Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1028/2021 24.05.2021 QUBA RAYON MƏHKƏMƏSİ Quba Rayon Məhkəməsinin hakimi Məmmədov İlqar Aslan oğlu İddiaçı-nin Cavabdeh qarşı “pul tələbinə” dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 08 may 2019-cu il tarixli, QBNPU-0271 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 1028.52 (bir min iyirmi səkkiz) manat 52 qəpik, faiz borcuna görə 8,73 (səkkiz) manat 73 qəpik, dəbbə borcuna görə 0 (sıfır) manat, cəmi 1037.25 (bir yüz otuz yeddi) manat 58 qəpik məbləğində pulun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 08 may 2019-cu il tarixli, QBNPU-0271 saylı kredit müqaviləsi üzrə cavabdehə illik 1% dərəcəsi olmaqla 60 ay müddətinə 1141.82 (on bir min yüz qırx bir) manat 82 qəpik kredit verilmişdir. 08 may 2019-cu il tarixli, QBNPU-0271 saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu səbəbdən Cavabdeh 08 may 2019-cu il tarixli, QBNPU-0271 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 1028.52 (bir min iyirmi səkkiz) manat 52 qəpik, faiz borcuna görə 8,73 (səkkiz) manat 73 qəpik, dəbbə borcuna görə 0 (sıfır) manat, cəmi 1037.25 (bir yüz otuz yeddi) manat 58 qəpik məbləğində pulun və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsasında mülki iş başlanmışdır. Belə ki, iş materiallarına əlavə olunmuş İddiaçı ilə Cavabdeh arasında bağlanmış 08 may 2019-cu il tarixli, QBNPU-0271 saylı kredit müqaviləsindən görünür ki , həmin müqavilə üzrə bank Cavabdeh illik 1% dərəcəsi olmaqla 60 ay müddətinə 1141.82 (on bir min yüz qırx bir) manat 82 qəpik kredit vermişdir. İş materiallarına əlavə olunmuş maliyyə arayışından görünür ki, cavabdehin banka 29.03.2021-ci il tarixinə 08 may 2019-cu il tarixli, QBNPU-0271 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 1028.52 (bir min iyirmi səkkiz) manat 52 qəpik, faiz borcuna görə 8,73 (səkkiz) manat 73 qəpik, dəbbə borcuna görə 0 (sıfır) manat, cəmi 1037.25 (bir yüz otuz yeddi) manat 58 qəpik məbləğində borcu vardır. İş materiallarına əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, bank Cavabdeh illik 1% dərəcəsi olmaqla 60 ay müddətinə 1141.82 (on bir min yüz qırx bir) manat 82 qəpik kredit vermiş və aylar üzrə ödəniş məbləğləri müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş 02.04.2021-ci il tarixli ********* nömrəli qəbzdən görünür ki, İddiaçı iddia ərizəsilə bağlı 30 manat rüsum ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-284-5.3-cü maddələrinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verdikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İddiaçının ödənilməsini tələb etdiyi borcun məbləği onun tərəfindən məhkəməyə təqdim olunmuş Maliyyə arayışı və ödəniş cədvəli ilə təsdiq olunur. Həmin arayışdan görünür ki, Cavabdeh ümumilikdə banka 1037.25 (bir yüz otuz yeddi) manat 25 qəpik borcu qalmışdır. Cavabdeh irəli sürülən tələbə hər hansı əsasla etirazını bildirməmişdir. İddiaçının tələbi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 386, 425 və 427-ci maddələrinin göstərişinə uyğun olduğundan əsaslıdır. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 20 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci maddələrinin tələbini rəhbər tutaraq, məhkəmə qət etdi: Kiçik iddiaya dair ərizə təmin olunsun. Cavabdeh 08 may 2019-cu il tarixli, QBNPU-0271 saylı kredit müqaviləsi üzrə əsas borca görə 1028 (bir min iyirmi səkkiz) manat 52 qəpik, faiz borcuna görə 8,73 (səkkiz) manat 73 qəpik, cəmi 1037 (bir yüz otuz yeddi) manat 25 qəpik və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti İddiaçı-nin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-1028/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1028/2021
24.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver