Məhkəmə qərarları › İş №2(027)-1055/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1055/2022

05.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1055/2022 05.05.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment məbləginin artırılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba Rayon Məhkəməsinin 2(027)-580/2019 nömrəli qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılaraq birgə nikahlarından olan 21 sentyabr 2008-ci il təvəllüdlü X4, 12 fevral 2012-ci il təvəllüdlü X5 və 28 sentyabr 2015-ci il təvəllüdlü X3 adlı uşaqlarının yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 195 (yüz doxsan beş) manat olmaqla cəmi 585 (beş yüz səksən beş) manat məbləğində alimentin Cavabdeh, ilkin mediasiya prosesi zamanı 50 (əlli) manat məbləğində ödədiyi rüsumun, hüquqi yardım haqqında müqaviləyə əsasən ödədiyim 50 (əlli) manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, tələbi onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 08 aprel 2007-ci il tarixdə birgə "nikahlarını qeyd edərək ailə qurmuşlar. Birgə nikahlarından 21 sentyabr 2008-ci il təvəllüdlü X4, 12 fevral 2012-ci il təvəllüdlü X5 və 28 sentyabr 2015-ci il təvəllüdlü X3 adlı uşaqları doğulmuşdur. Cavabdehlə aralarında olan ailə münasibətlərinin pozulması səbəbindən Cavabdeh ilə Quba Rayon Məhkəməsinin 2(027)- 580/2019 nömrəli qətnaməsinə əsasən aralarındakı nikah pozulmuş, nikah pozulan zaman birgə nikahlarından olan 21 sentyabr 2008-ci il təvəllüdlü X4 və 12 fevral 2012-ci il təvəllüdlü X5 və 28 sentyabr 2015-ci il təvəllüdlü X3 onun yanında saxlanılmış və saxlanılması üçün hər ay hər uşağa 90 (doxsan) manat olmaqla cəmi 270 (iki yüz yetmiş) manat məbləğində alimentin Cavabdeh alınıb verilməsi qət edilmişdir. Hazırda qeyd edilən məbləğ uşaqların bir aylıq təlabatını belə ödəmir. Uşaqları böyümüş, artıq məktəblidir. O, özü uşaqlarının tələbatlarını ödəməyə çalışsa da, bu məsələdə çox çətinlik çəkir. Uşaqlarının məktəblə bağlı təminatlarını tək başına qarşılayır. Hazırkı vəziyyətdə cavabdeh tərəfindən ona ödənilməsi nəzərdə tutulmuş aliment birgə nikahdan olan uşaqlarının qanunvericilikdə nəzərdə tutulmuş layiqli həyat şəraitində yaşamaq hüququnu təmin etmir. İlkin olaraq məhkəmədən kənar qaydada Cavabdeh ilə Quba rayon Məhkəməsinin 2(027)-580/2019 nömrəli qətnaməsi ilə təyin olunmuş alimentin miqdarının artırılaraq birgə nikahlarından olan 21 sentyabr 2008-ci il təvəllüdlü X4, 12 fevral 2012-ci il təvəllüdlü X5 və 28 sentyabr 2015-ci il təvəllüdlü X3 adlı uşağlarının yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 195 (yüz doxsan beş) manat olmaqla cəmi 585 (beş yüz səksən beş) manat məbləğində alimentin verilməsi ilə bağlı Mediasiyaya müraciət etsə də Cavabdeh mediasiyanın keçirilməsi ilə bağlı görüşə gəlməmiş, ona 18 fevral 2022-ci il tarixdə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. Buna görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiasının təmin olunmasını xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Quba Rayon Məhkəməsinin 05 mart 2019-cü il tarixli İş 2(027)-580/2019 saylı qətnaməsindən görünür ki, 21 sentyabr 2008-ci il tarixdə doğulmuş X4, 12 fevral 2012-ci il tarixdə doğulmuş X5 və 28 sentyabr 2015-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər uşağa görə ayda 90 manat olmaqla, hər ay 270 manat sabit pul məbləğində aliment tutularaq, X2 verilməsi qət edilmişdir. İş materiallarından həmçinin görünür ki, iddiaçı ilə onun vəkili arasında hüquqi yardımın göstərilməsi haqqında müqavilə bağlanmış və iddiaçı tərəfindən vəkilə 09.03.2022-ci il tarixli mədaxil qəbzi ilə 50 manat pul ödənilməsi göstərilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 (bir yüz doxsan üç) manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 115.0.5 və 115.0.6-cı malddələrinə əsasən nümayəndəyə və vəkilə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə baxışında müəyyən olundu ki, Quba Rayon Məhkəməsinin 05.03.2019-cu il tarixli iş 2(027)-580/2019 saylı qətnaməsinə əsasən tərəflərin birgə nikahından doğulmuş 21 sentyabr 2008-ci il tarixdə doğulmuş X4, 12 fevral 2012-ci il tarixdə doğulmuş X5 və 28 sentyabr 2015-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər uşağa görə ayda 90 manat olmaqla, hər ay 270 manat sabit pul məbləğində aliment tutularaq, X2 verilməsi müəyyən edilmişdir. Hazırda təyin edilmiş aliment uşaqların tələbatlarını ödəmədiyindən iddiaçı tərəf uşaqların saxlanılmasında çətinlik çəkdiyini bildirir və bununla bağlı aliment miqdarının artırılaraq, uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər uşağa hər ay 195 manat olmaqla, üç uşağa cəmi 585 manat sabit pul məbləğində alimentin tutulmasını tələb edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Deməli, Ailə Məcəlləsinin 75.1-ci maddəsində müəyyən olunan vəzifə - valideynlərin uşaqlarını saxlamaq vəzifəsi tərəflər üçün bərabərdir, uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilən məbləği valideynlər bərabər olaraq ödəməlidirlər. Lakin, məhkəmə uşağın saxlanılması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və uşağa qulluq etdiyinə görə iddiaçının işləmək imkanının məhdud olmasını onun diqqətəlayiq mənafeyi kimi nəzərə alaraq hesab edir ki, aliment məbləğinin hamısını cavabdeh iddiaçıya sabit pul məbləğində ödəməyə borcludur. Həmçinin məhkəmə, yetkilik yaşına çatmayanlar üçün 2022-ci il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri nəzərə alıb, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatı və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı maddi təminatının maksimal dərəcədə saxlanması baxımından belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, 21 sentyabr 2008-ci il təvəllüdlü X4, 12 fevral 2012-ci il təvəllüdlü X5 və 28 sentyabr 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, Quba Rayon Məhkəməsinin 05.03.2019-cu il tarixli 2(027)-580/2019 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılmaqla, hazırkı qətnamə qanuni qüvvəsini aldığı tarixdən etibarən, Cavabdeh hər uşağa hər ay 150 (bir yüz əlli) manat olmaqla, üç uşağa cəmi 450 (dörd yüz əlli) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalı, Cavabdeh ilkin mediasiya prosesi üçün ödənilmiş 50 (əlli) manat və hüquqi yardım ilə əlaqədar ödənilmiş 50 manat alınaraq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Bundan başqa, iddiaçı aliment tələbinə görə dövlət rüsumunu ödəməkdən azaddır. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Alimentin artırılmış hissəsi 60 (altmış) manat təşkil edir. Azərbaycan Respublikası MPM-in 112.1.3-cü maddəsinə görə aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Məhkəmə qətnaməsi ilə bir uşaq üçün 90 (doxsan) manat olmaqla, üç uşağa cəmi 270 (iki yüz yetmiş) manat sabit pul məbləğində aliment artırılaraq, bir uşağa görə aylıq 150 (bir yüz əlli) manat olmaqla, üç uşağa görə aylıq 450 (dörd yüz əlli) manat məbləğində alimentin ödənilməsinin müəyyən edildiyi nəzərə alınmaqla, bir il ərzində artırılmış hissəyə dair ödəmənin məcmusu bir uşağa görə 150 (bir yüz əlli) manat, üç uşağa görə 450 (dörd yüz əlli) manat (12 ay × 180 manat = 2160 manat) təşkil edir. Bu halda rüsum “Dövlət rüsumu” haqqında Qanunun 8.1.2-ci maddəsinə əsasən 41,60 (qırx bir manat altmış qəpik) manat təşkil edir. Beləliklə, 41,60 (qırx bir manat altmış qəpik) manat dövlət rüsumu cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 21 sentyabr 2008-ci il təvəllüdlü X4, 12 fevral 2012-ci il təvəllüdlü X5 və 28 sentyabr 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, Quba Rayon Məhkəməsinin 05.03.2019-cu il tarixli 2(027)-580/2019 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılmaqla, hazırkı qətnamə qanuni qüvvəsini aldığı tarixdən etibarən, Cavabdeh hər uşağa hər ay 150 (bir yüz əlli) manat olmaqla, üç uşağa cəmi 450 (dörd yüz əlli) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Cavabdeh ilkin mediasiya prosesi üçün ödənilmiş 50 (əlli) manat və hüquqi yardım ilə əlaqədar ödənilmiş 50 manat alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 41,60 (qırx bir manat altmış qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən, rəsmi qaydada verildiyi gündən, 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar