Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-7/2021 19.02.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 oğlunun, cavabdehlər Cavabdeh2 və Nümayəndə iştirakı ilə İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Nümayəndə və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı QSC Cavabdeh1 arasında bağlanmış kredit xətti müqaviləsinin, xx xxxxxx 2014-cü il tarixli 01R000014454 saylı kredit razılaşmasının və ona edilmiş əlavə sazişlərin ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Nümayəndə və Cavabdeh4 müştərək qaydada 01R00014454 saylı kredit razılaşması və ona edilmiş əlavə sazişlər üzrə 14458,82 ABŞ dolları kredit borcu, 14834,23 ABŞ dolları faiz borcu və 19781,54 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 49074,59 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı QSC –nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılması xahiş edilmişdir. İddiaçı İddiaçı QSC-nin nümayəndəsi X2 iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh1 İddiaçı QSC ilə arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli 01L000003526 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətnə 15000 ABŞ dolları məbləğində kredit xətti açılmış, xx xxxx 2013-cü il tarixli 3526 saylı sazişlə kredit xətti müqaviləsinə dəyişiklik edilərək kredit xətti 120 ay müddətinə 30000 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən edilmişdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx xxxxxx 2014-cü il tarixli 01R000014454 saylı kredit razılaşması əsasında 36 ay müddətinə aylıq faiz dərəcəsi 2,1667% olmaqla ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərtilə 20000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx xxxx 2015-ci il tarixli 01R000014454S saylı, xx xxx 2015-ci il tarixli 01R000014454SA saylı, xx xxxxxx 2015-ci il tarixli 01R000014454SB saylı, xx xxxxxx 2016-cı il tarixli 01R000014454SC saylı və xx xxxxxx 2016-cı il tarixli 01R000014454SD saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələblərini pozaraq kredit razılaşması üzrə ödənişləri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 08 may 2017-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 5541.18 ABŞ dolları ödəmiş, onun 14458.82 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh1 xx xxx 2020-ci il tarixə banka 1103 gün üçün hesablanmış faiz borcu 14834,23 ABŞ dolları təşkil edir. Kredit borcu üzrə Cavabdeh1 öhdəliklərinin iclasını təmin edilməsi məqsədilə cavabdehlər Cavabdeh2, Nümayəndə və Cavabdeh4 ilə bank arasında zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən cavabdehlər bank qarşısında öz üzərlərinə öhdəlik götürmüşlər. Borcun ödənilməsi ilə əlaqədar cavabdehlərə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər öhdəliyin icra edilməsindən qərəzli olaraq yayınmışlar. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış kredit xətti müqaviləsinin, xx xxxxxx 2014-cü il tarixli 01R000014454 saylı kredit razılaşmasının və ona edilmiş əlavə sazişlərin ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Nümayəndə və Cavabdeh4 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 01R00014454 saylı kredit razılaşması və ona edilmiş əlavə sazişlər üzrə 14458,82 ABŞ dolları kredit borcu, 14834,23 ABŞ dolları faiz borcu və 19781,54 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 49074,59 ABŞ dolları borc və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı QSC –nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılması xahiş etdi. İş üzrə Cavabdeh2 izahatında göstərdi ki, İddiaçı QSC ilə həyat yoldaşı Cavabdeh1 arasında xx xxxxxx 2014-cü il tarixli 01R000014454 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 36 ay müddətinə, aylıq faiz dərəcəsi 2,1667 faiz olmaqla,ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərtilə 20000 manat kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə o, Nümayəndə və Cavabdeh4 ilə bank arasında zaminlik müqaviləsi bağlanmışdır. Banka olan borcu əvvəllər vaxtında ödəsələr də, sonradan dolların kursu qalxdığından banka olan borcu ödəyə bilməmişlər. Kredit borcunu ödəməkdən ötrü bir neçə bankdan kredit götürmüşlər. Banka olan kredit borcunu hissə-hissə ödəyəcəkdir. Lakin məhkəmədən cərimənin silinməsində köməklik göstərilməsini xahiş etdi. İş üzrə cavabdeh Nümayəndə izahatında göstərdi ki, İddiaçı QSC ilə anası Cavabdeh1 arasında xx xxxxxx 2014-cü il tarixli 01R000014454 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 36 ay müddətinə, aylıq faiz dərəcəsi 2,1667 faiz olmaqla,ödəniş planı üzrə hissə-hissə qaytarmaqşərtilə 20000 manat kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə o, Cavabdeh2 və Cavabdeh4 ilə bank arasında zaminlik müqaviləsi bağlanmışdır. Banka olan borcu əvvəllər vaxtında ödəsələr də, sonradan dolların kursu qalxdığından banka olan borcu ödəyə bilməmişlər. Banka olan kredit borcunun hissə-hissə ödəyəcəkdir. Lakin məhkəmədən cərimənin silinməsində köməklik göstərilməsini xahiş etdi. İş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddiaçı təşkilatın nümayəndəsinin, cavabdehlər Cavabdeh2 və Nümayəndə izahatını dinləyib, eləcə də işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Müəyyən olundu ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli 01L000003526 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətnə 15000 ABŞ dolları məbləğində kredit xətti açılmış, xx xxxx 2013cü il tarixli 3526 saylı sazişlə kredit xətti müqaviləsinə dəyişiklik edilərək kredit xətti 120 ay müddətinə 30000 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən edilmişdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx xxxxxx 2014-cü il tarixli 01R000014454 saylı kredit razılaşması əsasında 36 ay müddətinə aylıq faiz dərəcəsi 2,1667% olmaqla ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərtilə 20000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx xxxx 2015-ci il tarixli 01R000014454S saylı, xx xxx 2015-ci il tarixli 01R000014454SA saylı, xx xxxxxx 2015-ci il tarixli 01R000014454SB saylı, xx xxxxxx 2016-cı il tarixli 01R000014454SC saylı və xx xxxxxx 2016-cı il tarixli 01R000014454SD saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələblərini pozaraq kredit razılaşması üzrə ödənişləri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx xxx 2017-ci il tarixdən banka qaytarmamışdır. Kredit borcu üzrə Cavabdeh1 öhdəliklərinin iclasını təmin edilməsi məqsədilə cavabdehlər Cavabdeh2, Nümayəndə və Cavabdeh4 ilə bank arasında zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən cavabdehlər bank qarşısında öz üzərlərinə öhdəlik götürmüşlər. Borcun ödənilməsi ilə əlaqədar cavabdehlərə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər öhdəliyin icra edilməsindən qərəzli olaraq yayınmışlar. Cavabdeh1 01R00014454 saylı kredit razılaşması və ona edilmiş əlavə sazişlər üzrə banka 14646,10 ABŞ dolları kredit borcu, 14712,71 ABŞ dolları faiz borcu və 19781,54 ABŞ dolları cərimə borcu vardır. İş materiallarına əlavə edilmiş İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli 01L000003526 saylı kredit xətti müqaviləsinin surətindən görünür ki, həmin müqaviləyə əsasən İddiaçı QSC ilə Cavabdeh1 arasında 120 ay müddətinə 15000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. İş materiallarına əlavə olunmuş kredit xətti müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında 3526 saylı sazişdən görünür ki, xx xxxx 2013-cü il tarixli 3526 saylı sazişlə kredit xətti müqaviləsinə dəyişiklik edilərək kredit xətti 120 ay müddətinə 30000 ABŞ dolları məbləğində müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı QSC-nin xx xxxxxx 2013-cü il tarixli 01L000003526 saylı kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmış və ona aylıq faiz dərəcəsi 2 ,1667% olmaqla 36 ay müddətinə 20000 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2, Nümayəndə və Cavabdeh4 arasında bağlanmış 01S000007478, 01S000007470 və 01S000006534 saylı zaminlik müqavilələrinin surətində göstərilir ki, Cavabdeh2, Nümayəndə və Cavabdeh4 ilə İddiaçı QSC arasında zaminlik müqaviləsi bağlanmışdır. Borcalan bank qarşısında öz öhdəliklərinin icrasını lazımi səviyyədə təmin etmədikdə bank zamindən verilmiş kreditin və ona hesablanmış faiz borcunun vaxtından əvvəl qaytarılmasını tələb edə bilər. İş materiallarına əlavə xx xxxx 2019 il tarixli xəbərdarlıq məktublarından görünür ki, cavabdehlərə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2021-ci il tarixli 9/4416 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən iş materiallarında olan maliyyə arayışı, hesabdan çıxarış məlumatları və İddiaçı QSC ilə cavabdeh X3 arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli 01R000014454SD saylı sazişin qeyd olunan şərtləri əsasın götürülməklə Cavabdeh1 İddiaçı QSC-yə maliyyə arayışının tarixinə, yəni xx xxx 2020-ci il tarixə borcu 29.358,81 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən əsas borc üzrə 14646,10 ABŞ dolları, faiz borcu üzrə 14712,71 ABŞ dolları. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinin tələblərinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə kreditorun əmlak mənafelərini, götürdüyü kreditin və faizlərin böyük hissəsini banka ödəməli olduğu vəsaitin miqdarını nəzərə alaraq hesab edir ki, bank tərəfindən 01R000014454 saylı kredit razılaşması üzrə dəbbə pulunun 19781,54 ABŞ dolları hesablanması tənasübsüz dərəcədə yüksəkdir, dəbbə pulunun 1980 ABŞ dolları müəyyən edilməsi ədalətli və ağlabatandır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 arasında bağlanmış kredit xətti müqaviləsi, xx xxxxxx 2014-cü il tarixli 01R000014454 saylı kredit razılaşması və ona edilmiş əlavə sazişləri ləğv edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Nümayəndə və Cavabdeh4 01R00014454 saylı kredit razılaşması və ona edilmiş əlavə sazişlər üzrə 14646,10 ABŞ dolları kredit borcu, 14712,71 ABŞ dolları faiz borcu və 1980 ABŞ dolları cərimə borcu və 30 manat ödənilmiş dövlət rüsumu müştərək qaydada tutularaq İddiaçı QSC -nin xeyrinə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 arasında bağlanmış kredit xətti müqaviləsi, xx xxxxxx 2014-cü il tarixli 01R000014454 saylı kredit razılaşması və ona edilmiş əlavə sazişləri ləğv edilsin, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Nümayəndə və Cavabdeh4 01R00014454 saylı kredit razılaşması və ona edilmiş əlavə sazişlər üzrə 14646,10 ABŞ dolları kredit borcu, 14712,71 ABŞ dolları faiz borcu və 1980 ABŞ dolları cərimə borcu və 30 manat ödənilmiş dövlət rüsumu müştərək qaydada tutularaq İddiaçı QSC –nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №2(026)-7/2021
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-7/2021
19.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver