Məhkəmə qərarları › İş №2(026)-584/2023

Qobustan Rayon Məhkəməsi Qərardad — İş №2(026)-584/2023

01.11.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qobustan rayonu İş № 2(026)-584/2023 01.11.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Qobustan rayon məhkəməsinin hakimi Quliyev Mirələm Qoçu oğlu İddiaçı Cavabdeh 517 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb ona verilməsi tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh 517 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb ona verilməsi tələbinə dair iddia ərizəsi ilə Qobustan rayon məhkəməsinə müraciət etmişdir. İddia ərizəsini və əlavə olunmuş sənədlər araşdırılarkən müəyyən edildi ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. İş materiallarına əlavə olunmuş şəxsiyyət vəsiqəsinin məlumatlarında və iddia ərizəsində Cavabdeh Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsində qeydiyyatda olduğu göstərilmişdir. Azərbaycan Respublikası MPM-in 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, ərizə cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası MPM-in 152.1.3-cü maddəsinə görə əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim ərizəni və ərizəyə əlavə olunmuş sənədləri geri qaytarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 36, 152,263,264 və 268-ci maddələrini rəhbər tutub məhkəmə QƏRARA ALDİM: İddiaçı Cavabdeh 517 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb ona verilməsi tələbinə dair ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Qobustan rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mirələm Quliye

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar