Məhkəmə qərarları › İş №2(027)-1010/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1010/2022

26.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1010/2022 26.04.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X7 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin artırılması” iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, Quba Rayon Məhkəməsinin 28 oktyabr 2019-cu il tarixli, 2(027)-2072/2019 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı dəyişdirilərək Cavabdeh 03 avqust 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay qazancının (başqa gəlirlərinin) ¼ hissəsi miqdarında alimentin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2014-cü ildə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahlarından 03 avqust 2015-ci il təvəllüdlü X6 adlı bir övladı var. Quba rayon Məhkəməsinin 2(027)-2072/2019 saylı, 28.10.2019-cu il tarixli qətnaməsinə əsasən nikahları pozulmuş, 03 avqust 2015-ci il təvəllüdlü X6 onun yanında saxlanılmış və uşağın saxlanılması üçün cavabdehdən hər ay 140 manat sabit pul məbləğində aliment alınaraq ona ödənilməsi qət edilmişdir. Həmin vaxt cavabdehdən sabit məbləğdə aliment kəsilsə də, indi cavabdeh müdafiə nazirliyinin N saylı hərbi hissəsində xidmət edir və kifayət qədər əmək haqqı alır və cavabdehin maddi vəziyyəti yaxşılaşmışdır. 2019-cu ildən keçən üç il ərzində isə birgə nikahdan olan uşaqlarının tələbatları daha da artmışdır ki, qət edilən 140 manat məbləğində aliment onun tələbatlarını ödəmir. Uşaqları məktəblidir. Onun məktəb xərcləri, geyim xərcləri artımışdır. Ona görə də məhkəməyə yenidən müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, tərəflərin birgə nikahlarından 03 avqust 2015-ci il təvəllüdlü X6 anadan olmuşdur. İş materillarında olan Quba rayon Məhkəməsinin 28.10.2019-cu il tarixli 2(027)- 2072/2019 saylı qətnaməsi ilə, X5 ilə Cavabdeh arasında 18.04.2014-cü il tarixində bağlanmış və Quba RİHB-nın Şuduq kənd İƏD üzrə nümayəndəliyi tərəfindən həmin tarixli 07 nömrəli akt qeydi ilə qeydə alınmış nikahın pozulması, nikahın pozulmasından sonra 03.08.2015-ci il təvəllüdlü X6 anası X1 yanında qalması və 03.08.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün 20.08.2019-cu il tarixindən başlayaraq hər ay uşağa görə 140 (yüz qırx) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq X3 verilməsi qərara alınmışdır. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X5 arasında bağlanmış nikah 17.07.2020-ci il tarixdə ləğv edilmişdir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X4 arasında 21.12.2021-ci il tarixdə nikah bağlanmışdır. İş materiallarında olan şəxsi vəsiqədən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyində N saylı hərbi hissədə çalışır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmin Məcəllənin 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. Alimentin miqdarının artırılması barədə iddiaçının tələbi qeyd olunan maddənin göstərişinə uyğundur. Belə ki, təyin edilmiş aliment uşağın tələbatlarını ödəmədiyindən iddiaçı uşağın saxlanılmasında çətinlik çəkdiyini bildirir. Habelə, uşaq böyüdükcə onun ehtiyaclarının ödənilməsi üçün çəkilməli olan xərclərin miqdarı artır. Bundan başqa məhkəmə hesab edir ki, hazırda iddiaçının uşağın saxlanmasında çətinlik çəkdiyi nəzərə alınaraq, Quba rayon Məhkəməsinin 28.10.2019-cu il tarixli 2(027)- 2072/2019 saylı qətnaməsində müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək, hazırkı qətnamənin qanuni qüvvəyə minəcəyi tarixdən başlayaraq 03 avqust 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə uşaq üçün hər ay cavabdehin qazancının (başqa gəlirlərinin) ¼ hissəsi miqdarında pul məbləğində aliment tutulmalı və iddia təmin edilməlidir. İddiaçı alimentin miqdarının artırılması barədə iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunu ödəməkdən azaddır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 112.1.6 və 119.2-ci maddələrin , “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2 və 9.4-cü maddələrinə əsasən 100 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. 03 avqust 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Quba rayon Məhkəməsinin 28.10.2019-cu il tarixli 2(027)-2072/2019 saylı qətnaməsində müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək, hazırkı qətnamənin qanuni qüvvəyə minəcəyi tarixdən başlayaraq tərəflərin birgə nikahından doğulmuş 03 avqust 2015-ci il təvəllüdlü X6 üçün hər ay cavabdehin qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment Cavabdeh tutularaq, İddiaçı verilsin. Cavabdeh 100 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildikdən sonra bir ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar