Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-57/2021 15.03.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, İddiaçı və cavabdeh Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı 2400 manat məbləğində borc pulun və ödənilmiş 30 manat dövlət rüsumu tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh 2400 manat məbləğində borc pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh ilə 2015-ci ildə Sumqayıt şəhərində tanış olmuşlar. Cavabdeh 2015-ci ildə Sumqayıt şəhəri Yaşıldərə bağlar massivi 50-53-cü məhəllədə yerləşən özünə məxsus torpaq sahəsindən 2,5 sotunu ona 2500 manata satmışdır. Hazırda qonşudurlar və aldığı torpaq sahəsində ev tikmişdir. Cavabdeh ona satdığı 2,5 sot torpaq sahəsinin 6 aya sənədləşdirəcəyinə söz verərək xx xxxx 2017-ci ildə onun evində həyat yoldaşı və gəlininin iştirakı ilə oğlu Emin Behbudovun şəxsiyyət vəsiqəsini alaraq sənədləşdirmə üçün ondan 3800 manat pul almışdır. Borca görə xx xxxx 2017-ci ildə cavabdeh X4 ilə kredit borc müqaviləsi bağlamışlar. Həmin müqavilənin 2-ci bəndinə əsasən “borc alan” krediti xx xxxx 2017-ci il tarixinə 1000 manat və 01 oktyabr 2017-ci il tarixədək 2800 manatı “borc verənə” qaytarmağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin 9-cu bəndinə əsasən tərəflərin həmin müqavilə üzrə mübahisələri onların razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll olunur. Torpaq sahəsinin sənədləşdirilməsi üçün razılaşdıqları müddət bitdikdən sonra Salehin yanına gedərək torpağın sənədləşdirilib-sənədləşdirilmədiyini soruşanda Saleh ona “darıxma düzələcək” deyərək bir azda gözləməli olacağını bildirmişdir. Bundan sonra bu hal bir neçə dəfə təkrar olunduğundan 2017-ci ilin sonlarında sonuncu dəfə ondan ya torpağın sənədləşdirilməsini, ya da verdiyi pulu geri qaytarmasını demişdir. Lakin cavabdehin müxtəlif bəhanələrlə onu başından edib aldığı 3800 manat pulu qaytarmaq istəmədiyini başa düşüb Sumqayıt şəhər prokurorluğuna şikayət edəcəyini bildirdikdən sonra Saleh ona borcundan 1000 manat qaytarmışdır. Lakin borcun qalan hissəsini ödəmədiyindən Cavabdeh arvadı Zərbəliyeva Reyhan borcu ödəmək məqsədilə xx xxxxxxx 2019-cu ildə pensiya kartını onun arvadı Yarnisə Behbudovaya vermiş və hər ay kartından 100 manat çıxartmağı bildirmişdir. Beləliklə 2019-cu ilin oktyabr, noyabr aylarında hər ay 100 manat olmaqla cəmi 200 manat, 2020-ci ilin yanvar, fevral aylarında hər ay 100 manat olmaqla, cəmi 200 manat, ümumilikdə isə 400 manat pul çıxartmışdır. 2019-cu ilin noyabr ayında isə pulu Reyhan özü üçün çıxartmışdır. Bundan sonra Zərbəliyeva Reyhan kartını ondan alaraq əri Cavabdeh qalan 2400 manat borcunu ödəməkdən imtina etmişdir. Təkrar aldandığını başa düşüb və yaranmış mübahisənin məhkəmədən kənar həlli istiqamətində gördüyü tədbirlərin nəticə vermədiyinə görə borcunun alınması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də Cavabdeh 2400 manat məbləğində borc pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh izahatında göstərdi ki, İddiaçı ilə 2015-ci ildə Sumqayıt şəhərində tanış olmuşlar. 2015-ci ildə Sumqayıt şəhəri Yaşıldərə bağlar massivi 50-53-cü məhəllədə yerləşən özünə məxsus torpaq sahəsindən 2,5 sotunu İddiaçı 2500 manata satmışdır. Hazırda Nadir aldığı torpaq sahəsində ev tikmiş və həmin evdə yaşayır. Nadirə satdığı 2,5 sot torpaq sahəsinin 6 aya sənədləşdirəcəyinə söz verərək xx xxxx 2017-ci ildə sənədləşdirmə üçün 3800 manat pul almışdır. Borca görə xx xxxx 2017-ci ildə aralarında kredit borc müqaviləsi bağlamışlar. Pul verdiyi Mehdi adlı şəxs öldüyündən sənədləşmə işləri düzəlməmişdir. İddiaçı olan borcundan 1000 manat ödəmişdir. Sonra isə arvadı Reyhan Zərbəliyeva borcu ödəmək məqsədilə xx xxxxxxx 2019-cu ildə pensiya kartını Nadirin arvadı Yarnisə Behbudovaya vermiş və hər ay kartından 100 manat çıxartmağı bildirmişdir. Hazırda Nadir Behbudova 1200 manat borcu qalmışdır. Borcunu hər ay hissə-hissə ödəyə bilər. X1 izahat verərək göstərdi ki, sənədlərdə adı Yarnisə olsa da hamı onu Xanım kimi tanıyır. Cavabdeh arvadı Reyhan Zərbəliyeva əri Salehin onlara olan 2800 manat borcunun ödənilməsi üçün yaxın qonşu və bir-birinə mehriban olduqlarına görə özünə məxsus pensiya kartını ona verərək hər ay 100 manat kartdan pul çıxartmasını demişdir. Həm Reyhan, həm də Saleh onu Xanım xala deyə çağırmışlar. O da, 2019cu ilin oktyabr, noyabr, 2020-ci ilin yanvar və fevral aylarında hər ay 100 manat olmaqla kartdan cəmi 400 manat pul çıxartmışdır. Hər dəfə 100 manat çıxardıqdan sonra kartı özünə qaytarmışdır. Məhkəmə iddiaçının və cavabdehin izahatını, şahidin ifadəsini dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarına əlavə olunmuş Sumqayıt şəhəri 3 saylı notariat kontorunda xx xxxx 2017-ci il tarixdə 3M-171 reyestr nömrə ilə təsdiq edilmiş kredit müqaviləsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında borc müqaviləsi bağlanmış və İddiaçı Cavabdeh 3800 manat borc pul vermişdir. İş materiallarına əlavə olunmuş Sumqayıt şəhər prokurorluğunun xx xxxxxx 2016-cı il tarixli cinayət işi başlanması haqqında qərarının surətindən görünür ki, İddiaçı müraciəti üzrə toplanmış ilkin yoxlama materialı üzrə fakta görə X2 barəsində Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə cinayət işi başlanmışdır. İş materiallarına əlavə olunmuş Sumqayıt şəhər polis idarəsinin xx xxxx 2017-ci il tarixli cinayət işinin xitam edilməsi haqqında qərarından görünür ki, Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə istintaq edilən ********* saylı cinayət işi üzrə icraata xitam verilmişdir. Məhkəmə iclası zamanı müəyyən olundu ki, İddiaçı Cavabdeh ilə 2015-ci ildə Sumqayıt şəhərində tanış olmuşlar. Cavabdeh 2015-ci ildə Sumqayıt şəhəri Yaşıldərə bağlar massivi 50-53-cü məhəllədə yerləşən özünə məxsus torpaq sahəsindən 2,5 sotunu İddiaçı 2500 manata satmışdır. Cavabdeh İddiaçı satdığı 2,5 sot torpaq sahəsinin 6 aya sənədləşdirəcəyinə söz verərək xx xxxx 2017-ci ildə sənədləşdirmə üçün Nadirdən 3800 manat pul almışdır. Borca görə xx xxxx 2017-ci ildə cavabdeh X4 ilə kredit borc müqaviləsi bağlamışlar. Həmin müqavilənin 2-ci bəndinə əsasən “borc alan” krediti xx xxxx 2017-ci il tarixinə 1000 manat və 01 oktyabr 2017-ci il tarixədək 2800 manatı “borc verənə” qaytarmağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin 9cu bəndinə əsasən tərəflərin həmin müqavilə üzrə mübahisələri onların razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll olunması bildirilmişdir. Hazırkı vaxta kimi cavabdeh öhdəsinə götürdüyü sənədləşmə işlərini yerinə yetirməmişdir. Cavabdeh İddiaçı borclu olduğu 3800 manat puldan 1000 manat ödəniş etmişdir. Cavabdeh arvadı X2 əri Salehin Nadirə olan 2800 manat borcunun ödənilməsi məqsədi ilə özümə məxsus təqaüd kartını xx xxxxxxx 2019-cu ildə Nadirin arvadı Yarnisə Behbudovaya vermiş və hər ay kartından 100 manat çıxartmağı bildirmişdir. Beləliklə iddiaçılar tərəfindən 2019-cu ilin oktyabr, dekabr aylarında hər ay 100 manat olmaqla cəmi 200 manat, 2020-ci ilin yanvar, fevral aylarında hər ay 100 manat olmaqla, cəmi 200 manat, ümumilikdə isə 400 manat pul çıxarılmışdır. Azərbaycan Respublikası MM-nin 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsi öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halların sübut edilməsi vəzifəsini tərəflərin üzərinə qoymuşdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara və istinad edilən normalara əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh 2400 manat məbləğində borc pul və 30 manat ödənilmiş dövlət rüsumu alınıb İddiaçı verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ İddia təmin edilsin. Cavabdeh 2400 manat məbləğində borc pul və 30 manat ödənilmiş dövlət rüsumu alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №2(026)-57/2021
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-57/2021
15.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver