Məhkəmə qərarları › İş №2(026)-90/2021

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-90/2021

09.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-90/2021 09.03.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılmasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbi ilə Qobustan rayon məhkəməsinə iddia ərizəsi vermişdir. İddiaçı izahatında göstərdi ki, Cavabdeh ilə 2014-cü ilin oktyabr ayında nikaha girərək evlənmişlər, lakin nikahlarını xx xxxxx 2015-ci il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahdan xx xxxxxx 2015-ci il tarixdə Yusif adlı bir uşaqları anadan olmuşdur. Ağabala ilə aralarında olan münasibət pozulduğundan Qobustan rayon məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ilə nikahları ləğv edilmiş və Yusifin yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 117 manat sabit pul məbləğində aliment alınıb ona verilməsi qət edilmişdir. Hazırda Yusif böyüdüyünə görə onun ehtiyaclarını ödəməkdə çətinlik çəkir. Yusiflə birlikdə valideynlərinin himayəsində yaşayır, özü və valideynləri heç bir yerdə işləmir. Ona görə aliment miqdarının artırılaraq xx xxxxxx 2015-ci il təvəllüdlü övladı Yusifin yetkinlik yaşına çatanadək saxlanılması üçün Ağabaladan hər ay 196 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Qobustan rayon məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2(026)-235/2016 saylı qətnaməsinin surətindən görünür ki, X3 ilə Cavabdeh arasında bağlanmış xx xxxxx 2015-ci il tarixli AZ-İİ seriyalı 042665 saylı nikah pozulmuş, xx xxxxxx 2015-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx xxxx 2016-cı il tarixdən başlayaraq Cavabdeh hər ay 117 manat sabit pul məbləğində alimentin alınıb X2 verilməsi qət edilmişdir. Müəyyən olundu ki, Qobustan rayon məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ilə xx xxxxxx 2015-ci il tarixdə anadan olmuş xx xxxxxx 2015-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx xxxx 2016-cı il tarixdən başlayaraq Cavabdeh hər ay 117 manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağı qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri- müntəzəm, dəyişən olarsa, ya da qazancı (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından ( gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunun mənasına görə heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Valideynlərin uşaqlar barəsində hüquq və vəzifələrinin həyata keçirilməsinə dövlət orqanlarının qarışmasına yalnız qanunla nəzərdə tutulmuş hallarda və uşağın maraqları naminə yol verilə bilər. “Uşaq hüquqları haqqında” Konvensiyanın müddəalarında qeyd olunur ki, yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqların layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx xxxxxx 2015-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin miqdarı artırılaraq Cavabdeh hər ay 150 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməlidir. İddianın qalan hissəsi təmin edilməməlidir. Hazırkı iş üzrə dövlət rüsumunun 1 il ərzində ödəməsinin məcmusu 500 manatdan çox olduğu üçün və iddia qismən təmin edildiyindən ödənilməli olan 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Alimentin artırılması məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx xxxxxx 2015-ci ildə anadan olmuş Əhmədov Yusif Ağabala oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin miqdarı artırılaraq cavabdeh Cavabdeh hər ay 150 manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. İddianın qalan hissəsi təmin edilməsin. Cavabdeh 30 manat dövlət rüsumu tutulub dövlət büdcəsinə keçirilsin. Alimentin artırılması məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar