Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1100/2024 30.05.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi Məhkəmə iclas katibi X3, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun maddi vəziyyətinin çətin olmasını, işsiz olmağını, birgə nikahdan dünyaya gələn övladlarının böyüdükçə xərcləri artmasını, nəzərə alaraq qətnamənin dəyişdirilərək, aliment məbləğinin artırılaraq, 150 (bir yüz əlli) manat məbləğində alınaraq ona verilməsi barədə iddianın təmin edilməsi ilə bağlı aliment miqdarının artırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşməsi barədə məhkəməyə ərizə ilə müraciət edərək, Quba rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(027)-730/2021 saylı qətnaməsində təyin olunmuş 130 manat alimentin artırılaraq, Cavabdeh birgə nikahlarından dünyaya gələn xx.xx.2017-ci il təvəllüdlü X1 üçün aliment miqdarının 250 manat məbləğində təyin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Quba Rayon Məhkəməsi tərəfindən, xx.xx.2018-ci il tarixdən Cavabdeh ilə Rəsmi nikahlarından xx.xx.2017-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay cəmi 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi ilə bağlı 2(027)-730/2021 saylı qətnamə qəbul edilmişdir. O, İddiaçı Quba rayon Məhkəməsinin qəbul etdiyi 2(027)- 730/2021 saylı qətnaməsindən razı deyil. Ona görə ki övladının böyüməsi ilə əlaqədar bəzi xərcləri də artaraq alınan 150 manat aliment övladının xərclərin ödəmir. Cavabdeh 150 manat alimentdən başqa heç bir köməklik etmir, övladlarının bütün xərcləri və baxılması tək onun üzərinə düşür. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində yazılanlara uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, özü uşağı ilə birlikdə ayrı evdə yaşayır. Uşağa baxdığından hazırda işləmir. Bu səbəbdən uşağın ehtiyaclarını ödəmək iqtidarında deyil,cavabdehin verdiyi 150 manat aliment övladının xərclərin ödəmir. Ona görə də alimentin artırılmasını xahiş edir. Cavabdeh məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, o, iddia tələbini qəbul etmir. Belə ki, iddiaçı birgə nikahlarından olan uşağın saxlanması üçün 250 manat tələb edir. O, bununla qəti şəkildə razı deyil. Çünki elə 2021-ci ildə məhkəmə uşağın saxlanması üçün 130 manat aliment müəyyən edib. Hazırda həmin məbləğin artırılması üçün heç bir hüquqi əsas yoxdur. Çünki onun maddi vəziyyətində yaxşılığa doğru heç bir dəyişiklik olmayıb. O, əvvəl də "xxxx" QSC-də işləyirdi, hazırda da orda işləyir və aylıq əmək haqqım 733 manat təşkil edir. Ailə vəziyyətində isə əksinə dəyişiklik olub və o, yenidən ailə həyatı qurmuşdur. İddiaçı ondan nəyə görə 250 manat aliment tələb etməsi barədə məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməyib. Onun əmək haqqı 733 manat olduğu halda o, hər ay 250 manat aliment ödəyə bilməz. Ona görə də hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd olunmalıdır. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Elektron informasiya sistemindən çıxarışdan görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2017-ci il tarixdə X11 adlı övladları doğulmuşdur. İş materiallarında olan Quba Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 2(027)- 730/2021 saylı qətnaməsindən görünür ki, iddiaçı X2 Cavabdeh qarşı “atalığın müəyyən edilməsi və aliment" tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh İqrar oğlunun xx.xx.2017-ci il təvəllüdlü X5 münasibətdə atalığı müəyyən edilmiş, xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xx.xx.2020-ci il tarixdən hər ay 130 manat sabit pul məbləğində aliment iddiaçı X2 xeyrinə tutulması, Cavabdeh 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməsi . qət edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunundan görünür ki, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə baxışında müəyyən olundu ki, Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(027)-730/2021 saylı qətnaməsinə əsasən tərəflərin birgə nikahından doğulmuş 26 oktyabr 2017-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün, Cavabdeh hər ay sabit pul məbləğində 130 manat aliment tutularaq, İddiaçı verilməsi müəyyən edilmişdir. Hazırda təyin edilmiş aliment uşağın tələbatlarını ödəmədiyindən iddiaçı tərəf uşağın saxlanılmasında çətinlik çəkdiyini bildirir və bununla bağlı aliment miqdarının artırılmasını tələb edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Deməli, Ailə Məcəlləsinin 75.1ci maddəsində müəyyən olunan vəzifə - valideynlərin uşaqlarını saxlamaq vəzifəsi tərəflər üçün bərabərdir, uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilən məbləği valideynlər bərabər olaraq ödəməlidirlər. Lakin, məhkəmə uşağın saxlanılması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və uşağa qulluq etdiyinə görə iddiaçının işləmək imkanının məhdud olmasını onun diqqətəlayiq mənafeyi kimi nəzərə alaraq hesab edir ki, aliment məbləğinin hamısını cavabdeh iddiaçıya sabit pul məbləğində ödəməyə borcludur. Həmçinin məhkəmə, yetkilik yaşına çatmayanlar üçün 2024-cü il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri nəzərə alıb, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatı və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı maddi təminatının maksimal dərəcədə saxlanması baxımından belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, 26 oktyabr 2017-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(027)-730/2021 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılmaqla, hazırkı qətnamə qanuni qüvvəsini aldığı tarixdən etibarən, Cavabdeh hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalı, iddia uşağın saxlanması üçün 200 manatdan artıq alimentin artırılması tələbi hissəsində təmin edilməməlidir. Belə ki, iddiaçı cavabdehin işləyərək, yaxşı qazanc əldə etməsini iddia tələbinin əsaslandırıldığı hal kimi göstərsə də, cavabdehin işləyərək ayda yaxşı qazanc əldə etməsi və bununla da bir uşaq üçün 250 manat alimentin təyin olunması tələbinin əsaslı olmasını sübut edə bilməmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edidir. Bundan başqa, iddiaçı aliment tələbinə görə dövlət rüsumunu ödəməkdən azaddır. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Odur ki, həmin məbləğ cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 26 oktyabr 2017-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(027)-730/2021 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılsın; hazırkı qətnamə qanuni qüvvəsini aldığı tarixdən etibarən, Cavabdeh hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Alimentin artırılması tələbi ilə bağlı ödənilməsi müəyyən edilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-1100/2024
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1100/2024
30.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver