Məhkəmə qərarları › İş №2(027)-105/2023

Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-105/2023

16.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-105/2023 16.02.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddiaçı-nin maraqlı Cavabdeh qarşı “daşınmaz əmlakın alqı satqı müqaviləsinin ləğv edilməsi, fərdi yaşayış evinin boşaldılaraq Banka təhvil verilməsi” tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: "xxxx" ASC-nin maraqlı Cavabdeh qarşı “daşınmaz əmlakın alqı satqı müqaviləsinin ləğv edilməsi, fərdi yaşayış evinin boşaldılaraq Banka təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı-nin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını, mülki işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının ərizəsini və mülki işi nəzərdən keçirərək hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, mülki iş baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 170, 263-264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı-nin maraqlı Cavabdeh qarşı “daşınmaz əmlakın alqı satqı müqaviləsinin ləğv edilməsi, fərdi yaşayış evinin boşaldılaraq Banka təhvil verilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar