Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-107/2021 24.12.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Muradov Əli Şakir oğlunun katibliyi, İddaçı İddiaçı Cavabdeh2 Cəmaləddin oğlunun nümayəndəsi və vəkili X20 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Cəmaləddin oğluna qarşı “ona məxsus torpaq sahəsindən qanunsuz istifadənin dayandırılması sındırılmış dəmir darvazanın bərpa edilməsi, Cavabdeh1 mülkiyyətinə verilmiş saxta şəhadətnamənin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba rayonu, Qırız-Dəhnə kəndində ona məxsus 0.12 ha torpaq sahəsindən cavabdehlər tərəfindən qanunsuz istifadənin qadağan edilməsi, sındırılmış darvazanın bərpa edilməsi və Quba rayon Torpaq Şöbəsi tərəfindən verilmişmiş JN-211F, KOD 30305058 nömrəli 28.02.2005-ci il tarixli torpaq mülkiyyətinə verilməsi barədə şəhadətnamənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin MA seriyalı ******* saylı 20.05.2010-cu il tarixli çıxarışı ilə Quba rayon Qırız- Dəhnə kəndində 0.12 ha torpaq sahəsi onun mülkiyyətinə verilmişdir. Cavabdeh2 Cəmaləddin oğlu, kürəkəni Cavabdeh1 Quba rayon torpaq şöbəsi tərəfindən saxta yolla verilmiş JN-211F kod 30305058 nömrəli 28.02.2005 ci il tarixli torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnaməyə əsas gətirərək cavabdehlər mənə məxsus torpaq sahəsində ki, dəmir darvazanı sındıraraq qanunsuz inşa etməyə başlamış tikintiyə gedişgəliş yolu kimi istifadə edərək tikinti materiallarını daşıyın X28 ərizəsi əsasında Quba rayon Prokurorluğu tərəfindən aparılmış yoxlama zamanı cavabdehlər tərəfindən ona məxsus torpaq sahəsindəki dərvazanın kilidinin sındırılması və onun ailə üzvlərinə məxsus torpaqdan gediş-gəliş və tikinti materiallarının daşınması üçün qanunsuz istifadə olunması təsdiqini tapmışdır. Dəfələrlə onlara irad tutmaqlarına baxmayaraq onlar öz qanunsuz əməllərini davam etdirirlər. Onuda qeyd etmişdir ki, Ədliyyə Nazirliyinin Xaçmaz Regional Ədliyyə idarəsinin 28.09.2019 cu il tarixli 04/U-468 saylı məktubdan görünür ki, Qırız- Dəhnə kəndində 0.06 ha torpaq sahəsinin Cavabdeh1 mülkiyyətinə əsas verən Quba rayon Dövlət Notarius konturunun 18.02.2004-cü il tarixli 4-Ə-65 saylı alqı-satqı müqaviləsi Asan Xidmət mərkəzində notarial konturu tərəfindən təhvil yerilmiş sənədlər arxivində aşkar olunmamışdır. Göstərilən torpağın mülkiyyətə verilməsi barədə Şəhadətnamənin saxta olmasına dair bir sübut isə odur ki, Quba rayon Məhkəməsində 06.12.2017-ci il tarixli iddia əsasında işə baxılarkən Cavabdeh2 məxsus şəhadətnamənin olması bildirilməmişdir. Baxmayaraq ki, həmin şəhadətnamə 28.02.2004-cü il tarixində ona islahat vaxtda verilmiş 0.12 ha torpaq sahəsinin 0.06 ha hissəsini Cavabdeh1 satdığını bildirir. Lakin islahat vaxtı ona verilən 0.12 ha torpaq sahəsinin nə özündə nə də ki, Əlik kənd bələdiyyəsinin kitabında yə xəritəsində qeydiyyata alınmamışdır. İddiaçı məhkəmə iclasında tələbinə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh2 Cəmaləddin oğlunun nümayəndəsi və vəkili X20 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilsələr də, digər Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Buna görə də məhkəmə, işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən onun iştirakı olmadan baxılmasını mümkün hesab edilmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüququların X18 Daşınmaz Əmlakın Dövlət Reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Quba rayonu, Qırız-Dəhnə kəndində yerləşən 0.12 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. İş materiallarında olan Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Quba rayon DNK-nun 18.02.2004-cü il tarixli, 4-Ə65 saylı alğı-satqı müqaviləsinə əsasən Cavabdeh1 Quba rayonu, Qırız-Dəhnə kəndində 0.06 ha torpaq sahəsi satılmışdır. İş materiallarında olan Quba rayon Məhkəməsinin 2(027)-45/2017 saylı, 06.01.2017-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçılar X6, X10 və X12 iddiası qismən təmin edilsin; Cavabdeh2 Camaləddin oğlu MA seriyalı, ******* nömrəli, 20.05.2010-cu il tarixli Hüquqların X18 Daşınmaz Əmlakın Dövlət Reyestrindən X1 mülkiyyətində olan 0,12 ha torpaq sahəsinin cənub-şərq tərəfindən 755 kv.metr hissəsindən, MA seriyalı, ******* nömrəli, 20.05.2010-cu il tarixli Hüquqların X18 Daşınmaz Əmlakın Dövlət Reyestrindən X2 mülkiyyətində olan 0,12 ha torpaq sahəsinin şimal tərəfindən 587 kv.metr hissəsindən və MA seriyalı, ******* nömrəli, 27.05.2010-cu il tarixli Hüquqların X18 Daşınmaz Əmlakın Dövlət Reyestrindən X3 mülkiyyətində olan 0,12 ha torpaq sahəsinin şərq tərəfinin 216 kv.metr hissəsindən çıxarılması, iddia X13, X16 və X12 digər tələbləri hissəsində və İddiaçı və X14 iddia tələbləri hissəsində təmin edilməməsi qərara alınmışdır. İş materiallarında olan Quba rayon Məhkəməsinin 2(027)-45/2017 saylı, 06.01.2017-ci il tarixli qətnaməsindən görünür ki, cavabdehlər X5, X4, X17, X8 tərəfindən iddiaçılar İddiaçı, X21, X9 məxsus Quba rayonu, Qırız-Dəhnə kəndində yerləşən həyatyanı torpaq sahələrinə gedən yol üzərində yaradılan maneələr aradan qaldırılması qərara alınmışdır. İş materiallarında olan DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 16.06.2020-ci il tarixli məktubundan görünür ki, JN-211F, KOD30305058 nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamənin arxiv nüxsəsi aşkar edilməmiş və elektron məlumat bazasında heç bir məlumat aşkar edilməmişdir. İş üzrə təyin edilmiş "xxxx" MMC-nin 29.07.2021-ci il tarixli, 01/21-388 saylı mütəxəssis rəyindən görünür ki, JN-211F, KOD 30305058 nömrəli 28.02.2005-ci il tarixli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə Cavabdeh1 məxsus Quba rayonu, Qırız-Dəhnə kəndində yerləşən 0.06 ha torpaq sahəsinin Hüquqların X18 Daşınmaz Əmlakın Dövlət Reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışa əsasən İddiaçı Quba rayonu, Qırız-Dəhnə kəndində yerləşən 0.12 ha torpaq sahəsi ilə üst-üstə düşübdüşmədiyini müəyyən etmək mümkün olmamışdır. İddiaçı ona məxsus olan və Quba rayonu, Qırız-Dəhnə kəndində yerləşən 0.12 ha torpaq sahəsindən Cavabdeh1 istifadə etdiyini iddia etsə də, yerində baxış zamanı cavabdeh tərəf bu torpaq sahəsindən heç bir formada istifadə etmədiyini bildirmişdir. İş materiallarında olan Quba rayonu, Əlik Bələdiyyəsinin 16.03.2021-ci il tarixli arayışından görünür ki, islahat zamanı sözü gedən 0.6 ha torpaq sahəsi Cavabdeh2 Cəmaləddin oğluna verilmişdir. Həmin 0.06 ha torpaq sahəsini Cavabdeh2 Cəmaləddin oğlu tərəfindən Notariat qaydada kürəkəni Cavabdeh1 bağışlanmışdır. Beləliklə məhkəməyə təqdim edilmiş təkzibedilməz sübutlarla müəyyən olunmuşdur ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüququların X18 Daşınmaz Əmlakın Dövlət Reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışına əsasən Quba rayonu, Qırız-Dəhnə kəndində yerləşən 0.12 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Quba rayon Məhkəməsinin 2(027)-45/2017 saylı, 06.01.2017-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçılar X6, X10 və X12 iddiası qismən təmin edilsin; Cavabdeh2 Camaləddin oğlu MA seriyalı, ******* nömrəli, 20.05.2010-cu il tarixli Hüquqların X18 Daşınmaz Əmlakın Dövlət Reyestrindən X1 mülkiyyətində olan 0,12 ha torpaq sahəsinin cənub-şərq tərəfindən 755 kv.metr hissəsindən, MA seriyalı, ******* nömrəli, 20.05.2010-cu il tarixli Hüquqların X18 Daşınmaz Əmlakın Dövlət Reyestrindən X2 mülkiyyətində olan 0,12 ha torpaq sahəsinin şimal tərəfindən 587 kv.metr hissəsindən və MA seriyalı, ******* nömrəli, 27.05.2010-cu il tarixli Hüquqların X18 Daşınmaz Əmlakın Dövlət Reyestrindən X3 mülkiyyətində olan 0,12 ha torpaq sahəsinin şərq tərəfinin 216 kv.metr hissəsindən çıxarılması, iddia X13, X16 və X12 digər tələbləri hissəsində və İddiaçı və X14 iddia tələbləri hissəsində təmin edilməməsi qərara alınmışdır. Quba rayon Məhkəməsinin 2(027)-45/2017 saylı, 06.01.2017-ci il tarixli qətnaməsindən görünür ki, cavabdehlər X5, X4, X17, X8 tərəfindən iddiaçılar İddiaçı, X21, X9 məxsus Quba rayonu, Qırız-Dəhnə kəndində yerləşən həyatyanı torpaq sahələrinə gedən yol üzərində yaradılan maneələr aradan qaldırılması qərara alınmışdır. "xxxx" MMC-nin 29.07.2021-ci il tarixli, 01/21-388 saylı mütəxəssis rəyindən görünür ki, JN-211F, KOD 30305058 nömrəli 28.02.2005-ci il tarixli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə Cavabdeh1 məxsus Quba rayonu, Qırız- Dəhnə kəndində yerləşən 0.06 ha torpaq sahəsinin Hüquqların X18 Daşınmaz Əmlakın Dövlət Reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışa əsasən İddiaçı Quba rayonu, Qırız-Dəhnə kəndində yerləşən 0.12 ha torpaq sahəsi ilə üst-üstə düşüb-düşmədiyini müəyyən etmək mümkün olmamışdır. İddiaçı ona məxsus olan və Quba rayonu, Qırız- Dəhnə kəndində yerləşən 0.12 ha torpaq sahəsindən Cavabdeh1 istifadə etdiyini iddia etsə də, yerində baxış zamanı cavabdeh tərəf bu torpaq sahəsindən heç bir formada istifadə etmədiyini bildirmişdir. İddiaçı Quba rayonu, Qırız-Dəhnə kəndində ona məxsus 0.12 ha torpaq sahəsindən cavabdehlər tərəfindən qanunsuz istifadənin qadağan edilməsi, sındırılmış darvazanın bərpa edilməsi və Quba rayon Torpaq Şöbəsi tərəfindən verilmişmiş JN-211F, KOD 30305058 nömrəli 28.02.2005-ci il tarixli torpaq mülkiyyətinə verilməsi barədə şəhadətnamənin etibarsız hesab edilməsini tələb etsə də, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Quba rayonu, Qırız-Dəhnə kəndində ona məxsus 0.12 ha torpaq sahəsindən cavabdehlər tərəfindən qanunsuz istifadənin qadağan edilməli və sındırılmış darvaza cavabdehlər hesabına bərpa edilməlidir. Məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Cəmaləddin oğlunun İddiaçı mülkiyyətində olan torpaq sahəsindən istifadə etməsinə mane olması iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri ilə tanınan və qorunan mülkiyyət hüquqlarının pozulması kimi qiymətləndirilməli, iddiaçının pozulmuş hüquqlarının bərpası üçün iddia təmin edilərək, cavabdehlər zəbt etdikləri torpaq sahəsindən çıxarılmalıdırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsaəsn tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tkinti və qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü maddəsinə əsaəsn tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 54.1-ci maddəsinə əsasən Tikinti materialları və məmulatı tikintinin texniki-iqtisadi əsaslandırılmasına və layihə qərarlarının tələblərinə, tikinti işlərinin təyinatına və xüsusiyyətlərinə uyğun seçilir. Həmin Məcəllənin 57.2.1, 57.2.2 və 57.2.5-ci maddələrinə əsasən tikinti obyekti yanğın təhlükəsizliyi baxımından etibarlı və yanğına qarşı davamlı olmalıdır; sanitariyagigiyena norma və qaydalarına uyğun olmalı, sağlam və təhlükəsiz yaşayış mühitinin formalaşdırılmasına xidmət etməlidir; istilik təchizatı, havalandırma, təbii və süni işıqlandırma, akustika (səs izolyasiyası və otaqların akustikası) tələblərinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 71.1-ci maddəsinə əsasən ortaq divarlar şəhərsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tutulmuş tələblərə və hər iki qonşunun tələbatlarına uyğun olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə hesab edir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüququların X18 Daşınmaz Əmlakın Dövlət Reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışına əsasən İddiaçı mülkiyyətində olan Quba rayonu, Qırız-Dəhnə kəndində yerləşən 0.12 ha torpaq sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Cəmaləddin oğlu tərəfindən qanunsuz istifadə qadağan edilməli və sındırılmış darvaza cavadehlər Cavabdeh1 və Cavabdeh2 Cəmaləddin oğlu hesabına bərpa edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüququların X18 Daşınmaz Əmlakın Dövlət Reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışına əsasən İddiaçı mülkiyyətində olan Quba rayonu, Qırız-Dəhnə kəndində yerləşən 0.12 ha torpaq sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Cəmaləddin oğlu tərəfindən qanunsuz istifadə qadağan edilsin və sındırılmış darvaza cavadehlər Cavabdeh1 və Cavabdeh2 Cəmaləddin oğlu hesabına bərpa edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-107/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-107/2021
24.12.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver