Məhkəmə qərarları › İş №2(026)-92/2020

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-92/2020

17.07.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-92/2020 17.07.2020 QOBUSTAN RAYON MƏHKƏMƏSİ iddiaçı “Şahdağ” Milli Parkının nümayəndəsi x2 iştirakı ilə, iddiaçı “Şahdağ” Milli Parkının cavabdehlər x10 və Cavabdeh1 qarşı təbiətə dəymiş 3449,70 manat maddi ziyan tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: “Şahdağ” Milli Parkı x10 və Cavabdeh1 təbiətə dəymiş 3449,70 manat maddi ziyanın alınıb Şahdağ Milli Parkının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı “Şahdağ” Milli Parkının nümayəndəsi x6 Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə verərək cavabdehlər x5 adı səhvən Elxan, Cavabdeh1 adı isə səhvən Elnur kimi göstərilmişdir. Cavabdehlərin adlarının Elxan əvəzinə Elvin, Elnur əvəzinə isə Elmir qəbul edilməsini xahiş etdi. “Şahdağ” Milli Parkının nümayəndəsi x6 məhkəmə iclasında iddianı müdafiə edərək izahatında göstərdi ki, “Şahdağ” Milli Parkının Qusar bölməsinin direktor müavini kimi o, sahə müfəttişi Şahid3 və mühafizə yegeri Temirov Bahəddin Milli Parkın Qusar xidməti “Duzyurd” adlı ərazilərində nəzarət təftişi həyata keçirərkən əraziyə qanunsuz daxıl olaraq iri və xırda buynuzlu heyvan sürülərini otaran Qobustan rayon sakini x7 və Qobustan rayon Şıxzərli kənd sakini Cavabdeh1 saxlamışlar. Aparılmış araşdırma zamanı məlum olmuşdur ki adı göstərilən vətəndaşlar ümumilikdə Milli Park ərazisinə 1200 baş xırda buynuzlu, 60 baş iri buynuzlu heyvan sürüsünü otarmaqla 52 ha ərazinin bitki örtüyünün 60 faizini məhv etmişlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 sentyabr 2007-cı il tarixli 145 saylı qərarına əsasən hesablama aparılaraq x10 1724,85 manat, Cavabdeh1 1724,85 manat, ümumilikdə isə Milli Parkın təbiətinə dolayısı ilə dövlətə külli miqdarda 3449,70 manat ziyan vurduqları məlum olmuşdur. Vətəndaşlar barəsində qanuna müvafiq qaydada x10 barədə 07858 nömrəli protokol və Cavabdeh1 barədə 07892 nömrəli protokol tərtib edilmişdir. “Şahdağ” Milli Parkı tərəfindən tərtib edilmiş akt və protokollara əsasən hər bir vətəndaş barəsində Azərbaycan Respublikası İXM-in müvafiq maddəsinə əsasən qərar çıxardılaraq hər biri 500 manat cərimə edilmişlər. Cavabdehlər x3 1724,85 manat və Cavabdeh1 1724.85 manat olmaqla ümumilikdə Şahdağ Milli Parkına, dolayısı ilə dövlətə vurmuş olduqları 3449,70 manat ziyanın ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehlər x10 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Cavabdeh1 məhkəməyə verdiyi izahatında göstərmişdir ki, 2017-ci ildə x1 yaylağında çoban işləmişdir və həmin yaylaqda ondan başqa da 4 nəfər çoban olmuşdur. x10 ilə bir növbədə qoyun otarmışlar. Ekologiyanın və Milli parkın işçiləri tərəfindən ona və çoban yoldaşı Elvin Abıyevə “Şahdağ” Milli Parkına məxsus yerlərin otarılmaması tapşırılmış və onlar da həmin yerlərə heyvan salmamış və otarmamışlar. Məhkəmə iclasında şahid x8 izahat verərək bildirdi ki, Şahdağ Milli Parkının mühafizə yegeri işləyir. 2017-ci ilin iyul-avqust aylarında “Şahdağ” Milli Parkının Qusar bölməsinin “Düzyürd” ərazisində Ağazər Niftəliyevə məxsus xırda və iri buynuzlu heyvanları otaran Elmir və Elvin adlı çobanlara dəfələrlə xəbərdarlıq etmişlər ki, milli parkın ərazisinə heyvanları buraxmasınlar. Lakin çobanlar onların tapşırığına məhəl qoymayaraq heyvanlarını həmin ərazidə otarmağa davam etmişlər. Onlara arxalarında kiminsə dayandığını deyərək hədəqorxu gəlmiş və üstlərinə itləri buraxmışlar. Hər dəfə sahədən 1200 baş xırda buynuzlu və 60- 70 baş iribuynuzlu heyvanlar çıxarmışlar. Sonuncu dəfə sahədə 1200 baş xirda və 60 baş iri buynuzlu heyvanlar müşahidə etmiş və şəkillərini çəkmişlər. Sonradan yenə həmin hallar təkrar olunmuş, ora yapışdırılmış işarələr götürülmüşdür. Məcbur olub iltizamnamələri imzalatsalar da heç bir xeyri olmamışdır. Məhkəmə iclasında Şahid2 Məcid oğlu izahat verərək bildirdi ki, Şahdağ Milli Parkının mühafizə yegeri işləyir. 2017-ci ilin iyul-avqust aylarında “Şahdağ” Milli Parkının Qusar bölməsinin “Düzyürd” ərazisində çobanlar Elmir və Elvin adlı çobanlaraın xırda və iri buynuzlu heyvanları salaraq sahəni otarmaları müşahidə olunmuş və onlara dəfələrlə xəbərdarlıq etmişlər ki, milli parkın ərazisinə heyvanları buraxmasınlar. Lakin onlar ərazidən uzaqlaşan kimi çobanlar yenidən heyvanları milli parkın ərazisində otarmağa davam etmişlər. Çobanlar onların üstlərinə itləri buraxmışlar. Sonuncu dəfə sahədə 1200 baş xir və 50-70 baş iri buynuzlu heyvanlar müşahidə etmiş və şəkillərini çəkmişlər. Müdiriyyət tərəfindən çobanlar barədə akt və protokol tərtib edilərək hər biri 500 manat miqdarında cərimə olunmuşdur. Şahid1 məhkəmə iclasında şahidlər x8 və Şahid2 Məcid oğlu ilə eyni məzmunlu izahat verdilər. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, şahidlərin ifadələrini dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İşdə olan Azərbaycan Respublikası Qusar rayon İcra Hakimiyyəti Başçısının 19 aprel 2010cu il tarixli 16 saylı sərəncamının surətindən görünür ki, “Şahdağ” Milli Parkının genişləndirilməsi məqsədi ilə Qusar rayonunun ərazisindəki Dövlət Torpaq Fondundan (yay otlaq sahəsindən) cəmi 5145.3 hektar, (o cümlədən 1 nömrəli-41,0 ha; 2 nömrəli -92.6 ha; 3 nömrəli-181 ha; 4 nömrəli-400.8 ha; 5 nömrəli-59.3 ha; 6 nömrəli-95 ha, 9 nömrəli-206.2 ha; 10 nömrəli-23.7 ha; 11 nömrəli-51.3 ha; 12 nömrəli -72 ha; 22 nömrəli-35.1 ha; 23 nömrəli- 200.0 ha; 24 nömrəli-190.0 ha; 41 nömrəli- 3111.6 ha və Dövlət Ehtiyyat Fodundan (Qızıl qaya massivindən yararsız- 385.7 ha torpaq sahəsi təhkim edilmişdir. İşdə olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Şahdağ” Milli Parkının 22 avqust 2017-ci il tarixdə tərtib etdiyi 44985 saylı aktdan görünür ki, Qobustan rayon sakini x10 və Qobustan rayonunun Şıxzərli kənd sakini Cavabdeh1 tərəfindən Şahdağ Milli Parkının Qusar bölməsinin “Düzyurd” ərazisində Ağazər adlı fermer təsərrüfatın sahibinə məxsus 1200 baş xırda və 60 baş iri buynuzlu mal-qara tərəfindən adı gedən ərazinin 52 hektar bitki örtüyünün 60%-ni məhv etmişdir. “Şahdağ” Milli Parkının işçilərinin köməkliyi ilə mal-qara ərazidən çıxarılmış və onlar haqqında inzibati protokol tərtib olunmuşdur. İşdə olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən baxılan inzibati xətalar haqqında 22 avqust 2017-ci il tarixli 07859 saylı protokolun surətindən görünür ki, Qobustan rayonunun sakini x10 və Qobustan rayonunun Şıxzərli kənd sakini x4 1200 baş xırda buynuzlu və 60 baş iri buynuzlu heyvanları “Şahdağ” Milli Parkının Qusar xidməti ərazisində lazımı icazə olmadan otarılmış və onlar barəsində Azərbaycan Respublikası İXM-nin 242-ci maddəsi ilə inzibati iş üzrə icraata başlanılmışdır. İşdə olan 22 avqust 2017-ci il tarixli 44985 saylı hesablama cədvəlinin surətindən görünür ki, x5 “Şahdağ” Milli Parkının Qusar xidməti ərazisinə 600 baş xırda buynuzlu və 30 baş iri buynuzlu heyvanlarının girməsi nəticəsində 26 hektar sahəyə 60% ziyan dəymiş və dəymiş ziyanın məbləği 1724,85 manat təşkil edir. İşdə olan 22 avqust 2017-ci il tarixli 44985 saylı hesablama cədvəlinin surətindən görünür ki, Cavabdeh1 “Şahdağ” Milli Parkının Qusar xidməti ərazisinə 600 baş xırda buynuzlu və 30 baş iri buynuzlu heyvanlarının girməsi nəticəsində 26 hektar sahəyə 60% ziyan dəymiş və dəymiş ziyanın məbləği 1724,85 manat təşkil edir. İşdə olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən baxılan inzibati xətalar haqqında işlər üzrə 25 sentyabr 2017-ci il tarixli inzibati tənbehin tətbiq edilməsi haqqında 85-QS saylı qərarın surətindən görünür ki, x10 Azərbaycan Respublikası İXM-nin 242-ci maddəsinə əsasən 500 manat miqdarında inzibati cərimə edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən baxılan inzibati xətalar haqqında işlər üzrə 25 sentyabr 2017-ci il tarixli inzibati tənbehin tətbiq edilməsi haqqında 86-QS saylı qərarın surətindən görünür ki, x9 Azərbaycan Respublikası İXM-nin 242-ci maddəsinə əsasən 500 manat miqdarında inzibati cərimə edilmişdir. İşdə olan fotoşəkillərdən görünür ki, “Şahdağ” Milli Parkının ərazisində iri və xırda buynuzlu heyvanlar otarılmışdır. Məhkəmə iclası zamanı müəyyən olundu ki, Cavabdeh1 və oğlu x10 2017-ci ilin iyul-avqust aylarında 1200 baş xırda və 60 baş xırda buynuzlu heyvanları “Şahdağ” Milli Parkının Qusar xidməti ərazisinə məxsus sahədə otarmaqla sahənin 25 hektarının bitki örtüyünü əzməklə və məhv etməklə “Şahdağ” Milli Parkına 3449,70 manat maddi zərər vurmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1110-cu maddəsinə əsasən heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir. Həmin Məcəllənin 21.1-ci maddəsində qeyd olunur ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsi öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halların sübut edilməsi vəzifəsini tərəflərin üzərinə qoymuşdur. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehlər x10 və Cavabdeh1 təbiətə dəymiş ziyana görə 3449,70 manat maddi ziyan müştərək qaydada alınıb “Şahdağ” Milli Parkının hesabına ödənilməli və onlardan 30 manat dövlət rüsumu müştərək qaydada alınıb dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər x10 və Cavabdeh1 təbiətə dəymiş ziyana görə 3449,70 manat maddi ziyan müştərək qaydada alınıb “Şahdağ” Milli Parkının hesabına ödənilsin. Cavabdehlər x10 və Cavabdeh1 müştərək qaydada 30 manat dövlət rüsumu alınıb dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar