Məhkəmə qərarları › İş №2(027)-1077/2025

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1077/2025

03.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1077/2025 03.07.2025 QUBA RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh oğluna qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Açar sözlər: ”vurulmuş ziyanın ödənilməsi” Hakim Kamilli Günel Hakim qızının sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ

1. TP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında qərara əsasən Cavabdeh xx.xx.2024-cü il tarixdə saat 16:30-da “Mercedes Benz 200” minik markalı, **- NU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmə qaydalarını pozmuşdur, nəticədə AR İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməklə, barəsində 100 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir.

2. ƏN-Vİ 928686 saylı etibarnaməyə əsasən, X1 mülkiyyətində olan “Mercedes Benz 200” minik markalı, **-NU-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2034-cü il tarixədək istifadə edilməsi məqsədi ilə Cavabdeh etibar edilmişdir .

3. "xxxx" Sığorta Şirkəti ASC tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib edilmiş “nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə“ hesabata əsasən həyata keçirilmiş texniki ekspertizası ilə “Hyundai İX 35” minik markalı, **-OC-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği 5490 manat dəyərində müəyyən olunmuşdur.

4. "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli ödəniş tapşırığına əsasən, "xxxx" Sığorta Şirkəti ASC tərəfindən “Hyundai İX 35” minik markalı, **-OC-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği əvəzi olaraq 3818 manat məbləğində pul İddiaçı hesabına köçürülmüşdür.

II. MƏHKƏMƏDƏ İCRAAT

a) İddia tələbi və iddia tələbinin dəlilləri

5. İddiaçı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh onun xeyrinə 1602 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, 31 dekabr 2024-cü il tarixində günün ikinci yarısında Quba Xaçmaz yolunun Zərdabi kəndi ərazisində Xaçmaz istiqamətində hərəkətdə olarkən qarşı zolaqla hərəkət edən Quba rayonu Zizik kənd sakini Cavabdeh idarə etdiyi Mercedes Benz markalı ** NU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmiş və nəticədə idarə etdiyi etibarnamə əsasında idarə etdiyi Hyundai İX 35 markalı 90 ОС 807 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə arxa hissəsindən vuraraq avtomobilinə 5490 manat dəyərinə maddi ziyan vurmuşdur. Qeyd olunan məbləğdən 3818 manatını “Atəşgah Sığorta” şirkəti ödəmişdir. Qalan 1672 manat dəymiş zərərdən Cavabdeh 70 manatını ödəmişdir. Lakin qalan pulu, 1602 manat pul isə bu vaxta kimi ona ödənilməmişdir. Bu barədə cavabdehlə dəfələrlə telefon söhbəti olmuş, şəxsən üzbə-üz də görüşüb qalan məbləği ödəməli olduğunu demişdir. Hər dəfə müxtəlif bəhanələr gətirərək ödəniş etməkdən yayınmışdır. Guya bu ilin yanvarında zərəri tam ödəyəcəkdi. Sonuncu dəfə 5 fevral tarixinə ödəyəcəyini bildirsə də, heç bir ödəniş etməmişdir. Hətta o, ona 1300 manat birdəfəyə ödəsə qalan 302 manatını ona bağışlayacağını bildirmişdir. Göründüyü kimi cavabdeh ödəniş etmək istəmir. Bundan əlavə də bəzi xərcləri olub, ancaq onları tələb etmir.

b) İddiaya qarşı etirazın dəlilləri

7. İddiaya qarşı etiraz təqdim olunmamışdır.

c) İşdə iştirak edən şəxslər və onların izahatları

8. İddiaçı məhkəmə iclasında iddia ərizənin məzmununa uyğun izahat vermiş, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

9. İş üzrə Cavabdeh müəyyən olunmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. 10.Məhkəmə, Azərbaycan Respublikası МPМ-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

İİİ MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ

11. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

12. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi)

İV TƏTBİQ EDİLƏN HÜQUQ

13.AR Mülki Məcəlləsinin:

- 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. -1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. - 1099.1. hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. -1108.1.Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. - 1108.2-ci maddəsinə görə yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. AR MPM-in: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verməklə və ya protokola qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir . - 52.5-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. - 106.3-ci maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 114.1-ci maddəsinə görə 114.1.1-ci maddəsinə əsasən qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

V. MƏHKƏMƏNİN MÖVQEYİ

14. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. 15.Belə ki, işin mübahisəsiz halları ilə müəyyən edilir ki, Cavabdeh idarə etdiyi nəqliyyat vasitəsilə yol hərəkəti qaydalarının pozması iddiaçıya məxsus “Hyundai İX 35” minik markalı, **-OC-*** nömrəli avtomobilə maddi ziyan vurulması ilə nəticələnmişdir. Belə ki, iddiaçıya məxsus avtomobilə dəymiş ziyanın məbləği "xxxx" Sığorta şirkəti ASC tərəfindən 5490 manat məbləğində qiymətləndirilmiş, həmin məbləğin 3818 manat təşkil edən hissəsi sığorta şirkəti tərəfindən ödənilmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə dəfələrlə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, lakin şifahi şəkildə saxlanılmış əlaqə zamanı borcun bir qismini qəbul etdiyini bildirmişdir.

16. Beləliklə məhkəmə iş üzrə müvafiq sübutları əsas götürərək, habelə iddiaçıya maddi ziyanın vurulması, vurulmuş ziyanın məhz cavabdehin hərəkətləri nəticəsində baş verməsi, vurulmuş ziyanla cavabdehin hərəkətləri arasında səbəbli əlaqənin olmasını nəzərə alaraq, hesab edir ki, iddiaçı cavabdehə qarşı iddia tələbi irəli sürməkdə haqlı olmuşdur.

Vİ Nəticə :

17. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia tələbi Cavabdeh 1602 (bir min altı yüz iki) manat maddi ziyan məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia təmin edilsin. Cavabdeh maddi ziyanın əvəzi olaraq 1602 (bir min altı yüz iki) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Günel Kamilli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar