Məhkəmə qərarları › İş №2(105)-1121/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1121/2023

05.05.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1121/2023 05.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər X3 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “çıxarışların, müqavilənin etibarsız hesab edilməsi və mülkiyyət hüququnun həyata keçirilməsinə yaradılan maneələrin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 01 iyul 2022-ci il tarixli, e-2(027)-1859/2022 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, İŞİN HALLARİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “çıxarışların, müqavilənin etibarsız hesab edilməsi və mülkiyyət hüququnun həyata keçirilməsinə yaradılan maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba Rayon Məhkəməsinin 18 fevral 2009-cu il tarixli, 2(027)-518/2009 nömrəli qətnaməsinə əsasən İddiaçı qarşı özünə məxsus 0.07 ha torpaq sahəsində tikintinin sökülməsi və iddiaçı X10 vasitəsilə Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı Cavabdeh1 tərəfindən kənd təssərüfatı təyinatlı torpaq sahəsində qanunsuz tikilmiş iki mərtəbəli villasına və özünə məxsus torpaq sahəsinə girişçıxış yolunun açılması tələbinin rədd edilməsi və qarşılıqlı iddia təmin edilərək Quba rayon Notariat Kontoru tərəfindən X4 və ailə üzvlərinin JN 162 Kod 30306018 saylı Dövlət Aktına əsasən özlərinə məxsus torpaq sahəsindən ******* kv. metr torpaq sahəsini X1 dair təsdiq olunmuş 04 mart 2005-ci il tarixli torpaq alqı-satqı müqaviləsi və Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 06 may 2008-ci il tarixində verilmiş ******* saylı Çıxarışın ona məxsus 0,07 ha torpaq sahəsi hissəsində etibarsız hesab edilməsi qət edilmişdir. Quba Rayon Məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli 2(027)-14/2009 nömrəli qərardadı ilə X6 Quba Rayon Məhkəməsinin 18 fevral 2009-cu il tarixli, 2(027)-518/2009 saylı qətnaməsindən apellyasiya şikayəti verməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizəsi təmin edilməmişdir və xx.xx.2021-ci ilin Sumqayıt Apellyasiya Məhkəməsinin qərardadı ilə Quba Rayon Məhkəməsinin 2(027)-518/2009 saylı, 13 sentyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. 23 aprel 2014cü il tarixdə X10 daşınmaz əmlakın AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən AR ƏMDK DƏDRX-nin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, RX ******* seriya nömrəli, **********77 reyestr nömrəli çıxarışa əsasən Quba rayonu, Alpan kəndində yerləşən mülkiyyətində olan 1.745 hektar torpaq sahəsini və kənd təssərüfatı təyyinatlı 1.745 ha torpaq sahəsində qanunsuz tikilmiş iki yüz min manat dəyərində olan iki mərtəbəli fərdi yaşayış villasını (sauna, qaraj, yay kafesi daxil olmaqla) on min manat (10.000 AZN) müqabilində Cavabdeh1 yaxın qohumuna alıcı Cavabdeh2 mülkiyyətinə vermişdir. Bundan sonra, Cavabdeh2 1.745 hektar torpaq sahəsinə münasibətdə 20 may 2014-cü il tarixində ********** qeydiyyat nömrəli, **********77 reyestr nömrəli, RX seriyalı ******* nömrəli Çıxarış əldə etmişdir. 23 noyabr 2021-ci il tarixində vətəndaş Cavabdeh2 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, “xx.xx.2014 qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********77 nömrəli, RX seriyalı ******* reyestr nömrəli Çıxarışa əsasən Quba rayonu, Alpan kəndində yerləşən 1,745 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüququnun həyata keçirilməsinə (sahiblik, istifadə və sərəncam verilməsi) cavabdeh İddiaçı tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, torpaq sahəsinin zəbt edilmiş hissəsindən cavabdeh İddiaçı çıxarılması, torpaq sahəsinin həmin hissəsinin boşaldılması, torpaq sahəsindən əkilmiş ağacların kəsilməsi nəticəsində vurulmuş ziyanın cavabdeh İddiaçı hesabına ödənilməsi” barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 29 dekabr 2021-ci il tarixli, 2(027)-2564/2021 saylı qərardadı ilə iş üzrə məhkəmə-torpaqşünaslıq ekspertizası təyin edilmiş və mülki iş üzrə icraat dayandırılmışdır. Mübahisəli torpaq sahəsi ilə bağlı ziddiyyətli məqamlar aşkar edilmişdir. Belə ki, əvvəllər X6 mülkiyyətində olmuş torpaq sahəsi (06 may 2008-ci il tarixdə verilmiş ******* saylı Çıxarış və xx.xx.2014-cü il taridə verilmiş RX ******* seriya nömrəli Çıxarış) sonradan Cavabdeh2 adına rəsmiləşdirilmişdir (xx.xx.2014 qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********77 nömrəli, RX seriyalı ******* reyestr nömrəli Çıxarış). 06 may 2008-ci il tarixdə verilmiş ******* saylı Çıxarış JN 162, kod 30306018 torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən verilmişdir (akt əlavədədir). JN 162 aktında qeyd olunan əkin sahəsinin döngə nöqtələrinin koordinatları xəritəyə otuzdurmaq ücün və DTX əməkdaşı Cavabdeh1 tərəfindən Rahid Babayev vasitəsi ilə hasara alınmış sahə ilə koordinatları müqayisə etmək üçün müstəqil ekspertə, GİS, Geodeziya ve Fotogrammetriya Mühəndisi, Bakı Mühəndislik Universitetinin Geodeziya fənni üzrə müəllimi, keçmiş Torpaq və Xəritəçəkmə Komitəsinin Rəqəmsal xəritələr şöbəsinin rəisinə müraciət olunmuşdur. JN162 aktında göstərilən əkin sahəsinin koordinatları sputnik və proqram təminatı vasitəsilə xəritəyə otuzdurulub və müəyyən olunub ki, Həmidov tərəfindən 2005-2022-ci illərdə hasara alınmış sahə JN162 aktında göstərilən koordinatlardan 800 metr aralıqdadir. Sonda iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin hüquqi sələfi- Daşınmaz Əmlakın Dövlər Reyestri Xidməti (5 saylı Ərazi İdarəsi) tərəfindən verilmiş və X6 adına rəsmiləşdirilmiş xx.xx.2014cü il tarixli, RX ******* seriya nömrəli, **********77 reyestr nömrəli çıxarışın və Cavabdeh2 adına rəsmiləşdirilmiş xx.xx.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********77 reyestr nömrəli, RX seriyalı ******* nömrəli çıxarışın etibarsız hesab edilmələri, X10 və Cavabdeh2 arasında bağlanmış 23 aprel 2014-cü il tarixli daşınmaz əmlakın AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, DTX əməkdaşı X2 və qaynı Cavabdeh2 tərəfindən İddiaçı Quba rayonu, Alpan kəndində yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının həyata keçirilməsinə yaradılmış maneələrin aradan qaldırılması və zəbd olunmuş 0.02 ha torpaq sahəsinin iddiaciya qaytarılması, ƏMDK DƏDRX-nin 5 saylı Ərazi idarəsinin məlumat bazasına 2014-cü ildə otuzdurulmuş, sahənin koordinatları bir neçə dəfə dəyişdirilmiş, cavabdeh Xanlarovun adına olan **********77 nömrəli çıxarışın koordinatları əsasında İddiaçı verilmiş **********64 və **********55 nömrəli çıxarışlarda göstərilmiş koordinatlar faktiki hasara alınmış sahənin və tikilmiş anbarın yerləşdiyi koordinatlarına uyğun dəyişdirilməsi, Torpaq Məcəlləsinin 13, 73-cü maddələrini əsas tutaraq cavabdeh tərəfindən 1.74 ha əkin sahəsi üzərində tikilmiş iki mərtəbəli villa, sauna, yay kafesinin qanunsuz tikililər kimi hesab olunması barədə və torpaqdan məqsədli təyinatına istifadə edilmədiyinə qörə 1.74 ha torpaq sahəsi üzərində cavabdehin hüquqlarına xitam verilməsi, iddiaciya məxsus olan və cavabdehlər tərəfindən 14 il ərzində zəbt olunmuş 0.02 ha sahəsinin qanunsuz istifadəsi nəticəsində vurulmuş ziyana görə cavabdehlər Cavabdeh2 və X2 tərəfindən iddiaciya 5000 azn məbləğində kompensasiya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 01 iyul 2022-ci il tarixli, e-2(027)-1859/2022 nömrəli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “çıxarışların, müqavilənin etibarsız hesab edilməsi və mülkiyyət hüququnun həyata keçirilməsinə yaradılan maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsinin icraata iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina olunmuş, iddiaçıya izah olunmuşdur ki, ilk öncə mübahisə etdiyi mülkiyyət hüququ ilə bağlı çıxarışların ləğvi ilə əlaqədar Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsə müraciət etməlidir, qeyd edilən orqanın qərarından, hərəkətindən və ya hərəkətsizliyindən narazı qaldğı təqdirdə şikayət ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edə bilər. (hakim İlqar Məmmədov). İddiaçı qərardaddan şikayət vermişdir. Quba Rayon Məhkəməsinin 07 iyul 2022-ci il tarixli, e-2(027)-1859/2022 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi və mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 01 avqust 2022-ci il tarixli qərardadı ilə (hakimlər Gülnarə Tağızadə (sədrlik edən və məruzəçi), Lətifə Məmmədova və Telman Quliyev) iddiaçı tərəfindən verilmiş şikayətin qeyri-mümkün hesab edilməsi qərara alınmışdır. İddiaçı qərardaddan kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər İ.Şəfiyev, V.Həsənov, Ə.Əhmədov) kassasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1777/2022 nömrəli, 1 avqust 2022-ci il tarixli qərardadının ləğv edilməsi və iş yenidən baxılması üçün göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi qərarında qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin iddiaçı tərəfindən verilmiş şikayəti prosessual qaydalara uyğun hesab edərək, şikayət əsasında çıxardığı qərardad qüvvədədir və bu hal prosessual baxımdan ziddiyyətli vəziyyətdir. Şikayətə baxılması barədə birinci instansiyası məhkəməsinin qərardadı ləğv olunmamış, iddiaçının şikayəti geri qaytarılmamışdır. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 19.10 2022-ci il tarixli qərardadı ilə (hakimlər Səyyad Qafari (sədrlik edən və məruzəçi), Rəşadət Ağayev və İlqar Dəmirov) Quba Rayon Məhkəməsinin 01 iyul 2022-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət yenidən qeyri-mümkün hesab edilmişdir. İddiaçı qərardaddan kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 16 yanvar 2023-cü il tarixli qərarı ilə (hakimlər A.Hüseynov, Z.Əliyev, Ə.Nurməmmədov) kassasiya şikayətinin təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2252/2022 nömrəli, 19 oktyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ. a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı şikayəti onunla əsaslandırmışdır ki, məhkəmə iddia tələbinin məhkəmə aidiyyətini müəyyən edərkən mübahisənin mahiyyətini obyektiv təhlil etməmişdir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair” 19 may 2014-cü il tarixli Qərarında bildirmişdir ki, “...Qeyd edildiyi kimi, bu məsələlərlə bağlı məhkəmə aidiyyəti həll edilərkən, ilk növbədə, iddiaçı tərəfindən təqdim edilən iddia tələbi əsas götürülməlidir. İddia tələbi konkret mübahisə ilə bağlı olduqda, həmin mübahisənin mahiyyəti təhlil edilərək məhkəmə aidiyyəti həll edilməlidir...Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prosessual təminatına zəmanət yaradan şərtlərdən biri olduğundan, qanunla dəqiq müəyyən edilməlidir. Əks təqdirdə, məhkəmə aidiyyəti məsələsində qeyri-müəyyənlik yaranmış olur, bu isə məhkəmə tərəfindən işə ağlabatan müddətdə baxılmasında ciddi maneələr yarada və şəxsin pozulmuş hüquqlarının bərpa edilməsini qeyri-mümkün edə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Avropa ölkələrinin milli qanunvericiliklərində məhkəmə aidiyyəti məsələsinin dəqiq göstərilməsinin vacibliyini xüsusi vurğulamışdır. Belə ki, Çerniçkin Rusiya Federasiyasına qarşı iş üzrə 16 sentyabr 2010-cu il tarixli Qərarında həmin məhkəmə qeyd etmişdir ki, qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələblərini pozur. Bu baxımdan, məhkəmə aidiyyətinin dəqiq və aydın müəyyən edilməsi işin baxılmasında məhkəmələr tərəfindən yol verilən süni süründürməçiliyin qarşısını almış olur”. Buna baxmayaraq, məhkəmə hazırkı mübahisəni inzibati icraat olduğu qənaətinə gələrək qərardadında İddiaçının iddia ərizəsində tələb kimi qoyulmuş “çıxarışların etibarsız hesab edilməsi” məsələsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin səlahiyyətinə aid olduğunu və əslində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin qərarından, hərəkətindən və ya hərəkətsizliyindən narazı qaldığı təqdirdə şikayət ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edə biləcəyini qeyd etmişdir. İddia tələbində mübahisələndirlən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar inzibati akt deyil, daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Xüsusi ilə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi bununla bağlı qəti mövqeyini bildirmişdir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair” 19 may 2014-cü il tarixli Qərarında qeyd etmişdir: Daşınmaz əmlakın alqı-satqısı və dövlət qeydiyyatı ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli yalnız qaldırılmış iddia tələbinin hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. - “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun) 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – MM) 14.3 və 178.1-ci maddələrində qeyd edilmişdir ki, dövlət qeydiyyatına alınmalı olan hüquqlar, qanunda digər qayda nəzərdə tutulmadığı halda, qeydiyyata alındığı andan yaranır. Şəxsin mülkiyyət hüququ faktiki olaraq onun adına əmlakın DƏDRX-də qeydiyyata alındığı andan yaranır. Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış isə həmin qeydiyyatı əks etdirən sənəddir və hər bir halda inzibati akt kimi qiymətləndirilə bilməz. Qərarın yekununda isə Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticəyə gəlir: Əmlak hüquqları ilə bağlı mübahisələrdə DƏDRX-in ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. Buna baxmayaraq, Quba Rayon Məhkəməsi iddia tələbində mübahisələndirilən çıxarışları “inzibati akt” olaraq qiymətləndirmiş və iddia ərizəsini icraata qəbul etməkdən imtina etmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və e- 2(027)-1859/2022 nömrəli iş baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırılmışdır ki, iddiaçının iddia ərizəsində tələb kimi qoyulmuş “çıxarışların etibarsız hesab edilməsi” məsələsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin səlahiyyətinə aiddir və o, əslində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin qərarından, hərəkətindən və ya hərəkətsizliyindən narazı qaldığı təqdirdə şikayət ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edə bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Belə ki, iddiaçının iddia tələbindən görünür ki, tələb Daşınmaz Əmlakın Dövlər Reyestri Xidməti (5 saylı Ərazi İdarəsi) tərəfindən verilmiş və X6 adına rəsmiləşdirilmiş xx.xx.2014-cü il tarixli, RX ******* seriya nömrəli, **********77 reyestr nömrəli çıxarışın və Cavabdeh2 adına rəsmiləşdirilmiş xx.xx.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********77 reyestr nömrəli, RX seriyalı ******* nömrəli çıxarışın etibarsız hesab edilmələri, X10 və Cavabdeh2 arasında bağlanmış 23 aprel 2014-cü il tarixli daşınmaz əmlakın AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, iddiaçıya məxsus torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının həyata keçirilməsinə yaradılmış maneələrin aradan qaldırılması və zəbd olunmuş 0.02 ha torpaq sahəsinin iddiaciya qaytarılması, cavabdeh Xanlarovun adına olan **********77 nömrəli çıxarışın koordinatları əsasında iddiaçıya verilmiş **********64 və **********55 nömrəli çıxarışlarda göstərilmiş koordinatlar faktiki hasara alınmış sahənin və tikilmiş anbarın yerləşdiyi koordinatlarına uyğun dəyişdirilməsi, cavabdeh tərəfindən 1.74 ha əkin sahəsi üzərində tikilmiş tikililərin qanunsuz tikililər hesab olunması barədə və torpaqdan məqsədli təyinatına istifadə edilmədiyinə görə 1.74 ha torpaq sahəsi üzərində cavabdehin hüquqlarına xitam verilməsi, iddiaciya məxsus olan və cavabdehlər tərəfindən 14 il ərzində zəbt olunmuş 0.02 ha sahəsinin qanunsuz istifadəsi nəticəsində vurulmuş ziyana qörə cavabdehlər tərəfindən iddiaciya 5000 azn məbləğində kompensasiya ödənilməsi barədədir. İş materiallarından görünür ki, 23 aprel 2004-cü il tarixli, AN-İ № ******* reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X10 notariat tərəfindən xx.xx.2014-cü il tarixdə veriliş arayışa və AR ƏMDK DƏDRX-nin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, RX ******* seriya nömrəli, **********77 reyestr nömrəli çıxarışa əsasən Quba rayonu, Alpan kəndində yerləşən mülkiyyətində olan 1.745 hektar torpaq sahəsini alıcı Cavabdeh2 satmışdır. xx.xx.2014-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********77 reyestr nömrəli, RX seriyalı ******* reyestr nömrəli Çıxarışa əsasən Quba rayonu, Alpan kəndində yerləşən 1,745 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüququ Cavabdeh2 məxsusdur. xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********4 reyestr nömrəli, Çıxarışa əsasən Quba rayonu, Alpan kəndində yerləşən 0.07 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüququ İddiaçı məxsusdur. Hazırda İddiaçı X6 adına rəsmiləşdirilmiş xx.xx.2014-cü il tarixli, RX ******* seriya nömrəli, **********77 reyestr nömrəli çıxarışın, Cavabdeh2 adına rəsmiləşdirilmiş xx.xx.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********77 reyestr nömrəli, RX seriyalı ******* nömrəli çıxarışın etibarsız hesab edilməsini, X10 və Cavabdeh2 arasında bağlanılmış 23 aprel 2014-cü il tarixli daşınmaz əmlakın AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini və yuxarıda sadalanan digər tələblərin təmin olunmasını məhkəmədən xahiş edir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquqmüəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Hazırki mübahisə predmeti isə alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi barədədir. Plenum Qərarında da qeyd edildiyi kimi, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat mülki-hüquqi əqd- alqı-satqı müqaviləsi əsasında aparıldığından, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş müqavilə və çıxarışlar mübahisələndirilməklə həyata keçirilməlidir. Belə işlərə isə mülki məhkəmə icraatı qaydasında baxılır. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, hazırkı iddia tələbinə mülki məhkəmə icraatı qaydasına baxılmalı olduğundan birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək, e-2(027)-1859/2022 nömrəli iş baxılması üçün həmin məhkəməyə göndərilməlidir . Göründüyü kimi, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə istinad etməklə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilməsi ilə bağlı düzgün nəticəyə gəlməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə çıxarılmış qərardad ləğv edilməklə iş baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək, qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhəkəməsi üçün məcburidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 397.2, 398, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası NƏTİCƏVİ HİSSƏ: İddiaçı şikayəti qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin 01 iyul 2022-ci il tarixli, e-2(027)-1859/2022 nömrəli qərardadı və həmin qərardadın dəyişdirilmədən saxlanılmasına dair 08 iyul 2022-ci il tarixli qərardadı ləğv edilsin. e-2(027)-1859/2022 nömrəli iş baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar