Məhkəmə qərarları › İş №2(027)-1076/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1076/2022

19.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1076/2022 19.05.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, iddiaçı X12, Cavabdeh iştirakı ilə, iddiaçı X12 Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment məbləginin artırılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba Rayon Məhkəməsinin 18 avqust 2015-ci il tarixli 2(027)-1039/2015 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılaraq 30 avqust 2004-cü il təvəllüdlü X8 və 30 yanvar 2008-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər uşağa 200 (iki yüz) manat olmaqla cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində alimentin ilkin mediasiya prosesi zamanı 50 manat məbləğində ödədiyi rüsumun və iddia ərizəsinin yazılmasına görə hüquq yardım haqqında müqaviləyə əsasən ödədiyi 50 (əlli) manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 29 sentyabr 2001- ci il tarixdə el adəti üzrə ailə qurmuş, birgə nikahlarını 2003-cü il tarixində qeyd etmişlər. Birgə nikahlarından 08 yanvar 2003-cü il təvəllüdlü X7, 30 avqust 2004-cü il təvəllüdlü X8 və 30 yanvar 2008-cü il təvəllüdlü X13 adlı uşaqları doğulmuşdur. Cavabdehlə aralarında olan ailə münasibətlərinin pozulması səbəbindən aralarındakı nikah pozulmuş və Quba rayon Qeydiyyat Şöbəsi tərəfindən nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 01 aprel 2015-ci il tarixli 42 nömrə ilə qeyd edilmişdir. Cavabdeh ilə aralarındakı nikah pozulan zaman birgə nikahlarıbdan doğulmuş 08 yanvar 2003-cü il təvəllüdlü X7, 30 avqust 2004-cü il təvəllüdlü X8 və 30 yanvar 2008cü il təvəllüdlü X13 adlı uşaqları onun himayəsindədir. Quba Rayon Məhkəməsinin 18 avqust 2015-ci il tarixli 2(027)-1039/2015 saylı qətnaməsinə əsasən 15 aprel 2015-ci il tarixdən başlayaraq 08 yanvar 2003-cü il təvəllüdlü X3, 30 avqust 2004-cü il təvəllüdlü X4 və 30 yanvar 2008-cü il təvəllüdlü X1 üçün cavabdehdən hər ay hər uşaqa 70 manat olmaqla cəmi 210 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi qət edilmişdir. Artıq oğlu 08 yanvar 2003-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatmış və 11 yanvar 2021-ci il tarixindən etibarən müddətli həqiqi hərbi xidmətə gedib. Hazırda qeyd edilən məbləğ bir uşağın bir aylıq təlabatını belə ödəmir. 30 avqust 2004-cü il təvəllüdlü X8 və 30 yanvar 2008-cü il təvəllüdlü X13 məktəblidirlər, məktəblə bağlı təminatlarını valideynlərimin köməyi ilə qarşılayır. O, özü uşaqlarının tələbatlarını ödəməyə çalışsa da, bu məsələdə çox çətinlik çəkirəm. Mənim daimi qazanc və iş yerim yoxdur. Hazırki vəziyyətdə cavabdeh tərəfindən mənə ödənilməsi nəzərdə tutulmuş aliment birgə nikahdan olan uşaqlarımızın qanunvericilikdə nəzərdə tutulmuş layiqli həyat şəraitində yaşamaq hüququnu təmin etmir. İlkin olaraq məhkəmədən kənar qaydada cavabdeh X5 ilə Quba rayon Məhkəməsinin 18 avqust 2015-ci il tarixli 2(027 1039/2015 nömrəli qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılaraq birg nikahlarından olan 30 avqust 2004-cü il təvəllüdlü X8 və 30 yanvar 2008-cü il təvəllüdlü X13 adlı uşaqlarının yetkinlik yaşına çalanadək saxlanması üçün cavabdeh Natiq Məmmədseyid oğlundan saxlanılması üçün cavabdehdən hər ay hər uşağa 200 manat olmaqla cəmi 400 manat sabit pul məbləğində alimentin verilməsi ilə bağ Mediasiyaya müraciət etsə də, Cavabdeh mediasiyanın keçirilməsi ilə bağlı görüşə gəlməmiş, ona 14 fevral 2022-ci il tarixdə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. Buna görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda iddiaçı məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, aliment məbləğinin artırılmasına etiraz etdiyini bildirmişdir. Məhkəmə iclas iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Quba Rayon Məhkəməsinin 18.08.2015-ci il tarixli, 2(027)-1039/2019 saylı qətnaməsindən görünür ki, 08 yanvar 2003-cü il təvəllüdlü X7, 30 avqust 2004-cü il təvəllüdlü X8 və 30 yanvar 2008-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh 15 aprel 2015-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 70 manat olmaqla, cəmi 210 (iki yüz on) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməlidir. İş materiallarında olan AZ-İ seriyalı 201589 saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə Məmmədİddiaçı arasında bağlanmış nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 20150-ci ilin 01.04 2015-ci il tarixdə 42 № ilə qeyd edilmişdir. İş materiallarında olan Vətəndaşın müddətli həqiqi hərbi xidmətə göndərilməsinə dair elektron arayışdan görünür ki, X2 və Hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsi tərəfindən 11.01.2021-ci il tarixində müddətli həqiqi xidmətə göndərilmişdir. İş materialllarında olan 14 fevral 2022-ci il tarixli, İŞ MŞİH-13609 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi bardə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştriak etdi və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya dair xərc ödədi. İş materiallarından həmçinin görünür ki, iddiaçı ilə onun vəkili arasında hüquqi yardımın göstərilməsi haqqında müqavilə bağlanmış və iddiaçı tərəfindən vəkilə 24.02.2022-ci il tarixli mədaxil qəbzi ilə 50 manat pul ödənilməsi göstərilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 (bir yüz doxsan üç) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə baxışında müəyyən olundu ki, Quba Rayon Məhkəməsinin 18.08.2015-ci il tarixli İş 2(027)-1039/2015 saylı qətnaməsinə əsasən tərəflərin birgə nikahından doğulmuş 08 yanvar 2003-cü il təvəllüdlü X7, 30 avqust 2004-cü il təvəllüdlü X8 və 30 yanvar 2008ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 70 manat olmaqla, cəmi 210 (iki yüz on) manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı verilməsi müəyyən edilmiş, uşaqlardan 08 yanvar 2003-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatmışdır. Hazırda təyin edilmiş aliment uşaqların tələbatlarını ödəmədiyindən iddiaçı tərəf uşaqların saxlanılmasında çətinlik çəkdiyini bildirir və bununla bağlı aliment miqdarının artırılaraq, uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər uşağa hər ay 200 (iki yüz) manat olmaqla, iki uşağa cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində alimentin tutulmasını tələb edir. Cavabdeh isə iddia tələbinə etiraz edir. Halbuki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Deməli, Ailə Məcəlləsinin 75.1-ci maddəsində müəyyən olunan vəzifə-valideynlərin uşaqlarını saxlamaq vəzifəsi tərəflər üçün bərabərdir, uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilən məbləği valideynlər bərabər olaraq ödəməlidirlər. Lakin, məhkəmə uşağın saxlanılması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və uşağa qulluq etdiyinə görə iddiaçının işləmək imkanının məhdud olmasını onun diqqətəlayiq mənafeyi kimi nəzərə alaraq hesab edir ki, aliment məbləğinin hamısını cavabdeh iddiaçıya sabit pul məbləğində ödəməyə borcludur. Həmçinin məhkəmə, yetkilik yaşına çatmayanlar üçün 2022-ci il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri nəzərə alıb, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatı və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı maddi təminatının maksimal dərəcədə saxlanması baxımından belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, 30 avqust 2004-cü il təvəllüdlü X8 və 30 yanvar 2008-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, Quba Rayon Məhkəməsinin 18.08.2015-ci il tarixli İş№2(027)-1039/2015 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılmaqla, hazırkı qətnamə qanuni qüvvəsini aldığı tarixdən etibarən, Cavabdeh hər uşağa hər ay 150 (bir yüz əlli) manat olmaqla, iki uşağa cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, ilkin mediasiya prosesi üçün ödənilmiş 50 (əlli) manat və hüquqi yardım ilə əlaqədar 50 manat Cavabdeh tutularaq, iddiaçı X14 verilməlidir. Bundan başqa, iddiaçı aliment tələbinə görə dövlət rüsumunu ödəməkdən azaddır. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Alimentin artırılmış hissəsi 80 (səksən) manat təşkil edir. Azərbaycan Respublikası MPM-in 112.1.3cü maddəsinə görə aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Məhkəmə qətnaməsi ilə bir uşaq üçün 70 (yetmiş) manat olmaqla, iki uşağa cəmi 140 (bir yüz qırx) manat sabit pul məbləğində aliment artırılaraq, bir uşağa görə aylıq 150 (bir yüz əlli) manat olmaqla, iki uşağa görə aylıq 300 (üç yüz) manat məbləğində alimentin ödənilməsinin müəyyən edildiyi nəzərə alınmaqla, bir il ərzində artırılmış hissəyə dair ödəmənin məcmusu bir uşağa görə 80 (səksən) manat, iki uşağa görə 160 (yüz altmış) manat (12 ay × 160 manat = 1920 manat) təşkil edir. Bu halda rüsum “Dövlət rüsumu” haqqında Qanunun 8.1.2-ci maddəsinə əsasən 39,40 (otuz doqquz manat qırx qəpik) manat təşkil edir. Beləliklə, 39,40 (otuz doqquz manat qırx qəpik) manat dövlət rüsumu cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 115.0.5 və 115.0.6-cı malddələrinə əsasən nümayəndəyə və vəkilə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 30 avqust 2004-cü il təvəllüdlü X8 və 30 yanvar 2008-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, Quba Rayon Məhkəməsinin 18.08.2015-ci il tarixli İş№2(027)-1039/2015 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılmaqla, hazırkı qətnamə qanuni qüvvəsini aldığı tarixdən etibarən, Cavabdeh hər uşağa hər ay 150 (bir yüz əlli) manat olmaqla, iki uşağa cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment iddiaçı X12 xeyrinə tutulsun. İlkin mediasiya prosesi üçün ödənilmiş 50 (əlli) manat və hüquqi yardım ilə əlaqədar 50 manat Cavabdeh tutularaq, İddiaçı verilsin. Cavabdeh 39,40 (otuz doqquz manat qırx qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən, rəsmi qaydada verildiyi gündən, 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar