Məhkəmə qərarları › İş №2(027)-1045/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1045/2021

21.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1045/2021 21.05.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 və Cavabdeh nümayəndəsi X6 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba Rayon Məhkəməsinin 18.07.2016-cı il tarixli 2(027)-3516/2016 saylı qətnaməsi ilə təyin olunmuş aliment miqdarı dəyişdirilərək 08 dekabr 2008-ci il təvəllüdlü X5 yetkinlik yaşınadək saxlanılması üçün Cavabdeh hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı nümayəndəsi X4 iddia tələbini müdafiə edərək bildirdi ki, qızı İddiaçı Cavabdeh ilə 18.10.2007-ci il tarixdə rəsmi nikah qeyd etdirmədən ailə qurub. Birgə münasibətlərindən 08 dekabr 2008-ci ildə X12 oglu dünyaya gəlmişdir. Cavabdehlə yaşadığı dövrdə aralarında daima mübahisələr olmuş və bu səbəbdən də məhkəmənin qərarı ilə ayrılıblar. Quba Rayon Məhkəməsinin 18 iyul 2016-ci il tarixli qətnaməsinə əsasən 08 dekabr 2008-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 90 (doxsan) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilmişdir. Hazırda uşağın saxlanılması üçün 90 manat yetərli deyildir. Qızı heç bir yerdə işləmir. Ölkədə qiymətlərin artması, bir yandan da pandemiya şəraitində yaşamağın maddi durumunu çox pis vəziyyətə salmışdır. Demək olar ki bir ana kimi uşağın maddi ehtiyaclarını ödəyə bilmir. Bu səbəbdən alimentin miqdarının artırılması məqsədilə məhkəməyə müraciət etmək qərarına gəlib. Göstərilənləri nəzərə alaraq, Quba Rayon Məhkəməsinin 18.07.2016-cı il tarixli 2(027)-3516/2016 saylı qətnaməsi ilə təyin olunmuş aliment miqdarı dəyişdirilərək 08 dekabr 2008-ci il təvəllüdlü X5 yetkinlik yaşınadək saxlanılması üçün Cavabdeh hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmədə Cavabdeh nümayəndəsi X10 iddianı qismən qəbul edərək bildirdi ki, İbrahim onun oğludu, onun tələb olunan məbləği ödəməyə maddi imkanı yoxdur, 120 manat ödəməyə razıdır və qətnamə qəbul edərkən bunları nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçı nümayəndəsi X2 və Cavabdeh nümayəndəsi X8 dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İİ 631262 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, 08 dekabr 2008-ci il təvəllüdlü X3 şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Quba Rayon Məhkəməsinin 18.07.2016-cı il tarixli 2(027)-3516/2016 saylı qətnaməsindən görünür ki, Quba Rayon Məhkəməsinin 18 may 2011-ci il tarixli 2(027)- 532/2011 saylı qətnaməsilə 08 dekabr 2008-ci il təvəllüdlü X5 yetkinlik yaşına kimi saxlanılması üçün müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək Cavabdeh hər ay 90 (doxsan) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan AZE******** şəxsiyyət vəsiqəsinin təsdiqlənmiş surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Yasamal rayonu,H. ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan DİN-nin BPQMİ-nin MAPS arayışından görünür ki, Cavabdeh Quba rayonu İİ Nügədi kəndində qeydiyyatdadır. Belə ki məhkəmə iclasında müəyyən edildi ki, tərəflərin birgə münasibətindən 08 dekabr 2008-ci il təvəllüdlü X9 anadan olmuş və hazırda o, anası ilə yaşayır. Quba Rayon Məhkəməsinin 18.07.2016-cı il tarixli 2(027)-3516/2016 saylı qətnaməsi ilə, Quba Rayon Məhkəməsinin 18 may 2011-ci il tarixli 2(027)-532/2011 saylı qətnaməsinə əsasən 08 dekabr 2008-ci il təvəllüdlü X5 yetkinlik yaşına kimi saxlanılması üçün müəyyən olunmuş alimentin miqdarı dəyişdirilmiş, Cavabdeh hər ay 90 (doxsan) manat sabit pul məbləğində alimentin İddiaçı verilməsi qət edilmişdir. İddiaçının nümayəndəsi təyin edilmiş alimentin uşağın tələbatlarını ödəmədiyindən uşağın saxlanılmasında çətinlik çəkdiyini bildirir və bununla bağlı aliment miqdarının artırılaraq, azyaşlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 170 ( yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutulmasını tələb edir. Cavabdehin nümayəndəsi isə buna etirazını bildirərək, Cavabdeh maddi imkanı olmadığını,120 manat məbləğində alimenti ödəyə biləcəyini bildirir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm dəyişən olarsa, ya qazancının (gəlirin ) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulması tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə hesab edir ki, iddiaçının uşağın saxlanılmasında çətinlik çəkdiyi və mövcud iqtisadi şərait nəzərə alınaraq, iddia qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin 18.07.2016-cı il tarixli 2(027)-3516/2016 saylı qətnaməsi ilə təyin olunmuş aliment miqdarı dəyişdirilərək, 08.12.2008-ci il təvəllüdlü X5 yetkinlik yaşınadək saxlanılması üçün Cavabdeh hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin 18.07.2016-cı il tarixli 2(027)-3516/2016 saylı qətnaməsi ilə təyin olunmuş aliment miqdarı dəyişdirilərək, 08.12.2008-ci il təvəllüdlü X5 yetkinlik yaşınadək saxlanılması üçün Cavabdeh hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra bir ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar