Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-56/2022 08.02.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, cavabdehlər Cavabdeh1, X2 və Cavabdeh4 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, X2, Cavabdeh3 Mirbala oğlu və Cavabdeh4 qarşı 485 manat məbləğində dəymiş maddi ziyanın müştərək qaydada alınması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, X2, Cavabdeh3 Mirbala oğlu və Cavabdeh4 məxsus 30 baş iri buynuzlu heyvanların ona məxsus torpaq sahəsinə girib yararsız hala salınması nəticəsində ona dəymiş 485 manat maddi ziyanın cavabdehlərdən müştərək qaydada alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Qobustan rayonunun Cəyirli kəndində yaşayır. 2011-ci ildə Xilmilli kəndində 9,09 hektar əkinə yararlı pay torpaq sahəsi almış və 2021-ci ilin mart ayında həmin torpaq sahəsini öz adına rəsmiləşdirmişdir. Hər il olduğu kimi bu ildə “Qurudağ” adlanan ərazidə yerləşən 9,09 ha torpaq sahəsində buğda əkmişdir. Həmin sahədə tam cücərmə olmuşdur. Lakin həmin sahə cavabdehlər Cavabdeh1, X2, Cavabdeh3 Mirbala oğlu və Cavabdeh4 məxsus 30 baş iri buynuzlu heyvanların 25 oktyabr 2021-ci il tarixdə əkin sahəsinə salınması və otarılması səbəbindən tapdanılaraq yararsız hala salınmışdır. Qardaşları həmin heyvanları tutub saxlamış və yuxarıda adlarını göstərilən cavabdehlər heyvanları gəlib aparmışlar. Qobustan rayon Kənd Təsərrüfatı İdarəsinin mütəxəssisi Atamoğlan Eminov, Xilmilli kənd icra nümayəndəsi Adil Bayramov, bələdiyyə sədri Namiq Mirzəyev və nümayəndənin müavini Malik Mirzəyev tərəfindən həmin sahəyə baxış keçirilmiş və ona məxsus torpaq sahəsinin yararsız hala salınması nəticəsində 485 manat ziyan dəydiyi müəyyən edilmişdir. Ziyanın ödənilməsi ilə əlaqədar dəfələrlə cavabdehlərə xəbər göndərmiş, lakin cavabdehlər dəymiş ziyanı könüllü ödəmək istəmirlər. Ona görə də cavabdehlər Cavabdeh1, X2, Cavabdeh3 Mirbala oğlu və Cavabdeh4 məxsus iri buynuzlu heyvanların ona məxsus 9,09 ha torpaq sahəsinə girib yararsız hala salınması nəticəsində ona dəymiş 485 manat maddi ziyanın cavabdehlərdən müştərək qaydada alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi X3 məhkəməyə ərizə göndərərək iddianı davam etdirdiklərini, işə onların iştirakı olmadan baxılıb iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh4 məhkəməyə verdiyi izahatında göstərdi ki, onun on iki baş iri buynuzlu heyvanı var, həmin heyvanlar İddiaçı Əhməd qızına məxsus taxıl sahəsinə bir dəfə girib cüzi ziyan vurmuşdur. Bir daha belə hal təkrar olmayacaq. Cavabdeh1 izahatında iddianı qismən qəbul edərək göstərdi ki, onun yeddi baş iri buynuzlu heyvanı var, həmin heyvanlar İddiaçı məxsus taxıl sahəsinə girib az miqdarda ziyan vurmuşdur. Ziyan şişirdilib, Mənzərin qardaşları heyvanlarını sahədə tutmuşlar və sonradan həmin heyvanları ona qaytarmışlar. Dəymiş ziyanı qismən ödəməyə hazırdır, çünki ziyan çox göstərilmişdir. Cavabdeh X2 izahatında iddianı qismən qəbul edərək göstərdi ki, beş baş iri buynuzlu heyvanlarının iddiaçı Mənzər Məmməovaya məxsus taxıl sahəsinə girməsi və heyvanların sahədə çəkilmiş fotoşəkilləri barədə onun heç bir məlumatı yoxdur. Torpaq sahəsinə onun iştirakı olmadan baxış keçirilmiş və dəymiş ziyan şişirdilərək hesablanmışdır. Mənzər ona torpaq sahəsinə vurulmuş ziyanın ödənilməsi barədə heç bir müraciət etməmişdir. Mənzər iddiada göstərmişdir ki, onun taxıl sahəsinə 30 baş iri buynuzlu heyvan girmişdir. Dəymiş ziyanın ona düşən hissəsini ödəməyə razıdır. Cavabdeh3 Mirbala oğlu məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. X1 məhkəməyə izahat verərək göstərdi ki, Qobustan rayonunun Xilmilli kəndi ərazisində yerləşən və İddiaçı məxsus taxıl sahəsinə 30 baş iri buynuzlu mal-qaranın girməsi, taxıl sahəsinin tapdanılaraq yararsız hala salınması nəticəsində İddiaçı maddi ziyan dəymişdir. Həmin heyvanların isə kənd sakinləri Cavabdeh1, X2, Cavabdeh3 Mirbala oğlu və Cavabdeh4 məxsus olduğu aydın olmuşdur. Qobustan rayon Kənd Təsərrüfatı İdarəsindən mütəxəssisi Atamoğlan Eminov, bələdiyyə sədri Namiq Mirzəyev, icra nümayəndəsinin müavini Malik Mirzəyevlə birlikdə taxıl sahəsinə baxış keçirilmiş və həmin torpaq sahəsinin yararsız hala salınması nəticəsində İddiaçı ziyan dəydiyi müəyyən edilmişdir. Məhkəmə tərəflərin izahatlarını, şahidin ifadəsini dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinin torpaq sahəsinin planı və ölçüsü haqqında AA 603371 saylı şəhadətnamənin surətindən görünür ki, İddiaçı mülkiyyətinə Qobustan rayonun Xilmilli kəndi ərazisindən 9,9044 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Qobustan rayonu DAİM-in bitkiçilik sektorunun baş məsləhətçisi Atamoğlan Eminov, Qobustan rayon İHB-nın Xilmilli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Adil Bayramov, bələdiyyə sədri Namiq Mirzəyev, nümayəndəliyin müavini Malik Mirzəyev və sahibkar İddiaçı tərəfindən 25 oktyabr 2021-ci il tarixdə tərtib edilmiş və Qobustan rayon İHB-nın Xilmilli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təsdiq edilmiş aktdan görünür ki, sahibkar İddiaçı Xilmilli kəndi ərazisində olan “Qurudağ” adlanan ərazidə 9,90 ha sahədə buğda bitkisi əkmişdir. Sahədə tam cücərti alınmış, lakin həmin sahə iri buynuzlu heyvanlar tərəfindən dəfələrlə otarılaraq yararsız hala salınmış və ümumilikdə sahibkar İddiaçı 485 manat zərər dəymişdir. İş materiallarına əlavə edilmiş 05 ədəd fotoşəkillərdən görünür ki, iri buynuzlu heyvanlar taxıl sahəsinə girib yararsız hala salmışlar. Müəyyən olundu ki, 25 oktyabr 2011-ci ildə Xilmilli kəndinin “Qurudağ” ərazisində yerləşən İddiaçı məxsus 9,09 hektar əkin sahəsinə çox sayda iri buynuzlu mal-qaranın salınması və otarılması səbəbindən tapdanılaraq yararsız hala salınmışdır. Həmin heyvanların cavabdehlər Cavabdeh1, X2, Cavabdeh3 Mirbala oğlu və Cavabdeh4 məxsus olduğu müəyyən edilmişdir. Qobustan rayon Kənd Təsərrüfatı idarəsinin mütəxəssisi Atamoğlan Eminov, Qobustan rayon İHB-nın Xilmilli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Adil Bayramov, bələdiyyə sədri Namiq Mirzəyev, nümayəndəliyin müavini Malik Mirzəyev və sahibkar Mənzər Məmməova tərəfindən sahəyə baxış keçirilmiş, 25 oktyabr 2021-ci il tarixdə akt tərtib edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1110-cu maddəsinə əsasən heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Həmin Məcəllənin 21.1-ci maddəsində qeyd olunur ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, X2, Cavabdeh3 Mirbala oğlu və Cavabdeh4 350 manat maddi ziyan müştərək qaydada alınaraq iddiaçı İddiaçı verilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, X2, Cavabdeh3 Mirbala oğlu və Cavabdeh4 350 manat dəymiş ziyan müştərək qaydada alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №2(026)-56/2022
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-56/2022
08.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver