Məhkəmə qərarları › İş №2(026)-89/2022

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-89/2022

30.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-89/2022 30.03.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Mustafayeva Bahar Elman qızının katibliyi ilə, iddiaçı "xxxx" MM QBKT-nin nümayəndəsi X1, cavabdehlər Cavabdeh1 Şamil oğlu və Cavabdeh2 iştirakı ilə, iddiaçı "xxxx" MM QBKT-nin cavabdehlər Cavabdeh1 Şamil oğlu və Cavabdeh2 müştərək qaydada **********0378 saylı kredit müqaviləsi üzrə 1412,76 manat əsas, 22,04 manat faiz olmaqla, cəmi 1434,80 manat, **********0381 saylı kredit müqaviləsi üzrə 4178,68 manat əsas, 114,54 manat faiz borcu olmaqla, cəmi 4293,22 manat məbləğində borcun və 77,28 manat ödənilmiş dövlət rüsumunun "xxxx" MM QBKT-nin xeyrinə tutulmasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MM QBKT cavabdehlər Cavabdeh1 Şamil oğlu və Cavabdeh2 müştərək qaydada **********0378 saylı kredit müqaviləsi üzrə 1412,76 manat əsas, 22,04 manat faiz olmaqla, cəmi 1434,80 manat, **********0381 saylı kredit müqaviləsi üzrə 4178,68 manat əsas, 114,54 manat faiz borcu olmaqla, cəmi 4293,22 manat məbləğində borcun və 77,28 manat ödənilmiş dövlət rüsumunun "xxxx" MM QBKT-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MM QBKT-nin nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək izahatında göstərdi ki, "xxxx" MM OBKT ilə Cavabdeh1 Şamil oğlu arasında bağlanmış 16 oktyabr 2019-cu il tarixli, **********0378 saylı, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqında" Fərmanın 6-cı maddəsinə uyğun olaraq güzəştli kredit (restrukturizasiya) müqaviləsinin 1.1-ci bəndinə əsasən, kredit alanın vaxtı keçmiş əsas kredit borcunun bu müqavilə imzalanan tarixə 1439.17 manat qalıq məbləği illik 1% faiz dərəcəsi olmaqla və 1 (bir) il güzəşt müddəti müəyyən edilməklə 5 (beş) il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəldilmişdir. Həmçinin, eyni tarixli, **********0381 saylı güzəştli kredit (restrukturizasiya) müqaviləsinin 1.1-ci bəndinə əsasən, kredit alanın vaxtı keçmiş əsas kredit borcunun bu müqavilə imzalanan tarixə 4178.68 manat qalıq məbləği illik 1% faiz dərəcəsi olmaqla və 1 (bir) il güzəşt müddəti müəyyən edilməklə 5 (beş) il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəldilmişdir. **********0378 saylı kredit (Restrukturizasiya) müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun bir il güzəşt müddətində hər ay 1.24 manat, dörd il müddətində isə hər ay 30.61 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. **********0381 saylı kredit (Restrukturizasiya) müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən isə borclunun bir il güzəşt müddətində hər ay 3.60 manat, dörd il müddətində isə hər ay 88.87 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Həmçinin, kredit müqavilələrinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli, **********0***-******* saylı və **********0***-******* saylı zaminlik --müqavilələri ilə Cavabdeh2 zamin qismində sözü gedən kredit müqavilələrinin tərəfi olmuşdur. Zaminlik müqaviləsinin 1.1-ci maddəsinə əsasən zamin kredit alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin Cavabdeh1 Şamil oğlu üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, 14 dekabr 2021-ci il tarixinə olan maliyyə arayışına əsasən 16 oktyabr 2019-cu il tarixli, **********0378 saylı kredit müqaviləsi üzrə borcun məbləği 1412.76 manat əsas, 22.04 manat faiz olmaqla cəmi 1434.80 manat və 13 dekabr 2021-ci il tarixinə olan maliyyə arayışına əsasən 16 oktyabr 2019-cu il tarixli **********381 saylı kredit müqaviləsi üzrə borcun məbləği 4178.68 manat əsas, 114,54 manat faiz borcu olmaqla cəmi 4293.22 manat təşkil edir. Ona görə də cavabdehlər Cavabdeh1 Şamil oğlu və Cavabdeh2 müştərək qaydada **********0378 saylı kredit müqaviləsi üzrə 1412,76 manat əsas, 22,04 manat faiz olmaqla, cəmi 1434,80 manat, **********0381 saylı kredit müqaviləsi üzrə 4178,68 manat əsas, 114,54 manat faiz borcu olmaqla, cəmi 4293,22 manat məbləğində borcun və 77,28 manat ödənilmiş dövlət rüsumunun tutulub "xxxx" MM QBKT-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 Şamil oğlu izahat verərək göstərdi ki, "xxxx" MM QBKT ilə arasında bağlanmış 16 oktyabr 2019-cu il tarixli, **********0378 saylı, və **********0381 saylı güzəştli kredit müqavilələrinə əsasən kredit götürmüş və kredit müqavilələrinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq Cavabdeh2 bank qarşısında zamin etmişdir. Banka olan borcunu maddi vəziyyəti çətin olduğu üçün ödəyə bilməmişdir. Banka olan borcunu hər ay 50 manat olmaqla hissə-hissə ödəyəcəkdir. Cavabdeh2 izahat verərək göstərdi ki, "xxxx" MM QBKT ilə Cavabdeh1 Şamil oğlu arasında bağlanmış 16 oktyabr 2019-cu il tarixli, **********0378 saylı, və **********0381 saylı güzəştli kredit müqavilələrinə əsasən Cavabdeh1 bankdan kredit götürmüş və kredit müqavilələrinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq onunla bank arasında zaminlik müqaviləsi bağlanmışdır. Banka olan borcu hissə-hissə ödəyəcəklər. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehlərin izahatını dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. 16 oktyabr 2019-cu il tarixli **********0378 saylı kredit (restrukturizasiya) müqavilənin surətində göstərilir ki, "xxxx" MM QBKT ilə Cavabdeh1 Şamil oğlu arasında kredit müqaviləsi bağlanmış və Cavabdeh1 Şamil oğluna illik faiz dərəcəsi 1.00 % olmaqla 60 ay müddətinə 1439,17 manat kredit verilmişdir. 16 oktyabr 2019-cu il tarixli **********0381 saylı kredit (restrukturizasiya) müqavilənin surətində göstərilir ki, "xxxx" MM QBKT ilə Cavabdeh1 Şamil oğlu arasında kredit müqaviləsi bağlanmış və Cavabdeh1 Şamil oğluna illik faiz dərəcəsi 1.00 % olmaqla 60 ay müddətinə 4178,68 manat kredit verilmişdir. 16 oktyabr 2019-cu il tarixli **********0***-******* saylı və **********0***-******* saylı zaminlik müqavilələrinin surətlərindən görünür ki, "xxxx" MM QBKT ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Borcalan bank qarşısında öz öhdəliklərinin icrasını lazımi səviyyədə təmin etmədikdə bank zamindən verilmiş kreditin və ona hesablanmış faiz borcunun vaxtından əvvəl qaytarılmasını tələb edə bilər. "xxxx" MM QBKT-in 14 dekabr 2021-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh1 Şamil oğlunun "xxxx" ASC-yə 16 oktyabr 2019-cu il tarixli, **********0378 saylı kredit müqaviləsinə əsasən 1412,76 manat əsas və 22,04 manat faiz borcu olmaqla, cəmi 1434,80 manat məbləğində borcu vardır. "xxxx" MM QBKT-in 13 dekabr 2021-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh1 Şamil oğlunun "xxxx" ASC-yə 16 oktyabr 2019-cu il tarixli, **********0381 saylı kredit müqaviləsinə əsasən 4178,68 manat əsas və 114,54 manat faiz borcu olmaqla, cəmi 4293,22 manat məbləğində borcu vardır. Müəyyən edildi ki, iddiaçı "xxxx" MM QBKT ilə Cavabdeh1 Şamil oğlu arasında bağlanmış 16 oktyabr 2019-cu il tarixli **********0378 saylı kredit (restrukturizasiya) müqavilənə əsasən Cavabdeh1 Şamil oğluna illik faiz dərəcəsi 1.00 % olmaqla 60 ay müddətinə 1439,17 manat və 16 oktyabr 2019-cu il tarixli **********0381 saylı kredit (restrukturizasiya) müqavilənə əsasən illik faiz dərəcəsi 1.00 % olmaqla 60 ay müddətinə 4178,68 manat kredit verilmişdir. Həmin kreditin təminatı olaraq Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Cavabdehlər Cavabdeh1 Şamil oğlu və Cavabdeh2 14 dekabr 2021-ci il tarixinə **********0378 saylı kredit müqaviləsinə əsasən 1412,76 manat əsas və 22,04 manat faiz borcu olmaqla, cəmi 1434,80 manat və 13 dekabr 2021-ci il tarixinə **********0381 saylı kredit müqaviləsinə əsasən 4178,68 manat əsas və 114,54 manat faiz borcu olmaqla, cəmi 4293,22 manat məbləğində borcu vardır. Borcun ödənilməsi ilə əlaqədar cavabdehlərə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər müqavilə üzrə öhdəliklərini icra etməkdən yayınmışlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinin tələblərinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 Şamil oğlu və Cavabdeh2 müştərək qaydada **********0378 saylı kredit müqaviləsinə əsasən 1412,76 manat əsas, 22,04 manat faiz olmaqla, cəmi 1434,80 manat və **********0381 saylı kredit müqaviləsi üzrə 4178,68 manat əsas, 114,54 manat faiz borcu olmaqla, cəmi 4293,22 manat məbləğində borc və 77,28 manat ödənilmiş dövlət rüsumu alınıb "xxxx" MM QBKT-nin xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 Şamil oğlu və Cavabdeh2 müştərək qaydada **********0378 saylı kredit müqaviləsinə əsasən 1412,76 manat əsas, 22,04 manat faiz olmaqla, cəmi 1434,80 manat, **********0381 saylı kredit müqaviləsinə əsasən 4178,68 manat əsas, 114,54 manat faiz borcu olmaqla, cəmi 4293,22 manat məbləğində borc və 77,28 manat ödənilmiş dövlət rüsumu alınıb "xxxx" MM QBKT-in xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar