Məhkəmə qərarları › İş №2(027)-1077/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1077/2021

07.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1077/2021 07.06.2021 QUBA RAYON MƏHKƏMƏSİ Mən hakim Seyidov Vüqar Mircuma oğlu İddiaçı-nin Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, 08.04.2019-cu il müqaviləyə əsasən İMEİ Kodu **********98202 olan NOKİA 3.1 markalı telefon üçün 75 (yetmiş beş) manat ödənilməmiş hissə, 7 (yeddi) manat cərimə və 26.01.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********42786 olan X1 8 markalı telefon üçün 551.4 (beş yüz əlli bir manat, qırx qəpik) manat ödənilməmiş hissə, 55.6 (əlli beş manat, altmış qəpik) manat cərimə ümumilikdə 689 manat borc və 30 manat ödənilməmiş dövlət rüsumu olmaqla, cəmi 719 manat Cavabdeh alınaraq “İddiaçı" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə İddiaçı arasında bağlanmış 08.04.2019-cu il tarixli və 26.01.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********98202 və **********42786 olan NOKİA 3.1 və X1 8 markalı telefon almış və nəticədə 689 (altı yüz səksən doqquz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 08.04.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 456 (dörd yüz əlli altı) manat İMEİ Kodu **********98202 olan NOKİA 3.1 markalı telefon üçün ümumilikdə, 82 (səksən iki) manat olmaqla ondan, 75 (yetmiş beş) manat ödənilməmiş hissə, güzəşt olunaraq 7 (yeddi) manat cərimə və 26.01.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 602.4 (altı yüz iki, qırx qəp) manat İMEİ Kodu **********42786 olan X1 8 markalı telefon üçün ümumulikdə, 607 (altı yüz yeddi) manat olmaqla ondan, 551.4 (beş yüz əlli bir, qırx qəp) manat ödənilməmiş hissə, güzəşt olunaraq 55.6 (əlli beş, altmış qəp) manat cərimə, borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 432 manat təşkil edir. İddia ərizəsinin əsasında mülki iş başlanmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş materiallarından görünür ki, cavabdeh iddia tələbi ilə bağlı rəsmi qaydada məlumatlandırılmasına baxmayaraq o, məhkəməyə tələbə etirazını əsaslandıracaq heç bir sübut təqdim etməmişdir. Hesab edirəm ki, aşağıda qeyd olunanlara əsasən iddia təmin olunmalıdır. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 08.04.2019-cu il tarixli və 26.01.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********98202 və **********42786 olan NOKİA 3.1 və X1 8 markalı telefon almış və nəticədə cəmi 689 (altı yüz səksən doqquz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və 08.04.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 456 (dörd yüz əlli altı) manat İMEİ Kodu **********98202 olan NOKİA 3.1 markalı telefon üçün ümumilikdə, 82 (səksən iki) manat olmaqla ondan, 75 (yetmiş beş) manat ödənilməmiş hissə, güzəşt olunaraq 7 (yeddi) manat cərimə və 26.01.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 602.4 (altı yüz iki, qırx qəp) manat İMEİ Kodu **********42786 olan X1 8 markalı telefon üçün 551.4 (büş yüz əlli bir, qırx qəp) manat ödənilməmiş hissə, güzəşt olunaraq 55.6 (əlli beş, altmış qəp) manat cərimə borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşin araşdırılan hallarından müəyyən olunur ki, iddiaçı tərəfin təqdim etdiyi 23 mart 2021-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən cavabdehin 08.04.2019-cu il tarixində bağlanmış müqavilə üzrə 75 manat ödənilməmiş məbləğ, 7 manat cərimə və 26.01.2020ci il tarixində bağlanmış müqavilə üzrə 551,4 manat ödənilməmiş məbləğ, 55,6 manat cərimə borcu qalmışdır. Ərizəyə əlavə olunmuş İddiaçı ilə Cavabdeh arasında bağlanmış 08.04.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********98202 və **********78202 olan NOKİA 3.1 markalı və 26.01.2020-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh İddiaçı-dən İMEİ Kodu **********42786 və **********42794 olan X1 8 markalı telefon almışdır. Ərizəyə əlavə olunmuş 26.09.2020-ci il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh müqavilə üzrə öhdəlikləri gecikdirməsi barədə xəbərdarlıq edilmiş, öhdəliyi yerinə yetirmədiyi təqdirdə aidiyyatı üzrə dövlət qurumuna müraiət olunacağı bildirilmişdir. Cavabdeh tərəf iddia tələbinə dair etirazını əsaslandıracaq hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi cavabdeh tərəfindən öhdəliyin icra edilməməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (maddə 567). Alğısatqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda tərəflər arasında müqavilə bağlanmışsa, alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir ( maddə 600). Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur (maddə 600.2). Əşyanı təhvil almış alıcı onu alğı–satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər (maddə 600.4). Həmin Məcəllənin 385.1-ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-445.2.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Müəyyən edilmişdir ki, cavabdeh müqavilələr üzrə üzərinə düşən öhdəlikləri icra etməmiş və bunun nəticəsində onun iddiaçı «İddiaçı” MMC qarşısında borcu yaranmışdır. Mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək hesab edirəm ki, Cavabdeh üzərinə düşən öhdəlikləri tam və lazımi qaydada icra etmədiyindən 689 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, Qət etdim: İddia təmin edilsin. 08.04.2019-cu il müqaviləyə əsasən İMEİ Kodu **********98202 olan NOKİA 3.1 markalı telefon üçün 75 (yetmiş beş) manat ödənilməmiş hissə, 7 (yeddi) manat cərimə və 26.01.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********42786 olan X1 8 markalı telefon üçün 551.4 (beş yüz əlli bir, qırx qəp) manat ödənilməmiş hissə, 55.6 (əlli beş, altmış qəp) manat cərimə, ümumilikdə 689 manat borc və 30 manat ödənilməmiş dövlət rüsumu olmaqla, cəmi 719 manat borc Cavabdeh alınaraq İddiaçı-nə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar