Məhkəmə qərarları › İş №2(027)-108/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-108/2023

24.10.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-108/2023 24.10.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, X7 oğlunun katibliyi, İddiaçı1 Rafiq oğlunun, iddiaçı, həmçinin digər iddiaçılar İddiaçı3 və İddiaçı4 nümayəndəsi X4, Cavabdeh səlahiyyətli nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçılar İddiaçı1 Rafiq oğlu, İddiaçı2, İddiaçı3, İddiaçı4 Cavabdeh və maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı torpaq sahəsinin cavabdehin qeyri-qanuni sahibliyindən götrürülməsi və maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxıb, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 Rafiq oğlu, İddiaçı2, İddiaçı3, İddiaçı4 iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, torpağa Mülkiyyət Hüququna Dair JN-0024 KOD 30317018 saylı Dövlət ktına əsasən mülkiyyətlərində olan Quba rayonu, Qəçrəş kəndi ərazisində yerləşən 0,88 ha torpaq sahəsinin cavabdehin qeyri-qanuni sahibliyindən götürülərək onlara verilməsi və mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasına cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar iddianı onunla əsaslandırmışlar ki, torpağa Mülkiyyət Hüququna Dair JN- 0024 KOD 30317018 saylı Dövlət Aktına əsasən onalrın və digər ailə üzvlərinin mülkiyyətində Quba rayonunun Qəçrəş kəndində 0,88 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Qeyd olunan torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin plan-ölçüsünün hazırlanması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edərkən, oradan bildirmişlər ki, torpaq sahəsi digər şəxs tərəfindən istifadə edildiyindən müayinə işlərinin aparılması mümkün olmamışdır. Məlumat üçün bildirir ki, torpaq sahəsini Cavabdeh onların razılığı olmadan uzun müddətdir ki, istifadə edir. Cavabdehin qeyd olunan hərəkətləri nəticəsində mülkiyyət hüquqları pozulmuşdur. İnsan Hüquqlarının və X3 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə iclasında İddiaçı1 Rafiq oğlu iddianı müdafiə edərək, iddia ərizəsində yazılanlara uyğun izahat vermiş və bildirmişdir ki, o cavabdehi tanmamış, alqı-satqı müqaviləsinə imza etməmişdir. Ona cavabdehin nümayəndəsi 2000 Yeni Azərbaycan Manatnı pul beh verib demişdir ki, torpaqda işlə təmin olunacaqdır, ona “bu gün sabah iş başlayacaq “ deyib aldatmışdır. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iddiaçı həmçinin digər iddiaçılar İddiaçı3 və İddiaçı4 nümayəndəsi X6 iddianı müdafiə edərək, bildirmişdir ki, torpaq sahəsi pay torpaqdır. Sonradan cavabdeh həmin ərazini hasarlamışdır. Dəfələrlə narazılıqlarını bildirmələrinə baxmayaraq cavabdeh öz hərəkətlərini davam etdirir. Cavabdehin onlarla qonşuluqda torpaq sahəsi vardır. Onların torpaq sahələrində tikili yoxdur. Hasarlanan ərazidə transformator qoyulacağını demiş, o da razılaşmışdır. Hal-hazırda transfarmator vardır. Toraq sahəsini satmamışdır. İddiasınən təmin olunmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh səlahiyyətli nümayəndəsi Vəkil iddianı qəbul etməyərək, göstərmişdir ki, iddiaçının rabitəsiz və iddia ərizəsində göstərdiyi halları birbaşa və ya dolayı yolla təkzib edən izahatlarından məlum olur ki, tərəflər arasında əvvəlcədən sövdələşmə olub və həmin sövdələşmə nəticəsində tərəflər arasında alqısatqı müqaviləsi rəsmiləşdirilmişdir. Həmin alqı-satqı müqaviləsinin təsdiq olunmuş surəti Ədliyyə Nazirliyinin arxivindən sorğu əsasında əldə edilmişdir. bu da onu göstərir ki, alqısatqı müqaviləsi notarial qaydada tam qanuna uyğun şəkildə bağlanmışdır. İddianı əsassız hesab edir, rədd olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmuş maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə hazırki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə olunmuş JN-0024 KOD 30317018 saylı Torpağa Mülkiyyət Hüququna X13 surətindən görünür ki, X9, X2, İddiaçı2, İddiaçı3, İddiaçı1 Rafiq oğlu, X1 mülkiyyətinə Quba rayon Aqrar İslahat Komissiyasının 26 oktyabr 1999-cu il tarixli, 16 saylı qərarı ilə Quba rayonu, Qəçrəş kəndi ərazisindən 0,88 hektar torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə olunmuş 29 iyul 2005-ci il tarixdə, reyestrdə 4-ə-665 nömrə ilə qeyd edilmiş alqı-satqı müqaviləsindən görünür ki, X9, X2, İddiaçı2 İkram oğlu, İddiaçı3, İddiaçı1 Rafiq oğlu, X5 tərəfindən Quba rayon Aqrar İslahat Komissiyasının 26 oktyabr 1999-cu il tarixli, 16 saylı qərarı ilə verilmiş JN-0024 KOD 30317018 nömrəli dövlət aktına əsasən onlara məxsus 0,88 ha torpaq sahəsini Cavabdeh satmışlar. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqlarının və X3 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fizki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Bu normanın tətbiqi üçün üç dispozitiv şərtin mövcudluğu zəruridir:1) əmlak şəxsin mülkiyyətində olmalı; 2) həmin əmlak başqasının sahibliyində olmalı və 3) başqasının həmin əmlaka sahibliyi qeyri-qanuni olmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 110-cu maddəsinə sasən torpaq sahəsinin özbaşına tutulması torpaq qanunvericiliynin pozulması hesab edilir və bu hərəkəti törətmiş təqsirli şəxslər qanunvericiliklə müəyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 111-ci maddəsinin 2-ci və 3-cü hissəsinə əsasən özbaşına tutulmuş zəbt olunmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçılar X9, X2, İddiaçı2 İkram oğlu, İddiaçı3, İddiaçı1 Rafiq oğlu, X5 torpağa mülkiyyət hüququna dair JN-0024 saylı 30317018 saylı Dövlət Aktına əsasən mülkiyyətlərində olan 0,88 ha torpaq sahəsini 29 iyul 2005 -ci il tarixdə Cavabdeh satmışlar, həmin alqı-satqı müqaviləsi Quba rayon Dövlət Notariat kontorunda təsdiq edilmiş xx.xx.2005-ci il tarixli 4-ə-665 reyestr nömrə ilə rəsmiləşdirilmişdir. İddiaçılar mübahisəli 0,88 ha torpaq sahəsinin cavabdehin qeyri-qanuni sahibliyindən geri alınması barədə iddia tələbinin əsası kimi mülkiyyətlərində olan torpağın cavabdeh tərəfindən istifadə edilməsini və cavabdehin qanunsuz sahibliyində olmasını göstərsələr də, həmin torpaq sahəsinin cavabdehin qeyri-qanuni sahiblyində olmasını təsdiq edən heç bir sübutu məhkəmə təqdim edə bilməmiş, bununla da iddia tələbini əsaslandırdığı halları sübut edə bilməmişlər. Halbuki Azərbaycan Respubllikası MPM-nin 77.1-ci maddəsinə əsasən iddia tələbini əsaslandırdığı halları sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür. Beləliklə, məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə müəyyən edilmiş hallara tətbiq edilməli olan qanun normalarına uyğun hüquqi qiymət verərək, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinə əsasən məhkəmə, q ə t e t d i: İddiaçılar İddiaçı1 Rafiq oğlu, İddiaçı2, İddiaçı3, İddiaçı4 Cavabdeh və maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin cavabdehin qeyri-qanuni sahibliyindən götrürülməsi və maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasına (elektron qaydada) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar