Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1003/2021 07.07.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı təbiətə dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki işə Quba Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Quba Regional X6 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 348 manat tutularaq İddiaçı bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə İddiaçı nümayəndəsi X3 iddianı müdafiə edərək göstərdi ki, 05.05.2020-ci il tarixdə Cavabdeh tərəfindən Quba rayonu, Tülər kəndi ərazisində həyətyanı torpaq sahəsində alma və vələs cinsli odunluq materialdan istifadə edərək kömür hazırlanması faktı müəyyən edilmişdir. Həmin ağacların qanunsuz kəsilməsi və məhv edilməsi nəticəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 dekabr 1993-cü il tarixli, 636 saylı və 30 sentyabr 2004-cü il tarixli, 145 saylı qərarlarına əsasən təbiətə 348,0 (üç yüz qırx səkkiz) manat məbləğində vurulmuş ziyan hesablanmışdır. Təbiətə dəymiş ziyanı könüllü şəkildə ödəməsi üçün barəsində qaldırılmış iddia və təbiətə dəymiş ziyanın hesabat cədvəli Cavabdeh 12.05.2020-ci il tarixli, 760 saylı məktubla göndərilsə də, o, iddia məbləğini ödəməkdən imtina etmişdir.Vurulmuş ziyanın qanunvericiliyə əsasən X7 üzrə Dövlət Fonduna ödənilməsi təmin edilməlidir.Əlavə olaraq bildirdi ki, Cavabdeh vurduğu ziyandan 06.07.2021-ci il tarixdə 100 manat ödəniş etmişdir. Göstərilənləri nəzərə alaraq, Cavabdeh 248 manat tutularaq İddiaçı bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh Cavabdeh lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəməyə gəlməmiş və bu barədə heç bir üzrlü səbəb məhkəməyə təqdim etməmişdir. Məhkəmə işə Azərbayan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdeh Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə İddiaçı nümayəndəsi X2 və Cavabdeh dinləyib, işdə olan sənədləri araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, materiallarında olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 59319 nömrəli aktından görünür ki, Cavabdeh qanunsuz yolla 05.05.2020-ci il tarixdə Cavabdeh tərəfindən Quba rayonu, Tülər kəndi ərazisində həyətyanı torpaq sahəsində alma və vələs cinsli odunluq materialdan istifadə edərək kömür hazırlanması faktı müəyyən edilmişdir. İş materiallarında olan AZE 0******* seriya və nömrəli çəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh Quba rayonu, Tülər kəndində qeydiyyatdadır. İş materiallarında olan 05.05.2020-ci il tarixli 59319 nömrəli akta əlavə olaraq təbiətə dəymiş ziyanın hesablama cədvəlindən görünür li, Cavabdeh tərəfindən Meşə Fonduna 348 (üç yüz qıx səkkiz ) manat məbləğdə ziyan vurması hesablanmışdır. İş materialında olan 06.07.2021-ci il tarixli mədaxil qəbzinin surətindən görünür ki, Cavabdeh 101 manat məbləğdə pul vəsaitiniİddiaçı bank hesabına ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının MM-nin 1096-cı maddəsi mülki hüquq pozuntusunu (delikt) hüquqla və qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl (hərəkət və ya hərəkətsizlik) kimi səciyyələndirir. Məhkəmə müəyyən edildi ki, cavabdeh təbiətə vurdu ziyana görə iddiaçının bank hesabına 100 manat ödəniş etmişdir. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh tərəfindən təbiətə vurulmuş 248 (iki yüz qırx səkkiz) manat məbləğdə ziyan tutulub İddiaçı bank hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 248 (iki yüz qırx səkkiz) manat məbləğdə ziyan tutulub İddiaçı bank hesabına ödənilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi göndən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-1003/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1003/2021
07.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver