Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2001/2024 11.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı Sumqayıt şəhər Bələdiyyəsinin cavabehlər X3, Ələsgərov Arif Cəlal oğluna qarşı iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): torpaq sahəsi ilə bağlı icarə münasibətləri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, iddiaçı Sumqayıt şəhər Bələdiyyəsinin cavabdehlər X3, Ələsgərov Arif Cəlal oğluna qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X9, X10 və X4 cəlb olunmaqla) torpaq sahəsi üzərində icarə hüququna xitam verilməsi tələbinə dair mülki iş üzrə S umqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-2083/2023 nömrəli, 27 dekabr 2023-cü il tarixli qətnaməsindən hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş kassasiya şikayətinə 11 iyun 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xx.xx.1983-cü il tarixli 856 nömrəli müqavilənin surətinə əsasən Sumqayıt şəhər X8 Bağlar Təsərrüfatı İdarəsi Ələsgərov Arif Cəlal oğluna “Novxanı” bağlar massivində yerləşən sahəsi 0.23 ha olan 230 saylı bağ torpaq sahəsi sonuncunun icarəsinə verilmişdir. Müqavilə 10 il müddətinə bağlanılmış və qüvvədə olan müddəti xx.xx.1976-cı ildən xx.xx.1986-cı il tarixədək müəyyən edilmişdir.
2. İV JQ seriyalı 345285 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə ə sasən cavabdeh Ələsgərov Arif Cəlal oğlu xx.xx.1992-ci ildə vəfat etmişdir.
3. Sumqayıt Şəhər Bələdiyyəsinin xx.xx.2008-ci il tarixli 03 nömrəli şəhid ailəsi X5 mülkiyyətinə torpaq sahəsinin verilməsi haqqında qərara əsasən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Sumqayıt şəhər şöbəsinin rəyi və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2007-ci il tarixli qətnaməsi nəzərə alınaraq “Novxanı” bağları ərazisində sahəsi 1100 kv.m. olan B-230 saylı bağ torpaq sahəsi “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 16.3-cü maddəsinə əsasən Zərdab şəhəri, 1 May küçəsi, ev 20-də yaşayan şəhid ailəsi X5 mülkiyyətinə verilməsi qərara alınmışdır.
4. Sumqayıt Şəhər Bələdiyyəsinin xx.xx.2008-ci il tarixli 03 nömrəli Şəhid ailəsi X2 mülkiyyətinə torpaq sahəsinin verilməsi haqqın da qərara əsasən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Sumqayıt şəhər şöbəsinin rəyi və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2007-ci il tarixli qətnaməsi nəzərə alınaraq “Novxanı” bağları ərazisində sahəsi 1100 kv.m. olan B-230 saylı bağ torpaq sahəsi “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 16.3-cü maddəsinə əsasən Bakı şəhəri, Ş.Əzizbəyov küçəsi, ev 213, mənzil 8-də yaşayan şəhid anası X2 mülkiyyətinə verilməsi qərara alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Sumqayıt şəhər Bələdiyyəsi cavabdehlər X3, Ələsgərov Arif Cəlal oğluna qarşı torpaq sahəsi üzərində icarə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin 230 saylı bağ torpaq sahəsi ü zərində icarə hüququna xitam verilməsi və xx.xx.1983-cü il tarixli icarə müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar etibarsız hesab edilməsini xahiş etmişdir.
6. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, icarə müqaviləsinin müddəti başa çatdıqdan sonra nə Maraqlı şəxs, nə də onun ailə üzvlərindən hər hansı biri həmin müqavilənin müddətinin uzadılması ilə bağlı müraciət etməmişdir. Eyni zamanda icarəçi uzun illərdi ki, nə icarə haqqı, nə də torpaq vergisi üzrə ödənişləri həyata keçirmir. Həmçinin, Sumqayıt şəhər Bələdiyyəsinin bağ təsərrüfatı şöbəsinin işçiləri tərəfindən aparılmış inventarlaşdırma işləri zamanı müəyyən edilmişdir ki, 230 saylı bağ torpaq sahəsindən uzun müddətdir başqa şəxslər istifadə edir. Araşdırmalar za manı 230 saylı bağ torpaq sahəsinin bir hissəsinin qeyri-rəsmi olaraq X1 aşkar edilmişdir. Hal-hazırda həmin bağ torpaq sahəsi qeyd edilən şəxsin istifadəsindədir və Ə.Bəşirovun bildirdiyinə görə o, həmin ərazini istifadəyə yararlı vəziyyətə gətirmiş, bağ sahəsinə iki yüzə qədər avtomaşın yükü torpaq daşıtdırıb tökdürmüş, qamışlığın bir hissəsini təmizlətdirmişdir. Həmçinin bağ torpaq sahəsi icarəsinə verilmiş Maraqlı şəxs qızı Cavabdeh notarial qaydada təsdiq edilmiş ərizəsi əsasında məlum olmuşdur ki, Maraqlı şəxs və onun həyat yoldaşı Ələsgərova Şəfiqə vəfat etmiş, mərhum icarəçinin vərəsələri isə Azərbaycan Respublikasından kənarda yaşayırlar.
7. Birinci instansiya məhkəməsindəki icraatda cavabdeh X6 iddianı qəbul edərək, bildirmişdir ki, Sumqayıt şəhər X8 Bağlar Təsərrüfatı İdarəsi ilə atası Ələsgərov Arif Cəlal oğlu arasında bağlanmış 856 saylı, 24 iyun 1983-cü il tarixli müqaviləyə əsasən “Novxanı” bağlar massivində yerləşən, sahəsi 0,23 ha olan 230 saylı bağ torpaq sahəsi sonuncunun icarəsinə verilmişdir. İcarə müqaviləsi 10 il müddətinə bağlanmış və qüvvədə olan müddəti 07 aprel 1976-cı ildən 07 aprel 1986-cı il tarixədək müəyyən edilmişdir. Lakin icarə müqaviləsinin müddəti başa çatdıqdan sonra nə Maraqlı şəxs, nə də onun ailə üzvlərindən hər hansı biri həmin müqavilənin müddətinin uzadılması ilə bağlı müraciət etməmişdir. Atası Maraqlı şəxs və onun həyat yoldaşı Ələsgərova Şəfiqə vəfat etmiş, mərhum icarəçinin vərəsələri isə Azərbaycan Respublikasından kənarda yaşayırlar.
8. Sumqayıt Şəhər Məhkəməsinin (hakim Gülnarə Tağızadə) xx.xx.2007-ci il tarixli, 22311/07 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Ələsgərov Arif Cəlal oğlunun və onun ailə üzvlərinin 203 saylı bağ torpaq sahəsi üzərində icarə hüququna xitam verilməsi və xx.xx.1983-cü il tarixli icarə müqaviləsinin müqavilə müddətinin qurtarması ilə əlaqədar olaraq etibarsız hesab edilməsi qət edilmişdir.
9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, bağ torpaq sahəsinin icarə verildiyi müddət 07 aprel 1986-cı il tarixdə başa çatmışdır. Həmin vaxtdan Cavabdeh icarə müqaviləsinin qüvvədə olan müddətinin uzadılması üçün icarəyə verənə müraciət etməmiş, bağ sahəsi uzun illər baxımsız qalmış və oradan X9 istifadə etmişdir.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 719.1-ci maddəsinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73 və 75-ci maddələrinə, Azərbayc an Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs xx.xx.2007-ci il tarixli qətnamədən məlumatı olmamışdır. X11 atasının vəfatından sonra həmin bağ torpaq sahəsinə görə torpaq vergisi ödəməyə davam etmişdir. Həmçinin Ələsgərov Arif Cəlal oğlunun digər vərəsələri məhkəmə prosesinə cəlb edilməmiş, onlara məlumat verilməmişdir. Məhkəmələr tərəfindən vərəsəlik qanunun tətbiq edilməsinin bəzi məsələləri haqqında Azərbaycan R espublikası Ali Məhkəməsi Plenumun 1979-cu il 28 sentyabr tarixli 5 saylı qərarında (həmin qərar 29 oktyabr 2007-ci tarixində qüvvədən düşmüşdür) qeyd edilir ki, vərəsəlik miras qoyan şəxsin ölməsi ilə açılır. Miras əmlakın bir hissəsini qəbul etmiş vərəsə, qalan mirasın harada olmasında asılı olmayaraq, ona bütövlükdə və yaxud həmin mirasdan ona düşən payı qəbul etmiş sayılır. Miras qanunun tələbinə əsasən qəbul olunmuş, lakin vərəsəlik şəhadətnaməsi vaxtında rəsmiləşdirməmişdirsə, bu mirasa qarşı hüququn itirilməsi üçün səbəb ola bilməz. Vərəsə mirasa sahiblik, ondan istifadə və ona sərəncam verməsi sahəsində müvafiq işlər görmüşsə binanın təmiri, həyətyanı torpaq sahəsini becərmək, məhsulu yığmaq və s., yaxud sığorta tədiyyəsi və ev üçün vergini ödəmişsə, kirayənişinlərdən mənzil pulunu yığmışsa və s. hallar vərəsənin mirası faktiki surətdə idarə etməyə başlamasını və ya mirasa yiyələnməsini sübut edən hərəkətlər kimi qiymətləndirilə bilər. Məhkəmə zamanı Ələsgərov Arif Cəlal oğlunun vərəsələrinin olubolmaması araşdırılmamış, vərəsəlik işinin açılıb-açılmaması müəyyənləşdirilməmişdir. Baxmayaraq ki, xx.xx.1983-cü il tarixli müqavilədə Ələsgərov Arif Cəlal oğlunun ailə üzvlərinin adları qeyd edilib, iddiaçı Sumqayıt Şəhər Bələdiyyəsi Ələsgərov Arif Cəlal oğlunun yalnız bir vərəsəsinə qarşı iddia qaldırmış, məhkəmə isə həmin iddianı təmin edərək digər vərəsələrin təbii hüququ olan miras hüququnu dolayı üsulla məhdudlaşdırmışdır.
13. Müqavilə müddəti keçdikdən sonra kirayədarın etirazı olmadan əmlakdan istifadə davam etdirildiyi halda müqavilə qeyri-müəyyən müddətə təzələ nmiş olur. Həmçinin xx.xx.1983-cü il tarixli icarə müqaviləsinin 10-cu maddəsində əmlakın yenidən icarəyə verilməsi zamanı icarəçinin üstünlük hüququ tanınır. Az SSRİ Mülki Məcəlləsinin 275 və 276-cı maddələrindən və xx.xx.1983-cü il tarixli müqavilənin 10-cu maddəsinin məzmunundan belə nəticəyə gəlmək mümkündür ki, tərəflər arasında bağlanmış icarə müqaviləsinin müddəti xx.xx.1986-cı ildə bitsə də, tərəflərin etirazı olmadığından və icarəçi əmlakdan istifadə etdiyindən müqavilə qeyri-müəyyən müddətə uzadılmışdır. Həmin dövrdəki qanunvericiliyə əsasən qeyri-müəyyən müddətə uzadılmış müqaviləyə xitam vermək istəyən tərəflərdən biri əvvəlcədən xəbərdarlıq etməlidir. Yəni iddiaçı müqavilə müddətin bitməsi əsası ilə müqaviləyə xitam verilməsi üçün qanunvericilikdə qeyd edilmiş müddətləri gözlə məklə vərəsələrə yazılı xəbərdarlıq etməli idi. “İcarə haqqında” Qanunun 13.5-ci maddəsinə görə müqavilənin müddəti qurtardıqdan sonra ona xitam vermək və ya onu dəyişdirmək haqqında tərəflərdən birinin ərizəsi olmadıqda o, müqavilədə nəzərdə tutulmuş eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir.
14. Məhkəmə qətnaməsində digər ailə üzvlərinin ölkə xaricində olması qeyd olunsa da bu iş materiallarında olan heç bir sənədlə sübut olunmamışdır. Məhkəmə sadəcə iddiaçının və cavabdehin izahatına əsasən digər ailə üzvlərinin xaricdə olması qənaətinə gəlmişdir. Lakin qətnamə qəbul olunan tarixdə Maraqlı şəxs ölkə xaricində olmamışdır.
15. Sumqayıt Şəhər Məhkəməsinin (hakim Elmir Hüseynov)xx.xx.2023-cü il tarixli 2(060)2311/07 nömrəli qərardadı ilə Ələsgərov Arif Cəlal oğlu qətnamə hüq uq və vəzifələrinə toxunulan şəxs hesab edilməklə onun apellyasiya şikayəti baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.
16. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarıxli, 2(105)2083/23 nömrəli qərardadı ilə mülki iş üzrə icraata cavabdeh Ələsgərov Arif Cəlal oğluna aid hissədə xitam verilməsi qərara alınmışdır.
17. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Lalə Rəhimli (sədrlik edən və məruzəçi), Fuad Məmmədov və İlqar Dəmirov) 2(105)-2083/2023 nömrəli, 27 dekabr 2023-cü il tarixli qətnaməsi ilə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2007-ci il tarixli 2-2311/07 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin çıxarılması və iddia tələbinin təmin edilməməsi qət edilmişdir.
18. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi müddətin qurtarması əsası ilə müqaviləni etibarsız hesab etməklə səhv nəticəyə gəlmişdir. Belə ki, mülki qanunvericiliyinin müddəalarına əsasən müddətin qurtarması müqavilənin etibarsız hesab edilməsi üçün əsas ola bilməz.
19. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, müqavilənin müddətinin qurtarması müqavilə üzrə hüquq münasibətlərinin xitamına səbəb ola bilər. Belə olan halda kollegiya hesab etmişdir ki, birinci instansiya məhkəməsi müddəti bitmiş icarə müqaviləsi üzrə özü-özlüyündə xitam olunmuş icarə hüququna xitam verməklə səhvə yol vermişdir.
20. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 386.1, 389.1, 700.1, 700.2, 706.1, 719.1-ci maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47.1, 56.5, 84-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
21. Hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir.
22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, icarə müqaviləsinin müddətinin bitməsinə baxmayaraq faktiki olaraq icarə münasibətləri davam etmiş və icarəçi vəfat etdikdən sonra onun vərəsələri, müqavilədə adları qeyd olunan ailə üzvləri həmin torpaq sahəsindən faktiki istifadə etmişlər. Həmçinin xx.xx.1983-cü il tarixli müqavilədə Ələsgərov Arif Cəlal oğlunun a ilə üzvlərinin adları qeyd edilməsinə baxmayaraq, iddiaçı Sumqayıt Şəhər Bələdiyyəsi Ələsgərov Arif Cəlal oğlunun yalnız bir vərəsəsinə qarşı iddia qaldırmış, məhkəmə isə həmin iddianı təmin edərək digər vərəsələrin təbii hüququ olan miras hüququnu dolayı üsulla məhdudlaşdırmışdır. Apellyasiya instansiyası məhkəməsi qətnaməni yalnız icarə müqaviləsinin müddətinin bitməsi əsası ilə əsaslandırması qanunun normalarının tələblərinin pozulması ilə nəticələnmişdir. Həmçinin mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin - Sumqayıt şəhər Bələdiyyəsinin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Mülkiyyət və ya sahiblik hüququnu müdafiəsi ilə bağlı iddia irəli sürmə k üçün ilk növbədə iddiaçının iddia etdiyi daşınmaz əmlaka hər hansı bir hüququnun olması və tələb irəli sürməsi üçün subyektiv hüquqa malik olması müəyyən edilməlidir. Baxılan işdə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarına əsasən mübahisəli torpaq sahəsinin hansı əsasla iddiaçının mülkiyyətində olması, bunu təsdiq edən hər hansı sənədin iş materiallarında olması müəyyən edilməmişdir. Belə olan halda ilk öncə iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə subyektiv hüququnun olub-olmaması araşdırılmalı idi. Sumqayıt Apellyasiya Məhkəməsi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş, işi obyektiv araşdırmamış, maraqlarına toxunan üçüncü şəxsin hüquqlarını pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
24. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
25. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
26. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haq qında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
27. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
28. Maddə 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.
29. Maddə 706.1. Torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər.
30. Maddə 719.1. Torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət qurtardıqda xitam verilir. Torpaq Məcəlləs i
31. Maddə 47.1. Torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır.
32. Maddə 56.5. Bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi və icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir.
33. Maddə
84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Mülki Prosessual Məcəllə
34. Maddə 14.2. Məhkəmə yal nız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
37. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
38. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
39. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxu d qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
41. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
42. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətn amə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
43. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
44. Hazırkı kassasiya şikayətində qətnamə hüquq və vəzifələrinə toxunan şəxs tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yo xlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
46. İşin halları ilə müəyyən olunur ki, xx.xx.1983-cü il tarixli müqavilə ilə Sumqayıt şəhər X8 Bağlar Təsərrüfatı İdarəsi Ələsgərov Arif Cəlal oğluna “Novxanı” bağlar massivində yerləşən sahəsi 0,23 ha olan 230 saylı bağ torpaq sahəsini sonuncunun icarəsinə vermişdir. Müqavilə 10 il müddətinə bağlanmış və qüvvədə olan müddət xx.xx.1976-cı ildən xx.xx.1986-cı il tarixədək müəyyən edilmişdir.
47. Baxılan iş üzrə icarəçinin ailə üzvlərindən və icarə müqaviləsində adı qeyd olunmuş Cavabdeh bildirmişdir ki, müqavilənin müddətinin başa çatmasından sonra müqavilənin müddətinin uzadılması ilə bağlı yenidən müraciət olunmamışdır. Digər vərəsələr isə ölkə xaricində yaşayırlar. Bu baxımdan işə baxan apellyasiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, müqavilə müddətinin bitməsi müqavilə üzrə hüquq münasibətlərinin xitamına səbəb olur.
48. Kassasiya şikayəti verən şəxs isə işin faktiki hallarını araşdırmaq səlahiyyətinə malik olan məhkəməyə icarə münasibətlərinin şəxsən onun tərəfindən davam etdirilməsi ilə bağlı hər hansı sübut təqdim etməm işdir.
49. Eyni zamanda müəyyən edilmişdir ki, Sumqayıt şəhər Bələdiyyəsinin xx.xx.2008-ci il tarixli qərarı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2007-ci il tarixli qətnaməsindən sonra “Novxanı” bağlar ərazisində yerləşən bağ torpaq sahəsi (hər birinə 1100 kv.m) şəhid ailələrinin üzvləri X5 və X2 mülkiyyətinə verilmişdir.
50. Beləliklə qeyd edilməlidir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Apellyasiya məhkəməsi faktiki olaraq irəli sürülmüş dəlilləri müəyyən olunmuş hallar baxımından qiymətləndirmiş və yuxarıda göstərilən nəticəyə gəlmişdir. Hazırda isə ka ssator apellyasiya qaydasında icraat zamanı irəli sürülməmiş dəlillərə istinad edir.
51. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası yeni sübut qəbul et mir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı).
52. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normala rı düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
53. Qeyd olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyindən qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
54. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2083/2023 nömrəli iş üzrə 27 dekabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.