Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1047/2023 17.05.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxıb, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona borclu olduğu 7000 (yeddi min) manat pulun və 37 manat dövlət rüsumunun alınıb ona qaytarılması qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, uzun müddətdir ki, yaşadığı Quba rayonu, Zərdabi qəsəbəsində bərbər işləyir. Onunla eyni qəsəbədə yaşayan Cavabdeh saçını kəsdirmək üçün mütəmadi olaraq, onun yanına gəlib gedirdi. Şahsəddin söhbət əsnasında ona, ekspeditor işlədiyi Xaçmaz şəhərində yerləşən AZ-Trade MMC-də mütəmadi olaraq məhsulların kampaniya ilə satışını həyata keçirdiyini, kampaniya zamanı güzəştli malların olduğunu, əksər malların endirimə düşdüyünü, həmin endirimə düşmüş məhsulları kampaniya zamanı alaraq, mağazalara satıb gəlir əldə etmək istədiyini, lakin 10,000 (on min) manat civarında pul lazım olduğunu bildirmişdir. O, da ona 10,000 (on min) manat pulunun olmadığını, lakin 8.000 (səkkiz min) manat verə biləcəyini bildirdi. Eldar dedi ki, lap yaxşı, o 8.000 (səkkiz min) manatı ona versin, qalan 2.000 (iki min) manatı da özün də var, həmin pula məhsulları alıb, qalan bütün işləri görəcək, məhsulları 14-15 gün ərzində satacağını, hər min manata 175 manat əlavə gəlir verəcəyini bildirdi. 2022-ci ilin aprel ayının sonlarında o, evdə olan 8.000 manat pulumu yaşadığı evin qarşısında Cavabdeh verdi. Onların aralarında olan razılaşmaya görə Şahsəddin ona pulu verdiyi vaxtdan 14-15 gün sonra əlavə xeyri ilə birlikdə pulu ona verəcəkdi. 2022-ci ilin may ayının 11-12 tarixlərində o Şahsəddinlə danışaraq, ona pulu verməli olduğunu dedi, Şahsəddin vəziyyətinin yaxşı olmadığını, icarəyə götürüb idarə etdiyi avtomobillə qəza törətdiyini, buna görə də, həmin pulu ona verə bilməyəcəyini bildirdi. Dəfələrlə Cavabdeh pulunu tələb etsə də, təxminən 3-4 ay əvvəl o, həmin puldan 1.000 (bir min) manat qaytarmış, qalıq 7.000 (yeddi min) manatı isə indiyədək qaytarmamışdır. Cavabdeh pulunu qaytarmadığından, Quba rayon Polis Şöbəsinə müraciət etmişdir. Quba rayon X1 Bölməsinin müstəntiqi tərəfindən iş araşdırılmış, Cavabdeh mənə hazırda 7.000 (yeddi min) manat pul borclu olduğunu etiraf etmişdir. Qeyd edir ki, cavabdeh borclu olduğu 7000 (yeddi min) manat pulu ödəmədiyindən, məhkəməyə iddia ərizəsinin verilməsi ilə bağlı 37 manat dövlət rüsumu ödəmişdir. Hesab edir ki, məhkəmənin qətnaməsinə əsasən Cavabdeh ona borclu olduğu 7000 (yeddi min) manat pul və dövlət rüsumu üçün ödədiyi 37 manat alınıb ona verilməlidir. Məhkmə iclasında iş üzrə İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinə uyğun izahat vermiş iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh, İddiaçı ondan 7000 manat məbləğində pulun alınaraq, İddiaçı verilməsi barədə iddiasını qəbul və etiraf edərək göstərmişdir ki, həqiqətən də İddiaçı 8000 manat almış, həmin puldan 1000 manatını qaytarmışdır. Onun iddiaçıya 7000 manat borcu qalmışdır. Hazırda həmin boru ödəməyə maddi imkanı yoxdur. Lakin ödəyəcəyinə söz verir. Hazırda iddianın təmin olunmasına etiraz etmir. İş materiallarında olan Quba rayon PŞ-nin İB-nin müstəntiqi Əhməd Əhmədovun cinayət işinin başlanmasının rədd edilməsi barədə 20 fevral 2023-cü il tarixli qərarından görünür ki, Araşdırma zamanı izahatı alınmış Cavabdeh 2022-ci ilin aprel ayında İddiaçı 8000 aldığını, həmin puldan 1000 manatını geri qaytardığını, 7000 manat pulu isə geri qaytarmalı olduğunu, hazırda yaşadığı evi satışa qoyduğunu, yaxın zamanda Amilə verməli olduğu pulu geri qaytaracağını bildirmişdir. Cavabdeh əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddianın qaldırılması ilə bağlı 37 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə araşdırması zamanı Cavabdeh İddiaçı məxsus 7000 manat məbləğində pulu əldə etməklə, qaytarmaması və qaytarmaqdan boyun qaçırması, iddiaçıya həmin məbləğdə zərər vurması və cavabdehin iddiaçının hesabına əsassız varlanması sübuta yetirilmişdir. Məhkəmə təhqiqatı zamanı həmçinin müəyyən olunmuşdur ki, iddiaçı hazırki iddianın qaldırılması üçün 37 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 742.1-ci maddəsinə əsasən əgər borcun qaytarılması üçün müddət qoyulmayıbsa, o borc verən və ya borc alan tərəfindən borc müqaviləsi ləğv edilərkən qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüqüq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulmuş qaydalara uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda, verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəziniin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmiış fayda) başa düşülür. Azərbaycan Respublikası MPM-nın 119-cu maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə mövcud sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh 7000 (yeddi min) manat pul və 37 manat ödənilmiş dövlət rüsumu alınaraq, İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrəini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 7000 (yeddi min) manat pul və 37 manat ödənilmiş dövlət rüsumu alınaraq, İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-1047/2023
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1047/2023
17.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver