Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-575/2025 12.11.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Cavabdeh qarşı “vurulmuş maddi zərərin ödənilməsi tələbinə dair” iddiası ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən təbiətə dəymiş 63 manat məbləğində ziyanın X1 üzrə Dövlət Fonduna ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 11 fevral 2023-cü il tarixdə Cavabdeh tərəfindən Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində 5 kub metr həcmində qumun qanunsuz istifadə edilməsi nəticəsində 63 manat məbləğində ziyan vurulmuşdur. Vurulmuş ziyanın qanunvericiliyə əsasən X1 üzrə Dövlət Fonduna ödənilməsi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 mart 2020-ci il tarixli, 119 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yayılmış faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində dəymiş ziyana görə normativlərin təsdiq edilməsi haqqında” Qərarda qeyd olunan ödəmə normativlərinə əsasən faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində təbiətə dəymiş ziyana görə hesablanmış məbləğin təqsirkar, fiziki, vəzifəli və hüquqi şəxslər tərəfindən ödənilməsi üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən maddi ziyanın miqdarının hesabat sənədi rəsmi qaydada təqsirkar olan fiziki, vəzifəli və hüquqi şəxslərə göndərilir. Dəymiş ziyan məbləği təqsirkar olan fiziki, vəzifəli və hüquqi şəxslər tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il tarixli, 41 nömrəli qərarı ilə təsdiq edilmiş “X1 üzrə Dövlət Fondu haqqında” Əsasnaməyə uyğun olaraq X1 üzrə Dövlət Fondunun müvafiq bank hesabına ödənilməli və ödənişi təsdiq edən sənəd Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə təqdim edilməlidir. 27 mart 2023-cü il tarixində barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılan Cavabdeh tərəfindən 63 manat məbləğində ziyanın X1 üzrə Dövlət Fonduna ödənilməsi təmin edilməmişdir. Məhkəmənin 20 oktyabr 2025-ci il tarixli hazırlıq iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul etdiyini və iddia tələbinin təmin edilməsinə etirazı olmadığını bildirmişdir. Qeyd etmişdir ki, həqiqətən də, **-RL-*** dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ona məxsusdur. Məhkəmə baxış iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmiş, nümayəndə ilə təmsil olunmamışlar. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib, işdə olan sənədləri araşdırıb, toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 88-ci maddəsinə əsasən sübutların məcmusu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır: MPM-in 9.1-ci maddəsinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. MPM-in 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşdə surəti olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 13 fevral 2023-cü il tarixli, 76710 nömrəli aktdan görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin müvafiq sərəncamına əsasən 11 fevral 2023-cü il tarixində “X1 haqqında” və “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanunlarının tələblərinə riayət olunması vəziyyətinin araşdırılması məqsədilə Sabunçu rayonunda reyd keçirilmişdir. Keçirilmiş reyd zamanı Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində “Kamaz” markalı, **-RL-*** və **-BE-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitələri tərəfindən qanunsuz torpaq daşınması müşahidə edilərək saxlanılmışdır. Avtonəqliyyat vasitələrinə keçirilən baxış zamanı hər birinin yük hissəsində təxminən 5 kub metr həcmində torpaq (qarışıq süxur) olduğu müəyyən edilmişdir. Avtonəqliyyat vasitələrini idarə edən sürücülər şəxsiyyətlərini təsdiq edən sənədi təqdim etməkdən imtina etdiklərindən avtonəqliyyat vasitələrinin kimə və ya hansı təşkilata məxsus olduğunu müəyyənləşdirmək mümkün olmamışdır. Mövcud vəziyyəti əks etdirən fotoşəkillər akta əlavə olunur. İşdə surəti olan 76710 nömrəli akta əsasən ziyanın hesablanması cədvəlindən və qeyddən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 mart 2020-ci il tarixli, 119 nömrəli qərarına əsasən 5 kub metr həcmində olan qarışıq süxurun qanunsuz işlədilməsi nəticəsində təbiətə dəymiş ziyan 63 manat (5×18×0,7=63) təşkil edir. Bu Qərarla təsdiq edilmiş normativlərə əsasən dəymiş ziyan hesablanarkən birinci dəfə cərimələnən subyektlər üçün 0,7 əmsalı, ikinci dəfə cərimələnən subyektlər üçün 1 əmsalı, üçüncü dəfə cərimələnən subyektlər üçün 1,3 əmsalı, 3 dəfədən çox cərimələnən subyektlər üçün 1,5 əmsalı tətbiq edilir. İşdə surəti olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi tərəfindən qəbul edilmiş 27 mart 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində **-RL-*** dövlət qeydiyyat nişanlı yük avtomobili vasitəsilə lisenziya və icazə olmadan yerin təkindən istifadə olunması nəticəsində Cavabdeh tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və Cavabdeh İXM-in 228-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 600 manat məbləğində inzibati cərimə növünün tətbiq edilməsi qərara alınmışdır. Törədilmiş inzibati xəta nəticəsində vurulan əmlak zərəri (ödənilməsi barədə mübahisə olmadıqda) – 63 manat təbiətə vurulmuş maddi ziyan məbləği. İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsinə əsasən, icazə olmadan və ya icazə şərtlərini pozmaqla yerin təkindən istifadə etməyə görə fiziki şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. İş materialları və cavabdehin iddianı qəbul etməsi ilə müəyyən edilir ki, 27 mart 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində 11 fevral 2023-cü ildə **-RL-*** dövlət qeydiyyat nişanlı yük avtomobili vasitəsilə lisenziya və icazə olmadan yerin təkindən istifadə olunması nəticəsində Cavabdeh tərəfindən İXM-in 228-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və buna görə onun barəsində 600 manat məbləğində inzibati cərimə növünün tətbiq edilməsi qərara alınmışdır. Törədilmiş inzibati xəta nəticəsində vurulan əmlak zərəri, başqa sözlə, təbiətə vurulmuş maddi ziyanın məbləği 63 manat müəyyən edilmişdir. Bu zaman cavabdehin nəqliyyat vasitəsinin yük hissəsində təxminən 5 kub metr həcmində torpaq (qarışıq süxur) olduğu müəyyən edilmişdir. Buna görə də iddiaçı təşkilat cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 63 manat məbləğində maddi ziyanın X1 üzrə Dövlət Fonduna ödənilməsini tələb etmişdir. Cavabdeh də iddianı qəbul etdiyini bildirməklə tələbi etiraf etmişdir. “X1 haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin 3-cü hissəsinə görə, X1 üzrə dövlət fondu təbiətdən istifadəyə görə ödəmələr, qeyri-qanuni heyvan ovuna görə təbiətə dəymiş ziyan, X1 haqqında qanunvericiliyin pozulmasına görə alınan cərimələr, qanunvericilikdə müəyyən edilmiş qaydada müsadirə edilən ovçuluq və balıqçılıq alətlərinin və qeyri-qanuni əldə edilən məhsulların satışından daxil olan vəsaitlər, yaşıllıqların götürülməsinə (kəsilməsinə), zədələnməsinə və ya məhv edilməsinə görə ödənilən bərpa dəyəri və ya dəymiş ziyan, qrantlar, könüllü ianələr, habelə Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan başqa daxilolmalar hesabına təşkil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 mart 2020-ci il tarixli, 119 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yayılmış faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində dəymiş ziyana görə Normativlər”in 9-cu bəndinə görə, 1 kub metr qanunsuz işlədilən qarışıq süxur 18 manat qiymətləndirilir. Həmin Normativlərin “Qeyd” hissəsinin 3-cü hissəsinə görə, bu Qərarla təsdiq edilmiş normativlərə əsasən dəymiş ziyan hesablanarkən, birinci dəfə cərimələnən subyektlər üçün 0,7 əmsalı, ikinci dəfə cərimələnən subyektlər üçün 1 əmsalı, 3-cü dəfə cərimələnən subyektlər üçün 1,3 əmsalı, 3 dəfədən çox cərimələnən subyektlər üçün 1,5 əmsalı tətbiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 fevral 2001-ci il tarixli, 41 nömrəli Qərarı ilə təsdiq edilmiş “X1 üzrə dövlət fondu haqqında” Əsasnamənin 4-5-ci bəndlərinə əsasən, Fondun vəsaiti yerli maliyyə orqanlarının xəzinədarlığında toplanır və Fonddan İqtisadiyyat Nazirliyi ilə razılaşdırılmış təkliflər üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Maliyyə Nazirliyinin birgə təsdiq etdiyi gəlir və xərc bölgüsü əsasında (təsdiq olunmuş protokol) Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən istifadə olunur. Köçürmələrin vaxtlı-vaxtında həyata keçirilməsinə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzarət edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsində başqa şəxsə zərər vurulmasının mülki hüquqların və vəzifələrin əmələ gəlməsi üçün əsas olduğu nəzərdə tutulmuşdur. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-in 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Beləliklə, qeyd edilənlərə əsasən müəyyən edilir ki, cavabdeh 11 fevral 2023-cü il tarixində Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində mülkiyyətində olan **-RL-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin yük hissəsinə 5 kub metr qarışıq süxur yükləməklə, lisenziya və icazə olmadan yerin təkindən istifadə etmiş, bununla da təbiətə 63 manat məbləğində maddi ziyan vurmuşdur. Bunu və cavabdehin iddianı qəbul etməsini nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, cavabdehdən təbiətə dəymiş 63 manat məbləğində ziyanın əvəzi tutularaq X1 üzrə Dövlət Fonduna ödənilməlidir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.14-cü maddəsinə əsasən, məhkəmələrdə verilən iddia ərizələri, digər ərizələr və ya şikayətlər üzrə büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumunu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 8.1.1-ci maddəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilir. Qeyd edilən normaların tələblərini, iddiaçının büdcə təşkilatı olmaqla, iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunu ödəməkdən azad olmasını və hazırda iddia tələbinin tam təmin edilməsini nəzərə alan məhkəmə bildirir ki, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə ödənilməli olan 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci, 227-ci, 233-cü və 360-cı maddələrini rəhbər tutub QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh təbiətə dəymiş 63 manat məbləğində ziyanın əvəzi tutularaq X1 üzrə Dövlət Fonduna ödənilsin. Hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə ödənilməli olan 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov
Məhkəmə qərarları › İş №2(026)-575/2025
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-575/2025
12.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver