Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1042/2023 13.06.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, X7 oğlunun katibliyi, İddiaçı Şahdağ Milli Parkının nümayəndəsi X2 iştirakı ilə İddiaçı Şahdağ Milli Parkının Cavabdeh qarşı təbiətə dəymiş 422,31 manat ziyan tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Şahdağ Milli Parkı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Quba rayon Çarxaçu kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayan Cavabdeh Şahdağ Milli Parkına vurduğu 422 (dörd yüz iyirmi iki) manat, 31 qəpik dəyərində ziyan Cavabdeh tərəfindən Şahdağ Milli Parkının xüsusi bank hesabına (bank rekviziti əlavə olunur) ödətdirilməsi üçün müvafiq qərar verilməsini xahiş etmişdir. Şahdağ Milli Parkı iddiasını onunla əsaslandırmışdır ki, Quba rayon Çarxaçu kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayan Cavabdeh 28 mart 2023-cü il tarixdə qanunsuz olaraq 19 (on doqquz) ədəd müxtəlif cinsli və müxtəlif diametrli ağacları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeçiliyində olan Şahdağ Milli Parkının, Quba bölməsinin, Qonaqkənd meşəbəyliyinin 06-saylı dolayında kök üstə yaş ağacları kəsərək Milli Parkın təbiətinə 422.31 (dörd yüz iyirmi iki man. 31 qəp) manat dəyərində ziyan vurmuşdur. Məsələ ilə bağlı Şahdağ Milli Parkının əməkdaşları tərəfindən keçirilmiş reyd yoxlaması zamanı müvafiq qaydada akt tərtib edilərək yerində fotoşəkillər çəkilmişdir (28 mart 2023 cü il tarixli, AA-000502 nömrəli akt, MN-1202249 nömrəli, 28 mart 2023-cü il tarixli protokolun surəti, xx.xx.2023-cü il tarixli imtina aktı, dəymiş ziyana dair hüsablama cədvəli və fotoşəkillər əlavə edilir). Beləliklə Cavabdeh 28 mart 2023-cü il tarixdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeçiliyində olan Şahdağ Milli Parkının, Qonaqkənd meşəbəyliyi ərazisində qanunsuz olaraq 19 (on doqquz) ədəd müxtəlif cinsli və müxtəlif diametrli kök üstə yaş ağacları kəsərək, Azərbaycan Respublikasının Xüsusi X9 Əraziləri Haqqında 840- İQ saylı qanunun, Azərbaycan Respublikası Prezidentinin 19 noyabr 2008-ci il tarixli, 19 nömrəli sərəncam ilə təstiq edilmiş Azərbaycan Respublikası Şahdağ Milli Parkı haqqında Əsasnamənin tələblərini pozaraq Şahdağ Milli Parkına 422.31- manat dəyərində ziyan vurmuşdur. Dəymiş ziyan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar, 2019-cu il tarixli, 30-saylı qərara əsasən hesablanmışdır. Məhkəmə iclasında Şahdağ Milli Parkının nümayəndəsi X3 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə müvafiq olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Şahdağ Milli Parkının Quba bölməsinin Qonaqkənd meşəbəyliyinin sahə müfəttişi X6, ŞMP-nin Quba bölməsinin Qonaqkənd meşəbəyliyinin 06 saylı dolayın mühafizə yegeri X4, ŞMP-nin Quba bölməsinin Qonaqkənd meşəbəyliyinin 7 saylı dolayın mühafizə yegeri X5, Quba rayonu, Çarxaçu kənd sakini Cavabdeh tərtib etdiyi 28 mart 2023-cü il tarixli 40660 nömrəli aktdan görünür ki, Cavabdeh Qonaqkənd meşəbəyliyinin 6 saylı dolayı ərazisindən müxtəlif növlü, müxtəlif diametrli, cəmi 19 ədəd ağacları yaş kök üstə kəsməsi aktlaşdırılmışdır. İş materiallarında olan İnzibati xəta haqqında 28 mart 2023-cü il tarixli, ******* №-li protokoldan görünür ki, Şahdağ Milli Parkının Qonaqkənd meşəbəyiliyinin 6 saylı dolayının xidməti ərazisindən 19 ədəd ağacları yaş köküstə kəsib meşə sahəsindən apardığına görə Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.1-ci maddəsi ilə inzibati icraat başlanılmışdır. İş materiallarında olan həcm-qiymət cədvəllərindən görünür ki, Qonaqkənd meşəbəyliyinin 6 saylı dolayı ərazisində Cavabdeh tərəfindən kəsilən ağaclara görə 422 manat 31 qəpik ziyan hesablanmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli İmtina aktından görünür ki, Cavabdeh, Qonaqkənd meşəbəyiliyinin 6 saylı meşə dolayısının ərazisindən 19 ədəd yaş köküstə ağacları kəsib aparması ilə əlaqədar Şahdağ Milli Parkının Quba bölməsinin əməkdaşları tərəfindən tərtib edilmiş akta imza etməkdən imtina etmişdir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh Şahdağ Milli Parkının X12 meşəbəyiliyi ərazisindən 19 ədəd ağacları yaş kök üstə qanunsuz kəsərək mülki hüquq pozuntusu törətməsi və bunun nəticəsində dövlət mülkiyyətinə 422,31 manat ziyan vurması sübuta yetirildiyindən, iddia təmin edilməli və Cavabdeh vurduğu ziyanın əvəzi olaraq 422,31 (dörd yüz iyirmi iki manat otuz bir qəpik) manat məbləğində pul alınaraq, Şahdağ Milli Parkının hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcələlsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci madhdəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə həmçinin hesab edir ki, iddia tam təmin edildiyi üçün Cavabdeh 30 manat məbləğində dövlət rüsumu alınaraq, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aiddir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehlərdən tutularaq dövlət gəlirlərinə alınır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun mətninin 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Həmin Qanunun 9.1.14 və 9.1.15-ci maddələrinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları və bələdiyyələr; başqa şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin, dövlət mənafeyinin müdafiəsi üçün verilən ərizələr üzrə dövlət orqanları dövlət rüsumunu ödəməkdən azad olununlar. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh vurduğu ziyanın əvəzi olaraq 422,31 (dörd yüz iyirmi iki manat otuz bir qəpik) manat məbləğində pul alınaraq, iddiaçı Şahdağ Milli Parkının bankdakı X1 Kodu: 210005, VÖEN: **********, Müxbir Hesab: AZ41 NABZ**********0000003944, S.W.İ.F.T BİK CTREAZ22, Adı: Şahdağ Milli Parkı Hesab №: AZ68CTRE******************** VÖEN: **********, Təsnifat kodu: 142330, Büdcə səviyyəsinin kodu: 1 hesabına ödənilsin. Cavabdeh 30 manat məbləğində dövlət rüsumu alınaraq, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-1042/2023
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1042/2023
13.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver