Məhkəmə qərarları › İş №2(027)-1099/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1099/2024

30.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1099/2024 30.05.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı və X1 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı və X2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə 1900 (min doqquz yüz) manat məbləğində borcun, 39 (otuz doqquz) manat məbləğində ödənilmiş dövlət rüsumu və mediasiya üçün ödənilmiş 60 (altımış) manat məbləğində rüsumun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində göstərilmişdi ki, atası Əşrəf Hüseynovla aralarında 5 ilə yaxındır ki, münasibətləri yaxşı deyil. Onun Quba rayonu Talabıqışlaq kəndində yerləşən ata evinin 1-ci mərtəbəsindəki 1 otaq ona ayrılmışdır. Öz şəxsi əşyalarını ora yığmışdır. Ancaq özü və ailəsi həmin kənddə qohumunun evində qalırlar. Ötən ilin avqust ayında əşyalarına baxmaq üçün ata evinə getmişdir. Həmin, ona ayrılmış otağa baxış zamanı orada olan, ona məxsus televizorun, şüşə stolun, otağın pəncərəsinin və qapısının, ona məxsus dəyəri 500 manat olan samsunq markalı planşetin sındırıldığını görmüşdür. Atası özü etiraf etmişdir ki, həmin əşyaları özü sındırıb. Ona dəyən ümumi ziyan məbləği 1900 (min doqquz yüz) manat edir. Qeyd etdiyi hadisə ilə bağlı məcburiyyət qarşısında qalaraq Quba rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Quba rayon Polis Şöbəsi tərəfindən Cavabdeh izahatı alınmışdır. Quba rayon Polis Şöbəsindən ona verilən rəsmi cavabda müraciətinin araşdırıldığı və məhkəməyə mülki iddia qaydasında müraciət etməli olduğu qeyd olunmuşdur. Cavabdeh ona Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinə əsasən maddi ziyan vurmuşdur. Cavabdehə, ona vurulan zərərin əvəzinin ödəməli olduğunu bildirsə də, o bundan imtina etmişdir. Bu səbəbdən o, da məcbur qalaraq qanunun aliliyini, insan huquqlarının qorunması və ona dəyən ziyanın ödənilməsi məqsədilə məhkəməyə müraciət etməli olmuşdur. Cavabdehlə aralarında olan problemin könüllü olaraq həll edilməsi üçün qanunvericiliyin tələbinə əsasən ilkin olaraq mediasiya şurasına müraciət etmişdir. Cavabdeh mediasiya prosesində iştirak etsə də onunla razılığa gəlməkdən və vurduğu ziyanı ödəməkdən imtina etmişdir. Mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiyaya dair xərc tərəfindən ödənilmişdir. Cavabdehdən ödənilmiş dövlət rüsumunun məbləği və mediasiya xərci də tutulmalıdır. Məhkəmə iclasında İddiaçı ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş üzrə sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materialından olan Quba RİHB-nın Talabıqışlaq kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, İddiaçı həqiqətəndə Talabıqışlaq kənd sakini lub halhazırda həmin kənddə yaşayır. İş materiallarında olan Quba rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(027)-2453/2023 saylı qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli 1400 (bir min dörd yüz) manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan X3 sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2024-cü il tarixli MŞQ-MT-027-2024-00217 saylı arayışına əsasən, Cavabdeh İddiaçı ilə mediasiya prosesini davam etdirməyə razılıq verməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh zərər vurulmasına gətirib çıxaran təqsirli və hüquqa zidd əməli nəticəsində İddiaçı ziyana dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. İddiaçı 1900 manat məbləğində maddi ziyanın alınaraq onlara verilməsini tələb etsə də, Quba rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(027)-2453/2023 saylı qərarından görünür ki, qeyd olunan zərərin həcmi 1400 manat məbləğində müəyyən edilmişdir. Belə ki, inzibati araşdırma zamanı 500 manat dəyərində planşetlə bağlı hər hansı zərər iddiası irəli sürülməmiş, hazırki iddiaya baxılarkən də bununla bağlı hər hansı sübut təqdim olunmamışdır Ona görə də, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli və Cavabdeh 1400 manat məbləğdə zərər məbləği tutulmalı və iddia tələbi həmin hissədə əsaslı olmaqla təmin edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu da əvvəlki qərarlarında dəfələrlə qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar). Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. İddia tələbi ilə 39 (otuz doqquz) manat ödənilmiş dövlət rüsumunun və 60 manat mediasiya xərcinin tutulması xahiş olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən, xərclərin ödənilmiş tələblərin məbləğinə münasib hissəsini təşkil edən 73 (yetmiş üç) manat cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasan və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216- 220, 227. 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 1400 manatdəymiş zərər, ödənilmiş dövlət rüsumu və mediasiya xərcindən 73 manat, cəmi 1473 (min dörd yüz yetmiş üç) manat tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Dövlət rüsumunun 27 (iyirmi yeddi) manat hissəsi iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar