayonunun Bədəlli kənd sakini İddiaçı təsərrüfatında 2 baş inəyi vardır. Qobustan rayon İHB-nın Bədəlli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi 16 noyabr 2021-ci il tarixli 252 saylı arayışdan görünür ki, Qobustan rayonunun Bədəlli kənd sakini Cavabdeh1 təsərrüfatında 3 yaşdan yuxarı bir baş madyan atı vardır. Qobustan rayonunun Bədəlli kənd sakinləri İddiaçı, Hikmət Yeylaqalıyev və Cavabdeh2 09 sentyabr 2021-ci il tarixdə tərtib etdikləri aktdan görünür ki, 09 sentyabr 2021-ci il tarixdə kəndin 18 evdən ibarət mal-qarasını Cavabdeh2 örüşə apararkən saat 14 radələrində Güləsən Qayıbovun hasarının yanından keçdiyi zaman kənd sakini Cavabdeh1 məxsus iki baş at mal-qara sürüsünün içərisinə daxil olub arxa ayaqları ilə qoşa təpiklə kənd sakini İddiaçı aprel ayında buğaya gəlmiş və üçüncü qarına boğaz olmuş inəyini vuraraq yerə yıxmışdır. İnəyə yaxınlaşıb qaldırmaq istəsələr də inək ayağa qalxa bilməmişdir. İnəyə baxanda isə inəyin sol tərəfdən qolunun üst hissəsindən və qolun dibindən sındığını və inəyin çənə sümüyü zədələndiyindən ağzının qanla dolduğunu görmüşlər. Qobustan rayonu Yekəxana kənd baytar sahə həkiminin verdiyi 09 sentyabr 2021-ci il tarixli rəyindən görünür ki, 09 sentyabr 221-ci il tarixdə saat 18-19 radələrində Bədəlli kənd sakini İddiaçı dəvəti ilə ona məxsus olan bir baş qonur rəngli inəyə tərəfindən baxış keçirilmiş, baxış zamanı müayinə edilən inək yatmış vəziyyətdə olmuşdur. Müayinə zamanı inəyin qabaq sol qıçının yuxarı hissəsindən sınması aşkar olunmuşdur. Müalicəsi mümkün deyildir. “Şirvan” ticarət kompleksinin verdiyi 18 noyabr 2021-ci il tarixli 051 saylı arayışından görünür ki, Qobustan rayonunun Bədəlli kənd sakini İddiaçı bir baş təxmini 280-290 kq olan boğaz inəyinin bazar qiyməti 1200-1400 manat arasında qiymətləndirilir. Müəyyən olundu ki, İddiaçı təsərrüfatında olan bir baş inəyi 09 sentyabr 2021-ci il tarixdə saat 14:00 radələrində mal-qara növbəsinə qoşmuş və həmin gün növbədə Cavabdeh2 olmuşdur. Dəyanət heyvanları örüşə aparan zaman Cavabdeh1 məxsus at mal-qara sürüsünün içərisinə girərək İddiaçı məxsus bir baş inəyi arxa ayaqları ilə qoşa təpiklə vuraraq yerə yıxmışdır. Qobustan rayonunun Yekəxana kəndinin baytar həkimi Fərman Abdullayev tərəfindən inəyə baxılıb müayinə edilərkən inəyin sol qabaq qıçının üst hissəsinin qırılıb sındığını və inəyin sağalmasının mümkün olmadığı aşkar edilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona dəymiş maddi ziyanı tələb etmiş, cavabdehlər onun bu təklifi ilə əvvəlcə razılaşsalar da, sonra buna əməl etməmişlər. İnəyin sağalması mümkün olmadığı üçün 100 manata ətliyə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası MM-in 1110-cu maddəsinə əsasən heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 dəymiş ziyana görə 1000 manat və 34 manat ödənilmiş dövlət rüsumu alınıb İddiaçı verilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 dəymiş ziyana görə 1000 manat və 34 manat ödənilmiş dövlət rüsumu alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qobustan rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar