Məhkəmə qərarları › İş №2(027)-1043/2020

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1043/2020

07.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1043/2020 07.07.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X1 katibliyinin iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh və Zamin qarşı “kredit borcunun qaytarılması” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh və Zamin 3020.89 manat əsas, 41.42 manat faiz borcu ümumilikdə 3062.31 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulmasına dair məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir. İddiaçı İddia tələbini onunla əsaslandırmışdır ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırma tədbirləri haqında Azərbaycan Respublikası Prezdentinin 2015-ci il tarixli , 570 saylı fərmanına əsasən Azərbaycan Respublikası MM-nin 194- cü maddəsinə uyğun olaraq, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC ilə İddiaçı QSC arasında bağlanmış tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli müqaviləyə görə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC- yə keçmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2017- ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar “İddiaçı QSC tərəfindən” “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-dən problemli aktivlərin satın alınması ilə əlaqədar borclu Cavabdeh dair sənədlər S-FK-1284 saylı, xx.xx.2018- ci il tarixli təhvil- təslim aktına əsasən İddiaçı QSC- yə verilmişdir. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC ilə Cavabdeh arasında xx.xx.2014- cü il tarixdə 423-xx.xx.2014-SM7 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 22% olmaqla, 36 ay müddətinə 6500 manat məbləğində kredit verilmiş, lakin cavabdeh bank qarşısındakı öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Nəticədə cavabdehin hazırda banka olan borcu əsas borc üzrə 3020.89 manat, faiz borcu üzrə 41.42 manat olmaqla cəmi 3062.31 manat məbləğ təşkil edir. Kredit vəsaitinin təminatı kimi Zamin ilə xx.xx.2014- cü il tarixdə 423-xx.xx.2014-SM7 saylı zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı pul məbləğinin ödənilməsi ilə bağlı şifahi və yazılı xəbərdarlığlar etməsinə baxmayaraq, cavabdehlər öz üzərlərinə düşən öhdəliyi icra etməmişlər. İddia ərizəsinin əsasında mülki iş başlanmışdır. İddiaçı məhkəməyə teleqram göndərərək, İddiaçı QSC- nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə xx.xx.2020- ci il tarixdə saat 11:10- da və xx.xx.2020-il tarixə saat 10:30-a təyin olunan məhkəmə iclasına ölkə ərazisində covid-19 pandemiya ilə əlaqədar karantin qaydalarının tətbiqi ilə rayonlararası ictimai nəqliyyat vasitələrinin hərəkət etmədiyinə görə gələ bilmədiklərini nəzərə almağı və mülki işə iddiaçının iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər məhkəmə baxışı iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbi barədə heç bir məlumar verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185-ci maddəsinə əsasən işə onuın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014- cü il tarixdə 423-xx.xx.2014-SM7 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə illik faiz dərəcəsi 22% olmaqla, 36 ay müddətinə 6500,00 manat məbləğində kredit verilmişdir. Kredit Vəsaitinin təminatı kimi Zamin ilə xx.xx.2014- cü il tarixdə 423-xx.xx.2014-SM7 saylı zaminlik müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” “Azərbaycan Respublikası Prezdentinin xx xxxxxx 2019-cu il tarixli 551 nömrəli Fərmanına əsasən kreditə yönəldilmiş kompensasiya məbləği 327.68 manat etmişdi. Bunun nəticəsi olaraq borcalanın İddiaçı” QSC-yə olan borcu 3062.31 manat məbləğdə olmaqla, yəni onun 3020.89 manat məbləğdə əsas borc ,41.42 manat məbləğdə faiz borcu təşkil edir. Cavabdeh tərəf isə iddia tələbinə dair etirazını əsaslandıracaq hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən öhdəliyin icra edilməməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, borc tələbinə dair iddianın hüquqi əsası aşağıdakı normalardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-739.2-ci maddəsinə əsasən Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 385.1-ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 470.1 maddəsinə görə zaminlik müqaviləsinə görə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini təmamilə və ya hissə- hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1. maddəsiə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə , əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmaybsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2 maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa,faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-445.2.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri icra etməmiş və bunun nəticəsində onun bank qarşısında borcu yaranmışdır. Məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək hesab edir ki, Cavabdeh ilə xx.xx.2014- cü il tarixdə 423-xx.xx.2014-SM7 saylı kredit müqaviləsi və Zaminxx.xx.2014- cü il tarixdə 423-xx.xx.2014-SM7 saylı zaminlik müqaviləsi üzrə üzərlərinə düşən öhdəlikləri tam və lazımi qaydada yerinə yetirmədiyindən, onlardan 3020.89 manat məbləğdə əsas, 41.42 manat məbləğdə faiz borcu iddiaçının xeyrinə tutulmasına dair iddia tələbi təmin edilməlidir. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat pul MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh və Zaminödənilməmiş 3020.89 (üç min iyirmi manat, səksən doqquz qəpik) manat əsas, 41.42 (qırx bir manat qırx iki qəpik) manat faiz borcu olmaqla cəmi 3062.31 manat (üç min altımış iki manat, otuz bir qəpik), manat habelə ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul İddiaçı-un xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar