Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1075/2023 22.06.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 878200 (səkkiz yüz yetmiş səkkiz min iki yüz) rus rublu məbləğində pulun alınaraq ona verilməsinə dair məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsalandırılmışdır ki, o, Cavabdeh aralarında olan razılıq əsasında xx.xx.2018-ci il tarixində ******* rubl dəyərində mal vermişdir. Razılaşmaya əsasən cavabdeh həmin pul məbləğini üç ay müddətinə ona ödəməyi öhdəsinə götürmüşdür. Həmin müddət tamam olan zaman cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməkdən yayınmağa başlamışdır. Həmin səbəbdən o, Quba RPŞ-nə müraciət etmişdir. Quba RPŞ-nin TQ-nun araşdırılması zaman iş mülki xarakter olduğundan məhkəməyə mülki iddia ilə müraciət etməyi tövsiyyə edilmişdir. Cavabdeh öhdəlik üzrə 354000 rubl ona ödəmiş, 878200 rubl borcu qalmışdır. Quba rayon Məhkəməsinin 2(027)-839/2020 saylı, 18 may 2020-ci il tarixli qiyabi qətanməsi ilə, Cavabdeh 878.200.00 rus rubl məbləğində pul (Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ödəniş gününə manata uyğun məzənnə nəzərə alınmaqla) alınaraq İddiaçı ödənilməsi qərara alınmışdır. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, Quba Rayon Məhkəməsinin 18 may 2020-ci il tarixli, 2(027)-839/2020 nömrəli qiyabi qətnaməsinin ləğv edilməsi və işin təzələnərək mahiyyəti üzrə baxılması barədə qərardad çıxarılmasını xahiş etmiş və Quba rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə, Cavabdeh Quba Rayon Məhkəməsinin 18 may 2020-ci il tarixli, 2(027)-839/2020 nömrəli qiyabi qətnaməsinin ləğv edilmiş və mülki işin icraatının təzələnməsinə dair ərizəsi təmin edilmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirmişdir ki, Cavabdeh ona olan borcunun 878.000 rus rublu məbləğində təşkil edir. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, iddiaçıdan ******* rubl dəyərində meyvə almışdır. Hazırda ona 435.000 rus rublu məbləğində pul borcludur. Qalan məbləğdə olan meyvə isə xarab olmuşdur. Lakin meyvənin xarab olması ilə bağlı iddiaçıya şifahi qaydada məlumat vermişdir. Bundan başqa meyvəni satdığı adamlar ona pulu qaytarmamışlar. Qeyd olunanlara əsasən, iddianın qismən təmin edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan qaimənin surətindən görünür ki, iddiaçı cavabdehə 1.232.200 (bir milyon iki yüz otuz iki min) rus rubl məbləğində mal vermişdir. Məhkəmə araşdırması müəyyən olunmuşdur ki, Cavabdeh İddiaçı xx.xx.2018-ci il tarixdə ******* rus rubl məbləğində mal almış, həmin məbləğdən 354.000 rus rublunu qaytarmış, lakin uzun müddət keçməsinə baxmayaraq qalan 870.000 (səkkiz yüz yetmiş min) rus rubl məbləğində pulu geri qaytarmamışdır. Məhkəmə iclasında cavabdeh iddiaçıya 435.000 rus rublu məbləğində pul borclu olduğunu qeyd etsə də, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Bundan başqa o meyvələrin xarab olmasını bildirsə də, məhkəməyə sübut təqdim etməyib. Məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin edilməlidir. Göründüyü kimi, cavabdeh tərəfindən öhdəliyin icra edilməməsi öz təsdiqini tapmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (maddə 567). Alğısatqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda tərəflər arasında müqavilə bağlanmışsa, alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir ( maddə 600). Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur (maddə 600.2). Əşyanı təhvil almış alıcı onu alğı–satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər (maddə 600.4). Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-445.2.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, Cavabdeh 870.000 ( səkkiz yüz yetmiş min) rus rublu məbləğində pul alınaraq İddiaçı verilməlidir. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat pul MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. MPM-nin 253.3-cü maddəsinə əsasən qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra şikayət verə bilərlər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 870.000 ( səkkiz yüz yetmiş min) rus rubl məbləğində pul (Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ödəniş gününə manata uyğun məzənnə nəzərə alınmaqla) alınaraq İddiaçı ödənilsin. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxarmış məhkəməyə ərizə ilə müraciət edə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-1075/2023
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1075/2023
22.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver