Azərbaycan Respublikası adından QƏRARDAD Qobustan rayonu İş № 2(026)-697/2024 28.12.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə qarşı “Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-27/2017 saylı, 10 yanvar 2018-ci il tarixli icra vərəqəsi üzrə Cavabdeh1 04 oktyabr 2023-cü il tarixli Azərbaycan Ordusunun Təlim Tədris Mərkəzinə ünvanlanan 41619 ABŞ dolları məbləğində kredit borcu borclu İddiaçı əmək haqqının 40 faizi məbləğində hər ay tutularaq "xxxx" ASC-nin (hal-hazırda Cavabdeh2 ASC-nin) xeyrinə tutulması barədə tələbnaməyə qanunsuz hüquqi qiymət verilməsi, Cavabdeh2 ASC-nin üzərinə İddiaçı ilə "xxxx" ASC arasında bağlanan 24 may 2013-cü il tarixli, 3-S-1-0-253-13 saylı kredit müqaviləsi üzrə 14676 ABŞ dolları məbləğində maliyyə vəsaitinin banka kim tərəfindən ödənildiyini dəqiqləşdirməsi öhdəliyinin qoyulması və pul tələbinə dair” iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə Qobustan Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 04 oktyabr 2023-cü il tarixli, 148134/2018-32-5 saylı Azərbaycan Ordusunun Təlim Tədris Mərkəzinə ünvanlanan 41619 ABŞ dolları məbləğində kredit borcu borclu İddiaçı əmək haqqının 40 faizindən tutularaq hər ay "xxxx" ASC-nin (hazırda Cavabdeh2 ASC-nin) xeyrinə tutulması barədə tələbnaməyə qanunsuz hüquqi qiymət verilməsini və 20 noyabr 2023-cü il tarixindən 20 noyabr 2024-cü il də daxil olmaqla, ümumilikdə İddiaçı əmək haqqından tutulan 2040 manat maliyyə vəsaitinin Cavabdeh1 hesabından, Cavabdeh2 ASC-nin hesabından isə 35000 manat maliyyə vəsaitinin tutularaq İddiaçı hesabına ödənilməsini, Cavabdeh2 ASC-nin üzərinə İddiaçı ilə "xxxx" ASC arasında bağlanan 24 may 2013-cü il tarixli, 3-S-1-0-253-13 saylı kredit müqaviləsi üzrə 14676 ABŞ dolları məbləğində maliyyə vəsaitinin "xxxx" ASC-yə kim tərəfindən göndərildiyi faktının müəyyən edilməsi barədə Cavabdeh2 ASC-nin üzərinə öhdəlik qoyulmasını, Cavabdeh2 ASC-nin İdarə Heyətinin sədri cənab X2 və Cavabdeh1 rəisi Malik Məlikov barəsində MPM-in 265.4-cü maddəsinin tələbinə uyğun xüsusi qərardad qəbul edilməklə prokurorluğa göndərilməsini xahiş etmişdir. İddia ərizəsi və ona əlavə olunmuş sənədlər araşdırılarkən müəyyən edilmişdir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 150.1.2-ci maddəsinə əsasən, iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilir. İddiaçı hazırkı iddia ərizəsinin verilməsinə görə müəyyən edilmiş məbləğdə dövlət rüsumunu ödəməmişdir. Belə ki, onun tərəfindən iddia ərizəsinə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, 26 dekabr 2024-cü il tarixində iddia ərizəsinin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İddia tələbinin həm qiymətləndirilən, həm də qiymətləndirilməyən hissələrdən ibarət olması səbəbindən ödənilməli olan dövlət rüsumunun məbləği onlardan hansına görə daha çox dövlət rüsumu ödənilməlidirsə, həmin təyinat üzrə edilməlidir. Belə ki, hazırda qiymətləndirilən hissədə iddianın qiyməti 37040 manat (2040+35000) təşkil edir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda, 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Göründüyü kimi, hazırkı iş üzrə iddiaçı iddia ərizəsinin verilməsinə görə 201,12 manat məbləğində dövlət rüsumu ödəməli olsa da, cəmi 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. MPM-in 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan başqa, MPM-in 149.2.3-cü maddəsinə əsasən, iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Lakin iddiaçı tərəfindən irəli sürülmüş tələblər qeyri-müəyyən şəkildə ifadə edilmişdir. Belə ki, tələbnaməyə qanunsuz hüquqi qiymət verilməsi dedikdə iddiaçının nəyi nəzərdə tutduğunu müəyyən etmək mümkün olmur. Sözügedən qeyri-müəyyənlik iddiaçının tələbinin aidiyyəti üzrə baxılmalı olub-olmaması məsələsini də yoxlamağa imkan vermir. Belə ki, iddiaçının hüquqi marağının icra məmurunun hərəkətlərindən şikayət verilməsinə yönəlmiş olması da ehtimal olunur. Bundan başqa, iddiaçının digər tələbi Cavabdeh2 ASC-nin üzərinə İddiaçı ilə "xxxx" ASC arasında bağlanan 24 may 2013-cü il tarixli, 3-S-1-0-253-13 saylı kredit müqaviləsi üzrə 14676 ABŞ dolları məbləğində maliyyə vəsaitinin "xxxx" ASC-yə kim tərəfindən göndərildiyi faktının müəyyən edilməsi barədə Cavabdeh2 ASC-nin üzərinə öhdəlik qoyulması şəklində olsa da, həmin hissədə də tələb qeyri-müəyyən ifadə edilmiş, iddiaçının konkret olaraq məhz nəyi tələb etməsini müəyyən etmək mümkün olmamışdır. MPM-in 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə qarşı eyni məzmunlu və tələb hissəsi eyni olan iddia ərizəsi ilə əvvəlcə də məhkəməyə müraciət etmiş, lakin həmin iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Qobustan Rayon Məhkəməsinin 10 dekabr 2024-cü il tarixli, 2(026)-662/2024 saylı qərardadı ilə geri qaytarılmışdır. Lakin iddiaçı həmin qərardadda göstərilmiş nöqsanların heç birini aradan qaldırmamış, yenə də qeyri-müəyyən tələblərlə çıxış edərək, onlarda hər hansı dəqiqləşdirmə aparmamış, sadəcə olaraq əvvəlcə nümayəndəsi kimi göstərdiyi şəxs tərəfindən ödənilmiş dövlət rüsumu barədə qəbz yerinə, indi özü tərəfindən ödənilmiş qəbzi məhkəməyə təqdim etmişdir. Bu zaman isə ödənilməli olan dövlət rüsumu məbləğini tam şəkildə ödəməmişdir. MPM-in 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. MPM-in 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İşdəki 26 dekabr 2024-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə İddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. MPM-in 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Ona görə də iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalıdır. Qeyd edilənlərlə yanaşı, məhkəmə həm də iddiaçıya onu izah etməyi zəruri sayır ki, MPM-in 69.1-1-ci maddəsinə əsasən, fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (MPM-in 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Lakin iddia ərizəsinə əlavə edilmiş sənədlərdən iddiaçı ilə yanaşı nümayəndə kimi qeyd etməklə iddia ərizəsini imzalamış X1 iddiaçının yaxın qohumu və ya vəkili olması halı müəyyən edilmir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 149-152, 263 və 264-cü maddələrini rəhbər tutub QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə qarşı “Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-27/2017 saylı, 10 yanvar 2018-ci il tarixli icra vərəqəsi üzrə Cavabdeh1 04 oktyabr 2023-cü il tarixli Azərbaycan Ordusunun Təlim Tədris Mərkəzinə ünvanlanan 41619 ABŞ dolları məbləğində kredit borcu borclu İddiaçı əmək haqqının 40 faizi məbləğində hər ay tutularaq "xxxx" ASC-nin (hal-hazırda Cavabdeh2 ASC-nin) xeyrinə tutulması barədə tələbnaməyə qanunsuz hüquqi qiymət verilməsi, Cavabdeh2 ASC-nin üzərinə İddiaçı ilə "xxxx" ASC arasında bağlanan 24 may 2013-cü il tarixli, 3-S-1-0-253-13 saylı kredit müqaviləsi üzrə 14676 ABŞ dolları məbləğində maliyyə vəsaitinin banka kim tərəfindən ödənildiyini dəqiqləşdirməsi öhdəliyinin qoyulması və pul tələbinə dair” iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddia ərizəsinin verilməsinə görə İddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ona qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Qobustan Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samir Mayılov
Məhkəmə qərarları › İş №2(026)-697/2024
Qobustan Rayon Məhkəməsi Qərardad — İş №2(026)-697/2024
28.12.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver