Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-101/2023 09.01.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X9 qızının katibliyi, X2 Cavabdeh iştirakı ilə, İddiaçı X4 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı X7 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4824 (dörd min səkkiz yüz iyirmi dörd) manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. X8 iddia tələbini onunla əsaslandırmışdır ki, 23 fevral 2022-ci il tarixdə saat 13:00 radələrində, idarə etdiyi Hyundai 55 markalı ** BJ *** dövlət nömrə nişanlı avtomaşınla yaşadığı Quba şəhəri 32-33-cü kvartaldan çıxıb düz istiqamətdə hərəkət etmiş və yol buzla örtüldüyü üçün avtomaşını ehtiyatla idarə etmiş, bu vaxt yolun sol istiqamətindən gələn Qazel markalı avtomaşın onun idarə etdiyi avtomaşını vuraraq yol nəqliyyat hadisəsi törətmiş və o, avtomaşını saxlayıb 102 xidmətinə zəng etmişdir. Hadisə yerinə DYP-nin əməkdaşları gəlib müayinə aparmışlar. Hadisəni Cavabdeh idarə etdiyi Qazel markalı ** BJ *** dövlət nömrə nişanlı avtomaşınla törətmiş və o, yol hərəkəti qaydalarını pozmuş və nəticədə onun mülkiyyətimdə olan avtomaşına 9824 manat maddi ziyan dəymişdir. Hadisə nəticəsində ona dəymiş maddi ziyanın 5000 manatını sığorta şirkəti ödəmiş, qalmış 4824 manat pulu cavabdeh ödəməkdən boyun qaçırmışdır, ona görə də o, məhkəməyə müraciət etməli olmuşdur. İddia ərizəsinə əlavə etdiyi Quba Rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş 15 mart 2022-ci il tarixli Qərarından aşkar olur ki, hadisə Cavabdeh təqsiri üzündən baş vermiş və o, Azərbaycan Respublikası İXMnin 327-ci maddəsi ilə məsuliyyəti cəlb olunmuşdur. İddia ərizəsinə əlavə etdiyi "Təbriz" firması tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli ziyan aktından aşkar olur ki, yol nəqliyyat hadisəsi nəticəsində onun mülkiyyətində olan "Hyundai" İX55 markalı, 40BJ050 dövlət qeydiyyat nömrə nişanlı avtomaşına 9824 manat maddi ziyan dəymişdi İddiaçı X8 məhkəmə iclasında iddia tələbinə uyğun izahat verərək, ona dəymiş ziyanın 5.000 manat məbləğinin sığorta şirkəti tərəfindən ödənildiyini bildirərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək, sığorta şirkəti tərəfindən iddiaçıya dəyiş zərərə görə 5.000 manat məbləğində pul ödənildiyini və təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərələri dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan “Təbriz” firmasının xx.xx.2022-ci il tarixli ziyan aktından görünür ki, “Hyundai İX55 CRDİ” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomaşına 9824 manat məbləğində ziyan dəymişdir. İş materiallarında olan cinayət işinin başlanılmasının rədd edilməsi barədə Quba RPŞ-nin TB-nin təhqiqatçısı polis mayoru X6 xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Cavabdeh əməlində cinayət tərkibi deyil, Azərbaycan Respublikasının İXM 327.1-ci maddəsinin tərkibi vardır. Ona görə də, Cavabdeh barəsində cinayət işinin başlanılması rədd edilmiş və qərarın surəti onun barəsində həmin maddə ilə inzibati tədbir görülməsindən ötrü Quba RPŞ-nin DYPB-nə göndərilmişdir. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, Hyundai İX55 CRDİ” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomaşın X4 mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/7001 saylı ekspert rəyindən görünür ki, “Təbriz” firmasının xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən, avtohissələrin qiymətləri nəzərə alınmaqla 2012-ci il buraxılışlı, “Hyundai 55” markalı **- BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlməz faizi tətbiq edilməklə təxminən 7449.0 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Sadalanan maddi hüquq normalarına görə hazırkı iş üzrə zərərin ödənilməsi barədə iddianın təmin olunması üçün aşağıdakı əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Göründüyü kimi məhkəmə araşdırması zamanı zərərin mövcud olması öz təsdiqini tapmış, zərərin məhz cavabdehin qanunsuz hərkəti nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət arasında səbəbli əlaqənin olması və zərər vuran Cavabdeh təqsirli olması xx.xx.2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar ilə öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, X5 məxsus “Hyundai” minik markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği ekspert rəyi nəzərə alınaraq 7449 manat dəyərində müəyyən edilməlidir. Bundan başqa, sığorta şirkəti tərəfindən dəyən ziyanın 5.000 (beş min) manatı X5 ödənilməsi nəzərə alınaraq, Cavabdeh iddiaçı X1 olan “Hyundai” minik markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərin ödənilməmiş hissəsi olan əvəzi (7449-5000=2449) 2449 (iki min dörd yüz qırx doqquz) manat məbləğində pul alınaraq iddiaçıya verilməlidir. Bundan başqa 100 (bir yüz) manat məbləğində məhkəmə-əmtəəşünaslıq ekspertizasının xərci Cavabdeh alınaraq, Məhkəmə Ekspertizası Mərkəzinin X3 (Kodu: 210005, VÖEN **********, MH: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi: VÖEN: **********, Hesab: AZ34CTRE********************) hesabına ödənilməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh iddiaçı X4 mülkiyyətində olan “Hyundai” minik markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərin ödənilmməmiş hissəsi olan əvəzi 2449 (iki min dörd yüz qırx doqquz) manat məbləğində pul alınaraq iddiaçı X5 verilsin. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xərci olan 100 (bir yüz) manat Cavabdeh alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin X3 (Kodu: 210005, VÖEN **********, MH: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi: VÖEN: **********, Hesab: AZ34CTRE********************) hesabına ödənilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-101/2023
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-101/2023
09.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver