Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-1032/2024 30.04.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı 5 saylı X4 Mərkəzinin nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə İddiaçı 5 saylı X4 Mərkəzinin Cavabdeh qarşı ziyan tələbinə dair iddia ərizəsinə və ona əlavə olunmuş sənədlərə məhkəmə hazırlıq iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı 5 saylı X4 Mərkəzi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabeh Cavabdeh tərəfindən Meşə Fonduna vurulmuş 2800 manat ziyanın X3 Agentliyindəki Benifisiarın adı : 5 saylı X4 Mərkəzi, Benifisiarın hesabı: AZ95CTRE********************, VÖEN : **********, Büdcə təsnifat kodu: 142330, Büdcə səviyyə kodu : 1 hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iddiaçı 5 saylı X4 Mərkəzinin nümayəndəsi X2 ərizə ilə müraciət edərək, cavabdehin Şamaxı şəhərində qeydiyyatda olduğunu, ona görə də iddia ərizəsini Şamaxı Rayon Məhkəməsinə göndərmək istədiklərini, bu səbəbdən hazırkı iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin vəsatətini və iş materiallarını araşdırıb, hesab edir ki, iddiaçının nümayəndəsinin vəsatətinə əsasən hazırki iddia ərizəsi və ona əlavə olunmuş sənədlər 5 saylı X4 Mərkəzinə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 170.1-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti üzrə ərizə qaytarıla bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 35, 149.2.2, 170, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı 5 saylı X4 Mərkəzinin Cavabdeh qarşı ziyan tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər iddiaçı 5 saylı X4 Mərkəzinin nümayəndəsi X1 vəsatətinə əsasən geri qaytarılsın. Qərardaddan 10 gün ərzində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-1032/2024
Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-1032/2024
30.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver