Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1037/2024 07.05.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Quba Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə və "xxxx" BOKT MMC-yə qarşı borcun tutulmasına dair icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə müraciət edərək, onlardan "xxxx" BOKT MMC-nin xeyrinə 1093.73 (min doxsan üç manat yetmiş üç qəpik) əsas borc, 481.89 (dörd yüz səksən bir manat 89 qəpik) cərimə-peniya və 25 (iyrimi beş) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq ödənilməsinə dair xx.xx.2023-cü il tarixli notariusun icra qeydinin ləğv edilməsi və məhkəməyə iddia ərizəsinin verilməsinə görə ödənilən 36 (otuz altı) manat dövlət rüsumunun "xxxx" BOKT MMC-dən ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, xx.xx.2023-cü il tarixli notariusun icra qeydinə əsasən ondan 1093.73 (min doxsan üç manat 73 qəpik) əsas borc, 481.89 (dörd yüz səksən bir manat 89 qəpik) cərimə-peniya və 25 (iyirmi beş) manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq tələbkar "xxxx" BOKT MMC-nin hesabına ödənilməlidir. Qeyd edir ki, İddiaçı2 02 fevral 2023-cü il tarixli KAQub 146134/23 saylı kredit müqaviləsinə əsasən "xxxx" BOKT MMC-dən 1000 (min) manat məbləğində kredit götürmüşdür. O, isə həmin kredit müqaviləsi üzrə ona zamin durmuşdur. Qeyd olunan kreditdən xx.xx.2023-cü il tarixində 113 (yüz on üç) manat, xx.xx.2023-cü il tarixdə isə 125 (yüz iyirmi beş) manat məbləğində ödəniş edilib. Daha sonra isə maddi imkansızlığdan ödəniş edə bilməmişlər. Məhz bu səbəbdən də kreditor KRED AQRO” BOKT MMC-nin müraciəti əsasında xx.xx.2023-cü il tarixli notariusun icra qeydi icra olunması üçün Quba rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Ancaq onlara əvvəlcədən bu barədə məlumat verilməmişdir. O, qeyd olunan müqavilə üzrə zamin durduğu üçün onun əmək haqqından 200 (iki yüz) manat məbləğində pul vəsaiti tələbkarın hesabına tutulmuşdur. O, hazırki, icra qeydi ilə razılaşmır. Qanunvericiliyə əsasən icra qeydi tərəflər rasında mübahisə olmadığı halda verilə bilər. Onların arasında isə mübahisə mövcuddur. Məhkəmə iclasında İddiaçı1 iddia tələbini müdafiə edərək, göstərmişdir ki, iddia ərizəsində yazılanlara uyğun izahat vermiş və bildirmişdir ki, "xxxx" BOKT MMC bağlandığından kredit borcunu ödəməyə yer tapmayıb, həmçinin kredit üzrə faizlər çox hesablanıb. Özü xadimə işləyir, aldığı əmək haqqı ödəniş etməyə imkan vermir. İddia tələbinin təmin olunmasını xahiş edir. Məhkəmə iclasında İddiaçı2 iddia tələbini müdafiə edərək, göstərmişdir ki, aldığı kredit borcundan 2 ay ödəniş etmişlər, sonra həyat yoldaşı tutulduğundan ödəniş etməyə imkanı olmamışdır. Bank tərəfindən faiz məbləği çox hesablanmışdır. İddia tələbini müdafiə edir, təmin olunmasını xahiş edir. 19 aprel 2024-cü il tarixdə məhkəmə prosesində iştirak edən cavabdeh "xxxx" BOKT MMC-nin nümayəndəsi X1 iddianı qəbul etməyərək, "xxxx" BOKT MMC-nin fəaliyyət göstərdiyni, iddiaçıların qəsdən öhdəliklərini icra etmədiyini bildirmişdir. Sonrakı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh "xxxx" BOKT MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə cavabdeh Quba Regional “ASAN Xidmət” Mərkəzinin notariusu Süleyman Məmmədov məhkəməyə ərizə göndrərək, X3 Mərkəzində notariat ofisinin iş rejiminin və vətəndaş müraciətlərinin çoxluğu səbəbindən məhkəmə iclasına iştirak edə bilməyəcəyini, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş edir. İş materiallarında olan 2 fevral 2013-cü il tarixli KAQub146134/23 saylı, Kredit müqaviləsindən, faizlər və ödəmələr üzrə cədvəldən görünür ki, "xxxx" BOKT MMC tərəfindən 12 ay müddətinə illik 60% dərəcəsi ilə İddiaçı2 1000 (bir min) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan Quba regional “Asan Xidmət” mərkəzində notariat ofisinin reyestrdə 8İ-15445 nömrə ilə qeyd edilmiş 07 sentyabr 2023-cü il tarixli İcra Qeydindən görünür ki, "xxxx" BOKT MMC-nin xeyrinə İddiaçı1 və İddiaçı2 1093,73 manat borc, 481 manat, 89 qəpik cərimə, 25 manat dövlət rüsmumu olmaqla cəmi 1600 manat 62 qəpik manat pul tutulmalıdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, hazırki iddianın qaldırılması ilə bağlı iddiaçı tərəfindən 36 manat məbləğdə dövlət rüsumu ödənilmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə iddia tələbinin qanuni əsası ilə bağlı aşağıdakıları qeyd edir: “Notariat haqqında” qanunun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofislərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 161-ci hissəsinə əsasən borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli, 156 nömrəli qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. İş materiallarından görünür ki, "xxxx" BOKT MMC icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borclular İddiaçı1 və İddiaçı2 na tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməmişdir. “Notariat haqqında” qanunun 76-cı maddəsinə görə borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli, 156 nömrəli qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”na əsasən pulun ödənilməsini, əmlakın qaytarılmasını və ya verilməsini tələb edən notariat qaydasında təsdiq olunmuş əqdlər əsasında icra qeydi almaq üçün notariat qaydasında təsdiq edilmiş əqdin əsli təqdim olunur. Göründüyü kimi, pulun ödənilməsi barədə icra qeydi alınması üçün əsas olan sənəd notariat qaydasında təsdiq olunmuş əqddir. Lakin hazırki iş üzrə icra qeydi notariat qaydasında təsdiq olunmuş əqd üzrə deyil, "xxxx" BOKT MMC ilə İddiaçı2 arasında bağlanmış 02 fevral 2013-cü il tarixli kredit müqaviləsi əsasında verilmişdir və həmin kredit müqaviləsi notariat qaydasında təsdiq olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, mülki işin materiallarında olan sübutları araşdırıb, onlara tətbiq edilməli olan qanun normalarına uyğun hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, İddiaçı2 və İddiaçı1 "xxxx" BOKT MMC-nin xeyrinə 1093.73 (min doxsan üç manat yetmiş üç qəpik) əsas borc, 481.89 (dörd yüz səksən bir manat 89 qəpik) cərimə-peniya və 25 (iyrimi beş) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq ödənilməsinə dair Quba regional “Asan Xidmət” mərkəzində notariat ofisinin reyestrdə 8İ-15445 nömrə ilə qeyd edilmiş 07 sentyabr 2023-cü il tarixli İcra Qeydi ləğv edilməli, cavabdeh "xxxx" BOKT MMC-dən 36 (otuz altı) manat dövlət rüsumu alınaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı2 və İddiaçı1 "xxxx" BOKT MMC-nin xeyrinə 1093.73 (min doxsan üç manat yetmiş üç qəpik) əsas borc, 481.89 (dörd yüz səksən bir manat 89 qəpik) cərimə-peniya və 25 (iyrimi beş) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq ödənilməsinə dair Quba regional “Asan Xidmət” mərkəzində notariat ofisinin reyestrdə 8İ-15445 nömrə ilə qeyd edilmiş 07 sentyabr 2023-cü il tarixli İcra Qeydi ləğv edilsin. Cavabdeh "xxxx" BOKT MMC-dən 36 (otuz altı) manat dövlət rüsumu alınaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-1037/2024
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1037/2024
07.05.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver