Məhkəmə qərarları › İş №2(027)-1051/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1051/2023

21.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1051/2023 21.11.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı nümayəndəsi qismində vəkili Nümayəndə, Cavabdeh1, Onun nümayəndəsi qismində vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-nə qarşı ziyan tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 09 yanvar 2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində **-GY-*** dövlət qeydiyyat nişanlı, “Ford Focus” markalı avtomobilə dəymiş ziyan olaraq 4206 (dörd min iki yüz altı manat) məbləğində pulun, ziyan aktının alınması ilə bağlı ödənilmiş 200 (iki yüz) manat məbləğində pulun, 65 (altımış beş) manat məbləğində dövlət rüsumu kimi məhkəməyə ödənilmiş pulun cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-dən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, **-GY-*** dövlət qeydiyyat nişanlı, “Ford Focus” markalı nəqliyyat vasitəsi ona məxsusdur, 09 yanvar 2023-cü il tarixdə saat 09:00 radələrində özünə məxsus olan nəqliyyat vasitəsi ilə Bakı-Qazax yolunun 362-ci kilometrliyində Qazax istiqamətində hərəkətdə olarkən yolun sağ istiqamətində kənarda hava şəraitinə görə dayanmış avtomobillərə yaxınlaşarkən **-JC-*** dövlət qeydiyyat nişanlı, “Ford Cargo 3430D” yük markalı avtomobil sola tərəf hərəkət etməyə başlamışdır. Bu zaman həmin avtomobil ona məxsus nəqliyyat vasitəsini sağ arxa hissədən vurmuşdur. Bu zaman o idarəetməni itirdiyi üçün idarə etdiyi **-GY-*** qeydiyyat nişanlı, “Ford Focus” markalı nəqliyyat vasitəsi sağa istiqamətlənərək dəmir arakəsməyə dəymiş və yenidən firlanaraq sağda dayanan “Krone” markalı, **-ZA-*** dövlət qeydiyyat nişanlı qoşqunun sol arxa hissəsinə dəyərək toqquşmuşdur. Toqquşma nəticəsində xəsarət alan olmasa da, nəqliyyat vasitəsi yararsız hala düşmüşdür. Yol-nəqliyyat hadisəsinin törədilməsində Cavabdeh1 təqsirli bilinərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə 09 yanvar 2023-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib etmişdir. Bundan sonra TP ******* saylı, xx.xx.2023-cü il tarixli qərarla Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, 40 manat məbləğində cərimə edilmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində ona məxsus **-GY-*** qeydiyyat nişanlı, “Ford Focus” markalı nəqliyyat vasitəsinə vurulmuş ziyan "xxxx" MMC tərəfindən 8806 manat məbləğində qiymətləndirilmişdir. Vurulmuş ziyandan 4600 manat məbləğində pul icbari sığorta vasitəsilə ona ödənilmişdir. Qalan 4206 manat məbləğində pul isə bu günə kimi ödənilməmişdir. Avtomobilə vurulmuş zərərin ödənilməsi dəfələrlə Cavabdeh1 tələb edilsə də, o buna əməl etməmişdir. Cavabdeh1 idarə etdiyi **-JC-*** dövlət qeydiyyat nişanlı, “Ford Cargo 3430D” yük markalı avtomobilin mülkiyyətçisi digər cavabdeh "xxxx" MMC olmuş, həmin nəqliyyat vasitəsi cavabdehin sahibliyində yük avtonəqliyyatı üçün yol vərəqi əsasında mövcud olmuşdur. Cavabdehlərlə məhkəmədənkənar qaydada aralarında olan mübahisəni həll etmək cəhdləri nəticəsiz qaldığı üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, 09 yanvar 2023-cü il tarixdə baş vermis yol nəqliyyat hadisəsi nəticəsində **-GY-*** dövlət qeydiyyat nişanlı, “Ford Focus” markalı avtomobilə dəymiş ziyan olaraq 4206 (dörd min iki yüz altı manat) məbləğində pulun, ziyan aktının alınması ilə bağlı ödənilmiş 200 (iki yüz) manat məbləğində pulun, 65 (altımış beş) manat məbləğində dövlət rüsumu kimi məhkəməyə ödənilmiş pulun və hüquqi yardımın göstərilməsi üçün ödədiyi 400 (dörd yüz) manat məbləğində pulun cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-dən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi qismində və Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, işlə bağlı ekspertiza rəyi ekspertiza rəyi qərəzli xarakter daşıyır, buna baxmayaraq iş uzanmasın deyə nəticə ilə razılıaşırlar və iddianın rəyə əasən təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1, onun nümayəndəsi və vəkili Vəkil Ziyəddin oğlu iddianı qəbul etməyərək, iddianın rədd edilməsini xahiş etmişlər. Cavabdeh "xxxx" MMC etiraz ərizəsilə müraciət edərək bildirmişdir ki, hadisə ilə əlaqədar zərərin qiymətləndirməsini həyata keçirən icbari sığorta təşkilatı olan "Paşa Sığorta” ASC-nin 13 yanvar 2023-cü il tarixli Zərər dəymiş nəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair Hesabatında vurulmuş zərər 5870,00 manat olaraq qiymətləndirilmişdir və iddia ərizəsində də göstərildiyi kimi, "xxxx" ASC tərəfindən İddiaçı 4600,00 manat məbləğində ödəniş edilmişdir. İddiaçı tərəfindən isə hər hansısa qiymətləndirici təşkilat olan "xxxx" MMC-dən vurulmuş zərərin guya 8806,00 manat olması barədə rəy alınmışdır. “Barat Consultancy" MMC tərəfindən qiymətləndirmə ödəniş əsasında həyata keçirilmişdir. Bu qiymətləndirmə onlar tərəfindən qəbul edilmir və hesab edir ki, "xxxx" MMC tərəfindən aparılmış qiymətləndirmə şübhəlidir və real zərəri əks etdirmir. Göründüyü kimi, iki qiymətləndirmə aktı arasında ciddi fərqlər vardır. Qəza nəticəsində nəqliyyat vasitəsinə dəymiş zərər əsassız olaraq şişirdilmişdir. Cavabdeh "xxxx" MMC daha sonra etdiyi müraciətində qeyd etmişdir ki, İddiaçı iddia tələbinə dair 2(027)-1051/2023 saylı iş üzrə Cavabdeh1 və "Körpü- Bina-Tikinti” MMC cavabdeh tərəf kimi cəlb olunmuşdur. Bildirir ki, sürücü Cavabdeh1 "xxxx" MMC ilə bağladığı əmək müqaviləsinə öz ərizəsi ilə Əmək Məcəlləsinin 69.3-cü maddəsi əsasında 19 iyul 2023-cü il tarixli 1604 saylı əmrlə xitam verilmiş və işdən azad olunmuşdur. Eyni zamanda elektron məhkəmə sistemində yerləşdirilmiş ekspert rəyinə əsasən **-GY-*** dövlət qeydiyyat nişanlı, “Ford Focus” markalı avtomobilə dəymiş zərər 5741,00 manat qiymətləndirilmişdir. Vurulmuş zərərdən 4600,00 manat icbari sığorta tərəfindən ödənilmişdir. Qəza nəticəsində şirkətə məxsus **-JC-*** dövlət qeydiyyat nişanlı, "Ford Cargo 3430D" yük markalı avtomobilə də ciddi ziyan dəymişdir və sürücü ilə tam maddi məsuliyyət haqqında müqavilə olmasına baxmayaraq sürücüdən yəni, Cavabdeh1 heç bir ödəniş tələb olunmamış və avtomobil şirkətin vəsaiti hesabına təmir olunmuşdur. Cavabdeh1 işdən azad olunmasını, Cavabdeh2 MMC-yə məxsus **-JC-*** dövlət qeydiyyat nişanlı, “Ford Cargo 3430D” yük markalı avtomobilə dəyən zərərin şirkətin vəsaiti hesabına ödənilməsini və İddiaçı məxsus **-GY-*** dövlət qeydiyyat nişanlı, “Ford Focus” markalı avtomobilə dəymiş zərərin çox hissəsinin icbari sığorta tərəfindən ödənilməsini nəzərə alınmasını və zərərin yerdə qalan hissəsinin ödənilməsi ilə əlaqədar "Körpü-Bina-Tikinti” MMC-nin üzərinə maddi məsuliyyət qoyulmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin, cavabdehin və onun nümayəndəsinin izahatlarını dinləyib, iş üzrə sənədləri tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslıdır və qismən təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Nəqliyyat X1 surətindən göründüyü kimi, buraxılış ili 2017-ci il olan **-GY-*** dövlət qeydiyyat nişanlı, “Ford Focus” markalı nəqliyyat vasitəsinin sahibi ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçıdur. İş materiallarında olan inzibati protokoldan və qərardan görünür ki, Cavabdeh1 yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə 09 yanvar 2023-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib etmiş və TP ******* saylı, xx.xx.2023-cü il tarixli qərarla 40 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası "xxxx" MMC-nin əmlakın qiymətləndirilməsinə dair 001-22/FL/02-2023 nömrəli rəyinə əsasən İddiaçı məxsus **-GY-*** dövlət qeydiyyat nişanlı, “Ford Focus” markalı nəqliyyat vasitəsinə dəymiş zərər 8806 (səkkiz min səkkiz yüz altı) manat həcmində müəyyən edilmişdir. Cavabdeh Körpü-Bina Tikinti” MMC tərəfindən iş materiallarına əlavə olunan "Paşa Sığorta” ASC-nin 13 yanvar 2023-cü il tarixli Zərər dəymiş nəqliyyat vasitəsinin Qiymətləndirilməsinə dair Hesabatına əsasən İddiaçı məxsus **-GY-*** dövlət qeydiyyat nişanlı, “Ford Focus” markalı nəqliyyat vasitəsinə dəymiş zərər 5870,00 (beş min səkkiz yüz yetmiş) manat həcmində müəyyən edilmişdir. Mülki iş üzrə təyin edilmiş və məhkəmə araşdırması zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 22 avqust 2023-cü il tarixli, 9/4080 nömrəli ekspert rəyinə əasasən məlum olur ki, nəzəri hesablama yolu ilə "xxxx" MMC-nin tərtib etdiyi 22 fevral 2023-cü il tarixli ekspert rəyindəki məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla, 2017-ci ol buraxılışı “Ford Focus” markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoeytiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 5741 (beş min yeddi yüz qırx bir) manat müəyyən edilmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil etmişdir Ərizəyə əlavə edilmiş əmək müqaviləsinin xitamı barədə 19 iyul 2023-cü il tarixli 1604 nömrəli əmrdən görünür ki, sürücü Cavabdeh1 "xxxx" MMC ilə bağladığı əmək müqaviləsinə öz ərizəsi ilə Əmək Məcəlləsinin 69.3-cü maddəsi əsasında 19 iyul 2023-cü il tarixli 1604 saylı əmrlə xitam verilmiş və işdən azad olunmuşdur. Məhkəmədə tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, "xxxx" MMC-ə məxsus işçi olan sürücü Cavabdeh1 təqsirli bilindiyi yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı məxsus avtomobilə maddi ziyan dəymişdir. İddiaçı nəqliyyat vasitəsinə dəymiş zərərin 8806 manat həcmində müəyyən edildiyini və həmin məbləğdən 4600 manatını icbari sığorta vasitəsilə ona ödənildiyini bildirərək qalıq 4206 manat məbləğin ödənilməsi barədə tələb irəli sürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikası Konstitusiyası ilə qorunur, digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 18 aprel 2022-ci il Qərarının təsviri-əsaslandırıcı hissəsində qeyd olunur ki, işəgötürənin iqtisadi vəziyyətinin işçi ilə müqayisədə daha üstün olması və zərər görmüş üçüncü şəxslərin mənafeyinin müdafiəsinin mümkün qədər tez vaxtda təmin edilməsi düşüncəsindən çıxış edərək qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə mülki hüquq məsuliyyəti daşımasını ədalətli və məqsədəmüvafiq hesab etmişdir. Lakin bu heç də işçinin təqsirli olaraq törətmiş olduğu mülki hüquq pozuntusuna görə məsuliyyətinin istisna edilməsini ifadə etmir. Belə ki, qeyd edildiyi kimi. Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Odur ki, zərərçəkənin istəyinə uyğun olaraq dəymiş zərərin əvəzinin ödənilməsi iddiası birgə məsuliyyətlilərdən işəgötürənə və ya işçiyə və ya eyni vaxtda hər ikisinə qarşı sürülə bilər. Qeyd edilən Qərardan göründüyü kimi əsasən əmək və ya mülki hüquq müqaviləsi üzrə əmək (xidməti) vəzifələrinin icra edilməsi ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə işəgötürən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu maddəsinə əsasən mülki hüquq məsuliyyəti daşıyır. Zərərin vurulmasında işçinin təqsiri olduğu halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114-cü maddəsinə uyğun olaraq zərərin əvəzini ödəmiş işəgötürən ona qarşı reqres tələb hüququna malikdir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən görünür ki, “Ford Focus” markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən zərər 5741 (beş min yeddi yüz qırx bir) manat müəyyən edilmişdir. Qeyd edilən zərərin 4600 manat hissəsi icbari sığorta tərəfindən qarşılandığı üçün iddia 1141 (min yüz qırx bir) manat məbləğində real ziyanın ödənilməsi hissəsində təmin olunmalıdır. İddiaçı iddia ərizəsinin verilməsi ilə əlaqədar 65 (altımış beş) manat dövlət rüsumunun, 200 (iki yüz) manat ziyan aktının alınması ilə bağlı ödənilmiş vəsaitin və hüquqi yardımın göstərilməsi üçün ödədiyi 400 (dörd yüz) manat məbləğində pulun cavabdehlərdən tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia bu hissədə də qismən təmin edilməli və iddianın ödənilmiş hissəsinə münasib olaraq dövlət rüsumundan 17.55 manat, ziyan aktının alınması ilə 54 manat və hüquqi yardımın göstərilməsi üçün 108 manat iddiaçının xeyrinə tutulan cavabdehlərdən tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manat Cavabdeh1 və "xxxx" MMC-dən müştərək qaydada tutulub dövlət büdcəsinə köçürülmədir. Mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.(MPM, maddə 14.2, 77.1 və 88 maddələri). Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 və "xxxx" MMC-dən müştərək qaydada 1141 (min yüz qırx bir) manat ziyan, dövlət rüsumundan 17.55 manat, ziyan aktı üçün 54 manat və hüquqi yardım üçün 108 manat, cəmi 1320 (min üç yüz iyirmi) manat 55 (əlli beş) qəpik tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manat Cavabdeh1 və "xxxx" MMC-dən müştərək qaydada tutulub dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qubat Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar